Facebook Twitter WhatsApp

Cinlər

Sual: Cin adlanan bir varlıq həqiqətən vardırmı, varsa insanlar kimi kişi və qadın olaraqmı yaradılmışlar və hərəkətlərinə görə məsuliyyət daşıyırlarmı?
Cavab: İnsanlar ilk dəfə torpaqdan yaradıldığı kimi, cin də alovdan yaradıldı. Cinlərin də insanlar kimi cinsiyyətləri, yəni kişi və qadın olur. Evlənmələri, evləri, yeməkləri, içməkləri, çoxalmaları, ölmələri haqqında və Muhamməd əleyhissəlamın onlara da Peyğəmbər olduğu, Qurani-kərimi dinlədikləri, ibadət etdikləri, sədəqə verdikləri, yaxşı işlərinə savab verildiyi, cin kafirlərinin Cəhənnəmə girəcəyi, möminlərinin Cənnətə girəcəyi və Cənnətdə Allahü təalanı görəcəkləri müxtəlif kitablarda yazılmışdır.

Cinlərin insan alimlərindən sual soruşub fətva aldıqlarını, insanlara nəsihət vermələri, insanlara şeir söyləyib insanların eşitməsini, insanlara xəstəliklərin müalicəsi, dərman hazırlamağı öyrətdiklərini, insandan qorxduqlarını, insanlara itaət etdiklərini bildirən alimlərimizin müxtəlif məqalələri vardır. Bu kitablar cinlərin varlığını sübut edir. Cinlərin insanlara olan zərərlərinə qarşı tədbir almaq, onların zərərlərinə qarşı qorunmaq haqqında, cinlərin kiçiklərinin yüksəklərinə itaət etdikləri, insanların yaxşılıqlarına qarşı yaxşılıq etdikləri, pisliyə qarşı pislik və zərər etdikləri, cinin insanları lağa qoyduqları, cinin insan kimi nəzərləri dəyəcəyi, xüsusilə də Ramazan ayında azdıqları, cinin insanlarla ibadət etdikləri, Sərvəri-aləm əfəndimizin Ümmü Məbədin çadırında qonaq olduğunu Məkkə əhalisinə xəbər vermələri, Ümmü Məbədin Müsəlman olduğunu xəbər vermələri, Bədr müharibəsini xəbər vermələri, keçmiş şeyləri cindən soruşmağın caiz olduğu, gələcəkdə olacaq şeyləri isə soruşmağın caiz olmadığı, müəzzinlərin azanlarına qiyamətdə cinlərin şahid olacaqları, həzrəti Ömər vəfat etdiyi vaxt mərsiyə oxuduqları, həzrəti Osman şəhid olanda ağlayıb-inlədikləri, həzrəti Əlinin şəhid olduğunu xəbər verdikləri, həzrəti Hüseyn şəhid olanda ağlayıb-bağırdıqları və başqa Sahabələr şəhid olduğu vaxt bildirdikləri, Ömər ibn Abdülaziz həzrətlərinin vəfatını xəbər verdikləri, İmam azam Əbu Hənifə və İmam Şafii həzrətlərinin vəfatlarında ağladıqları, cinin insan qəlbinə vəsvəsə gətirdiyi və daha bir çox məşhur hadisə və işlər dəyərli kitablarda yazılmışdır. Bunların hamısı cinin varlığını göstərir.

Sual: Cinləri inkar edən kafir olarmı? Cinlər də Cənnətə girəcəkmi?
CAVAB
Cinlər müxtəlif şəkillərə girə biləcək qabiliyyətdədirlər. Müsəlmanları və kafirləri vardır. Dinə tabe olmaqla mükəlləfdirlər. Varlıqları Qurani-kərim və hədisi-şəriflərlə sabitdir, inkar edən kafir olar. Qurani-kərimdə məalən buyurulur ki:
“Mən cinləri və insanları, ancaq Mənə ibadət etsinlər deyə yaratdım.” [Zariyət 56]

“Cəhənnəmi insan və cinlərlə dolduracağam.” [Hud 119, Səcdə 13]

“Axı Biz cinlərdən bir dəstəni Qurani-kərimi dinləmək üçün sənə göndərmişdik.” [Əhkaf 29]

İbn Məsud həzrətləri bildirir:
“Bir gecə Rəsulullah bizimlə birlikdə oturarkən gözdən itdi. Hər yeri axtardıq, amma tapa bilmədik. O gecəni narahat keçirdik. Səhər açıldıqda onu Hira tərəfdən gələrkən gördük. “Ya Rəsulallah, sizi axtarırdıq” dedik. “Mənə cinlərdən bir dəvətçi gəldi. Onunla birlikdə getdim. Onlara Qurani-kərim oxudum” buyurdu.” (Təfsiri-Kurtubi)

Bir hədisi-şərifdə də, “Azan oxuyarkən səsini yüksəlt! Çünki azan oxuyanın səsini eşidən bütün insan və cinlər, Qiyamətdə ona şahidlik edəcəklər” buyuruldu. (Buxari)

Cinlər haqqında qövüllər
Cinlərin kafirləri bütün alimlərə görə Cəhənnəmə gedəcəklər. Mömin cinlər haqqında isə müxtəlif qövüllər vardır:
1- Onlar insanlar kimi münasibət görəcəklər.
2- Cəhənnəmə girməyəcək, lakin torpaq olacaqlar.
3- Cənnətin “Rabad” adlanan yerində olacaqlar.

Dünyadakının əksinə olaraq, insanlar onları gördüyü halda, onlar insanları görə bilməyəcəklər. Cinlər dəfələrlə Peyğəmbər əfəndimizin hüzuri-şəriflərinə gələrək onu dinləmişlər. Rəsulullah onlara Rəhman surəsini təbliğ niyyətilə oxumuşdur.
“Ey insanlar və cinlər, Rəbbinizin hansı nemətini inkar edə bilərsiniz” ifadəsi yer alan ayəti-kərimədən sonra, “Rəbbimizin heç bir nemətini inkar etmərik, ey Rəbbimiz Sənə həmd olsun” demişdilər.
Bu surə onların da dini əmr və qadağalarla mükəlləf olduğuna dəlalət edir. Çünki bu surə, “Səkaleyn”ə [insan və cinə] xitab etməkdədir.

Qurani-kərim ayələri və hədisi-şəriflər, onların da mükafat və cəza üçün həşr ediləcəklərini təsdiq edir, möminlərinin Cənnətə, kafirlərinin də Cəhənnəmə gedəcəkləri aydın olur.

İmam Buxari buyurur ki:
Cin surəsinin “Həqiqətən biz hidayət rəhbəri olan Qurani-kərimi dinlədikdə, Ona iman etdik. Rəbbinə iman edən bahsdan və rəhaqdan qorxmaz” məalindəki 13-cü ayəti-kəriməsindəki bahs mükafatın əksik verilməsi, rəhaq isə layiq olmadığı cəzanı görmək mənasındadır. Bu ayəti-kərimə onların yaxşılıqlarına qarşılıq olaraq mükafatlarının əksiksiz veriləcəyini və günahlarına qarşı layiq olduğundan artıq cəza görməyəcəklərini sübut edir. (Avnül-mürid)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину