Sual: Axirətdə tək həyat vardır?
CAVAB
Ölümdən əvvəlki həyata Dünya həyatı, ölümdən sonrakı həyata Axirət həyatı deyilir. Axirət həyatı üç yerə bölünür:
1- Qəbir həyatı [Məzardan qalxana qədər olan zaman].
2- Qiyamət həyatı [Dirilib Cənnətə və ya Cəhənnəmə gedənə qədər olan həyat].
3- Cənnət və Cəhənnəm həyatı. [Əbədi qalacaq həyat].
Nağd, nisyə kimi ola bilməz
Sual: Axirətə inandığı halda, “Nağd, nisyə kimi ola bilməz. Nağd əlbəttə ki, daha yaxşıdır. Sən bu dünyada mənə bulqur ver, mən sənə axirətdə düyü verərəm. Sən mənə toyuq ver, mən sənə axirətdə qaz verərəm” deyənlər olur. Belə danışmaq düzgündürmü?
CAVAB
Bu, axirətə inanmayan ateistlərin şeytani bir müqayisəsidir. İnanan insan belə danışmamalıdır. Onlar təkəbbürlənib axirətlərini satırlar. Halbuki dünya fani, axirət baqidir. Sonsuz olanı, müvəqqəti olana dəyişmək olarmı? Hətta dünyadakı müvəqqəti bir qızıl vazanı, axirətin, əbədi qalacaq olan torpaq vazasıyla müqayisə etmək olarmı? Bu mövzuda bir neçə ayəti-kərimə məali belədir:
“Budur, onlar axirəti verib dünya həyatını satın alan kəslərdir.” [Bəqərə 86]
“Sizin yanınızdakı [dünya malı] tükənir. Allah qatındakı rəhmət xəzinələri baqidir.” [Nəhl 96]
“Allah qatında olan daha xeyirlidir.” [Qasas 60]
“Axirət daha xeyirli və baqidir.” [Ala 17]
“Dünya həyatı aldadıcı bir həzdən başqa bir şey deyildir.” [Ali-İmran 185]
“Nəbadə dünya həyatı sizi aldadmasın!” [Loğman 33]
Ateist, “Nağd, nisyədən yaxşıdır” sözünə özü də inanmır, çünki ticarətdə gələcək on manat əldə etmək üçün, nağd bir manat verir və bunu edərkən heç də, “Nağd, nisyədən daha yaxşıdır” deyərək bu alış-verişdən imtina etmir. Həmçinin, bir həkim bir ateistə, bəzi meyvə və yeməkləri qadağan etdikdə, o dərhal gələcək xəstəliyin qorxusundan onları tərk edər. Budur, göründüyü kimi, ateist də nağdı kənara qoyub nisyəyə razı olur. Hər tacir ticarət üçün səfərə çıxır. Yollarda, səfərdə əvvəlcədən yorulur. Bütün bunu nisyə olan bir qazanc və istirahət üçün edir. Əgər gələcək olan on manat, hal-hazırdakı bir manatdan daha yaxşıdırsa, o zaman dünya ləzzəti müddət cəhətdən axirət müddəti ilə müqayisə edilsə, ateistin müqayisəsinin nə qədər səhv olduğu ortaya çıxır. Çünki insan dünyada yüz il, hətta min il yaşasa, sonsuzun yanında bu min il heçdir.
Elə isə, axirətə iman edən bir şəxs sonsuz neməti əldə etmək üçün sonsuza görə qısa bir anı tərk etmiş kimidir. Bir də nemətlərin keyfiyyətinə baxılsa, dünya ləzzətlərini sıxıntıyla qarışıq və bulanıq, axirət ləzzətlərini isə şəffaf görəcək. Bu baxımdan “Nağd, nisyədən daha yaxşıdır” sözü səhvdir.
Bir mömin şeytanın bu müqayisəsini qəbul etməsə, o yenə başqa bir müqayisə ilə üstünə gələcək. “Yəqin, yəni dəqiq bilinən və görünən, şübhəlidən daha yaxşıdır. Axirət şübhəlidir” deyəcək. Bu müqayisə birinci müqayisədən daha çürükdür, çünki yəqin, ancaq şəklin bənzəri olduğu zaman şübhəlidən daha yaxşı olur. Yoxsa tacirin qazanacağı şübhəlidir. Ovçunun, ovu tutması şübhəlidir. Ancaq tədbir almaq, ağlın gərəyidir. Tacir, “Əgər ticarət etməsəm ac qalaram, zərərim böyük olar. Əgər ticarət etsəm yorgunluğum, qazancıma görə azdır” deyər. Bunun kimi, əməliyyat olmasa öləcək olan xəstə, hər cür sıxıntılara qatlanaraq əməliyyat olur. Halbuki şəfaya qovuşması şübhəlidir, amma əməliyyatın izdirabı isə dəqiqdir. Buna baxmayaraq, “Əməliyyatın izdirabı, ölümə nəzərən çox azdır” deyər. Axirətdən şübhə edən ateistə demək lazımdır ki:
Səbir edəcəyin günlər azdır, ən çoxu ölümə qədərdir. Bu isə axirətə nisbətdə, sonsuza nəzərən çox qısadır, heç bir an belə deyil. Əgər şübhə etdiyin axirət, haşa, yoxdursa dünyadakı zərərin azdır. Axirət dəqiq olduğu üçün, inanmadığına görə sonsuz atəşdə qalacaqsan. Bu isə sonsuz hüsrandır. Ağlı olan sonsuz hüsrana düşməmək üçün hər cür tədbirini alar.
Sual: İnsan üçün həyat dedikdə, sadəcə dünya həyatı nəzərdə tutulur?
Cavab: Din kitablarında insan üçün həyat, dünya və axirət həyatı olmaqla iki qisimdən ibarət olaraq qeyd edilir. İnsan öldükdə, dünya həyatı bitir, axirət həyatı başlayır. Axirət həyatı da üç qisimdir. Təkrar dirilinənə qədər qəbir həyatı, sonra qiyamət həyatı və bundan sonra da Cənnət və Cəhənnəm həyatıdır. Bu üçüncü həyat isə sonsuzdur.
В корзине: 0 шт.
на сумму: 0