Sual: Dində, öz ağlını əsas götürən bir nəfər, “Quranda və hədisdə Sirat körpüsü deyə bir şey yoxdur. Əgər elə bir körpü varsa, Allah məni oradan keçirməsin” deyir. Sirat körpüsü yoxdurmu?
CAVAB
Ağlını dindən üstün görən Mötəzilə adlanan sapqınlar Sirat körpüsünü inkar edirlər. Əhli-sünnət alimləri Sirat körpüsünün haqq olduğunu naslarla isbat etmişlər. Qurani-kərimdə məalən, “Onları Cəhənnəm Siratına [Sirat körpüsünə] aparıb həbs edin! Çünki onlar sorğuya çəkiləcəklər” buyurulur. (Saffat 23, 24)
“Nuhbət-ül-Ləali” kitabında deyir ki: Sirat, Cəhənnəm üzərində bir körpüdür. Bir ayədə məalən, “Aranızda heç kim istisna edilməməklə mütləq Cəhənnəmdən keçəcək. Bu, Rəbbinin qatında dəqiqləşmiş bir hökmdür. Ancaq cənnətliklər yanmadan keçəcəklər, cəhənnəmliklər isə oda düşəcəklər” buyurulur. (Məryəm 71)
Hədisi-şəriflərdə buyuruldu ki:
“Cəhənnəm üzərinə Sirat körpüsü qurulacaq. Buradan ümmətiylə ilk keçəcək Peyğəmbər mənəm.” [Buxari]
“Qiyamət günündə Cəhənnəmin üzərinə Sirat körpüsü qurulacaq. Bu körpüdə sürüşkən yerlər, ayaqların sürüşüb sabit durmadığı qisimlər, qapanlar, dəmirdən kələpçələr, tikanabənzər qılçıqlar vardır. İmanlı insanlar əməllərinə görə göz açıb-qapamadan ya şimşək kimi, ya sürətlə uçan bir quş kimi, ya yaxşı qaçan əsil bir at sürətiylə keçib-gedəcəklər. Beləliklə, bir Müsəlman ya heç zərər görmədən və ya yara-xora içində keçib qurtulacaq. Yaxud acınacaqlı bir şəkildə Cəhənnəm atəşinə düşəcək.” [Buxari, Müslim]
“Qiyamətdə Sirat körpüsünün başında durub, ümmətimin keçməsini gözləyəcəyəm. Allahü təala, “Dilədiyini istə, istədiklərinə şəfaət et, şəfaətin qəbul olunacaqdır” buyurur. Ümmətimə şəfaətdən sonra yalvarmağa davam edəcəyəm. Rəbbim mənə “Ümmətindən ixlasla bir dəfə “La ilahə illəllah” deyən və imanla ölən hər kəsi Cənnətə sal” buyurana qədər yerimdən qalxmaram.” [İ. Əhməd]
“Sirat körpüsünü keçmək insanın nuruna bağlıdır. Kimi göz açıb- yumana qədər, kimi şimşək kimi, kimi ulduz axması kimi, kimi qaçan at kimi Siratı keçərlər. Nuru çox az olan üzü üstə sürünər. Əlləri və ayaqları sürüşər, təkrar yapışar. Nəhayət, sürünə-sürünə qurtular.” [Tabərani]
“Sirat körpüsündən ən asan keçəcək olanınız, Əhli-beytimi və Əshabımı çox sevəninizdir.” [Deyləmi]
“Cəhənnəm atəşi, Siratdan keçən möminlərə, “Ey mömin, tez keç, sənin nurun narımı [atəşimi] söndürür” deyər.” [Tabərani]
“Necə kəslər Siratdan keçdiyini bilməyib, mələklərə deyəcəklər ki: “Sirat və Cəhənnəm hardı qaldı, biz onlardan keçdikmi?” Mələklər də belə cavab verərlər: “Siz Cəhənnəmin üstündəki Siratdan keçdiniz, lakin Cəhənnəm atəşi sizin nurunuzdan çəkilib, örtülmüşdü.” [Camius-sagir]
“Bir kimsə din qardaşının rahatlığa çıxması və ya sıxıntıdan qurtulması üçün sultana [dövlət idarəsinə] gedib çalışarsa, qiyamət günü Sirat körpüsündən, hər kəsin ayaqları sürüşdüyü vaxt Allahü təala onun sürətlə keçməsi üçün yardım edər.” [Tabərani]
“Qiyamətdə mizan və Sirat körpüsü, şəhidi narahat etməz.” [Beyhəqı]
“Sirat körpüsündən keçərkən abidə “Sən Cənnətə gir, ibadətin səbəbiylə oradakı nemətlərdən faydalan” deyilər. Alimə də, “Sən burada dur və sevdiklərinə şəfaət et! Sənin şəfaətin mütləq qəbul olacaq” deyilər.” [Deyləmi, Əbu şşeyx]
“Qiyamətdə dünyadaykən bəlaya məruz qalmış kəslər üçün divan və mizan qurulmaz, Sirat körpüsü əngəl olmaz, üzərilərinə əcirlər tökülər.” [İ. Nəccar]
“Sirat körpüsünü şimşək kimi ilk keçənlər, beş vaxt namazı camaatla qılmağa davam edənlərdir.” [Tabərani]
“Mənə gətirilən salavat Sirat körpüsü üzərində sizə nur olacaq.” [Darə Kutni]
“Qiyamətdə Sirat körpüsü üzərində möminlərin əlamətləri, “Rəbbim, bizə salamat ver” demələri olacaq.” [Tirmizi]
“Namaz, Sirat körpüsü üzərində nurdur.” [Darə Kutni]
“Sirat körpüsü, Cəhənnəmin üzərində, Cənnətə gedən yoldur.” [Xatib]
“Ümmətimdən biri Sirat körpüsündə sürünərək və iməkləyərək yol alarkən, mənə gətirdiyi salavatlar onu əlindən tutaraq ayağa qaldırar. Beləcə Siratı keçər.” [Tabərani]
“Qurbanlarınız yaxşı olsun, ətli olsun. Onlar Sirat körpüsündə miniklərinizdir.” [Deyləmi]
“Cənnətə girənə qədər, Sirat körpüsündə göz qırpması qədər gözləməyi istəməyən, Allahın dini haqqında, şəxsi fikriylə heç bir söz danışmasın!” [Kurtubi]
“Bir idarəçi Müsəlmanların işini üzərinə aldığı halda, aralarında ədaləti təsis edə bilməsə, Cəhənnəmin üzərinə qurulan Sirat körpüsündə durdurular. Sirat, onun bütün orqanları yerindən çıxana qədər silkələnər.” [İbni Asakir]
“Allahü təala qullarına hər gün beş dəfə namaz qılmağı fərz etdi. Müsəlman gözəl dəstəmaz alıb, namazını doğru qılarsa, qiyamət günü üzü on dördüncü gündəki ay kimi parlayar və Sirat körpüsünü şimşək kimi keçər.” [Haqq Sözün Vesikaları]
“Heç bir bidət əhli Siratdan keçə bilməyəcək, Cəhənnəmə düşəcək.” [İbni Asakir]
Peyğəmbər əfəndimizin ümmətindən olan bəzi insanlar məzardan qalxdıqda birbaşa Cənnətə gedərlər. Mələklər onlara deyərlər ki:
- Hesab gördünüzmü?
- Xeyr, biz hesab filan görmədik.
- Sirat körpüsünü keçdinizmi?
- Xeyr, Sirat filan görmədik.
- Cəhənnəmi gördünüzmü?
- Xeyr, Cəhənnəmi də görmədik.
- Siz nə əməl işlədiniz ki, belə hesab görmədən, Siratı keçmədən birbaşa Cənnətə gəldiniz?
- Biz iki xislətimiz sayəsində bu nemətə qovuşduq. Allahdan utanardıq, tək başına olanda belə günah işləməzdik. Bir də Allahın verdiyi az ruziyə razı olardıq.
- Bu nemətlər sizin haqqınızdır. (İbni Hibban)
İmam Rabbani həzrətləri “Məktubat” kitabında buyurur ki:
Cəhənnəm üzərindəki Sirat körpüsündən keçən yaxşılar, keçib Cənnətə gedəcək, Cəhənnəmliklər Cəhənnəmə düşəcəklər. (3/17)
Körpü deyildikdə, bilinən körpülər zənn edilməməlidir! “Sinif keçmək üçün imtahan körpüsündən keçilir” deyirik. Halbuki, imtahanın körpüyə bənzər tərəfi yoxdur. Sirat körpüsü də, bildiyimiz körpülərə və ya imtahan körpüsünə heç bənzəməz. (Səadəti-Əbədiyyə)
Hədis-şərifdə də bildirildiyi kimi, bidət əhli Sirat körpüsündən keçə bilməz. Bu qədər sübutu inkar edən, əlbəttə Siratdan keçə bilməz. “İnkar edən, məhrum qalar” sözü məşhurdur.
В корзине: 0 шт.
на сумму: 0