Facebook Twitter WhatsApp

Gözlə görülməyən hadisə və məxluqlar

 Sual: Bəziləri, “Mələk, cin, şeytan kimi məxluqları görə bilmirik. Görülməyən şey yoxdur” deyirlər. Bəziləri də nəzərə batil inanc deyirlər. Bu mövzulara aid ayə, hədis yoxdurmu?
CAVAB
“Mələk, cin, şeytan kimi məxluqları görə bilmirik. Görülməyən şey yoxdur” sözü, çox bəsit, çox səhv, elmə zidd bir sözdür.


Dünya bir imtahan yeridir. Allahü təala Bəqərə surəsinin əvvəlində qeybə imanı, yəni görmədən inanmağımızı əmr etmişdir. Yaxşı ilə pisin, inananla inanmayanın ayırd edilməsi üçün bir imtahan lazımdır. Allahü təala imtahan etmədən də qullarının nə edəcəyini, cinayət, günah işləyəcəyini bilir. Lakin hələ cinayət işləmədən cəzalandırılarsa, Qəbahətim olmadan, imtahan edilmədən, məni cəzalandırmağınız doğru deyil deyə bilər. Bunun kimi səbəblərlə insanlar imtahan üçün dünyaya gətirilmişdir. Söz dinləyənlə dinləməyən, qəbahət edənlə etməyən aydın olsun deyə bəzi qadağalar qoyulmuş, bəzi ibadətləri yerinə yetirmək məcburiyyəti gətirilmişdir. Məsələn, “donuz əti və ya bəsmələsiz kəsilən quzu əti niyə haramdır” deyə soruşurlar. Ətin mütləq bir zərəri olduğu üçün deyil, əmri dinləyənlə dinləməyən aydın olsun deyə də haram edilmiş ola bilməzmi?
Bu elə bir imtahandırki, suallar da, cavablar da aydındır. Qəbirdə, axirətdə nə soruşulacaq hamısı açıq-aşkardır. Mən sualları və cavabları bilmirdim deyə etiraz etmək mümkün olmayacaq.
Cin, şeytan, nəzər, Cənnət, Cəhənnəm kimi şeylərin gözlə görülməməsi də bir imtahandır. Görüldükdən sonra imtahanın nə mənası var ki?
Yaxşı ilə pisin, bilənlə bilməyənin, çalışqanla təmbəlin, inananla inanmayanın ayırd edilməsi üçün bir imtahan lazım gəlməzmi?

İnsanlar ağla tabe olurlar
Mələk, cin, şeytan kimi məxluqları görə bilmirik. Bunların var olduğu Qurani-kərimlə və hədisi-şəriflərlə sabitdir. Bəs, göz tək başına hər zaman bir ölçü ola bilərmi? Göz nələri görür, nələri görə bilmir?
Görünüşə aldanmaq olmaz. Ağıl çox vaxt gözün səhvini tapır. Gözlə pəncərədən günəşə baxdığımız zaman, günəşin bir tas boyda olduğunu zənn edirik. Lakin ağıl, günəşin dünyadan böyük olduğunu söyləyir. Gözümüzün aldandığı açıq-aşkardır. Mələyə, şeytana, cinə, nəzərə inanmayanlar, əlbəttə, “Biz gözümüzün gördüyünə inanırıq. Günəş top boyda kiçikdir” deyə bilməzlər. Deyə bilmədiklərinə görə göz hər zaman ölçü ola bilməz. Görmədikləri şeyə də yoxdur deyə bilməzlər.

Gözlə görülməyən şeylərin yox olduğunu söyləmək, ağla deyil, duyğu orqanlarına tabe olmaq deməkdir. Heyvanlar duyğu orqanlarına tabe olur, insanlar isə ağla tabe olurlar. İnsanların duyğu orqanları heyvanlarınkindən daha geridədir. İt çox güclü qoxu alır. İnsan bu qədər qoxu ala bilməz, gecənin tam qaranlığında yarasa kimi hərəkət edə bilməz, pişiyin gördüyü kimi qaranlıqda görə bilməz.

Maqnitin maqnit gücünü, cazibəsini gözümüzlə görə bilmirik. Ancaq dəmiri cəzb etməsindən maqnitdə bir güc olduğunu anlayırıq. Pult aləti ilə televizoru açıb-bağlayırıq. Pult alətində gözümüzlə görmədiyimiz bir güc bu işləri edir.

Uzaqdan idarəli bir alətlə avtomobilin qapılarını açıb, maşını çalışdıra bilirik. Ancaq bu işi görən gücü gözümüzlə görə bilmirik. O halda hissə deyil, ağla dəyər vermək lazımdır.

Lazer şüaları ilə müxtəlif əməliyyatlar həyata keçirilir. Dəmir belə kəsilir. Bu şüaları, maqnit dalğalarını gözümüzlə görə bilmirik. Görə bilmədiyimiz bir şeyə yoxdur demək ağla, elmə uyğun gəlmir.

Bir naqildə olan elektrik cərəyanını gözümüzlə görə bilmirik. Ancaq gördüyü işlərdən, məsələn əlimizi toxundurduğumuz zaman bizi vurmasından içərisində cərəyan olduğunu anlayırıq. Gözlə görmədiyimiz üçün cərəyanı inkar edə bilərikmi?

Yerin cazibə qüvvəsini də gözümüzlə görə bilmirik. Lakin cisimlərin havaya doğru deyil, yerə doğru düşməsindən yerdə bir cazibə qüvvəsinin olduğunu anlayırıq. Qaranlıqda görə bilmədiyimiz kimi, çox güclü işıqda da görə bilmirik.

İnsanda olan ruh adlanan bir varlığı görə bilmirik. Ancaq insanları ayaq üstə tutub, hərəkət etməsini təmin etdiyi üçün ruhun varlığını anlayırıq.

Yaxşını pisdən və haqqı batildən ayıran insana ağıllı deyirik. Halbuki, ağlı da görə bilmirik. Görünməsi mümkün olmayan bir şeyi inkar etmək elmə zidd olan bir axmaqlıqdır.

Gözlə görülmədiyi halda mövcud olduğu ağılla anlaşılan çox şey vardır. Bəzi kimsələr bir şeyə baxıb bəyəndikləri zaman gözlərindən çıxan şüalar canlı-cansız şeylərin xarab olmasına və ya dağılıb-sınmasına səbəb olur. Fənn elmi bəlkə bir gün şüaları və təsirlərini daha yaxşı açıqlayacaqdır. Nəzər gözlə görünməz, amma digər təsir edən şeylər kimi nəticəsindən aşkar olur. Cəmiyyətdə nəzəri dəyən insanlar vardır. Nəzərin qadınlara və uşaqlara daha çox təsir etdiyi təcrübələrdən aydın olmuşdur.

Ağıl gözə deyil, göz ağla bağlıdır
“Cin və şeytanı gözümüzlə görə bilmirik.Görünməyən şeylərə inanmırıq” sözünü ancaq cahillər, ağılsızlar və bəzi dinsizlər söyləyər. Fənn elmindən xəbəri olan, normal düşünməyi bacaran və ağıl sahibi bir kimsənin yalnız gözünə görə danışması, qərar verməsi mümkün deyildir.


Ağıl gözə deyil, göz ağla bağlıdır. Göz hər şeyi görə bilməz. Məsələn, təcrübələr nəticəsində havanın tərkibində müxtəlif qazların olduğunu bilirik. Gözümüzlə havanı və içərisindəki qazları görə bilmirik. Görə bilmədiyimiz üçün ağlımızı gözə tabe edərək, “Hava və qaz deyə bir şey yoxdur, olsaydı görərdik” demək ağlı, təcrübəni heçə saymaqdır.

Müasir dövrdə fənn yolu ilə suyun, oksigen və hidrogen adlanan iki qazdan əmələ gəldiyini bilirik. Bu qazların biri yandırıcı, digəri də yanandır. Suya baxdığımız zaman nə oksigeni, nə də hidrogeni görməyimiz mümkün deyil. Hətta su rəngsiz olduğu üçün ağzına qədər dolu bir şüşədəki suyu belə görə bilmirik. Ağlı gözə tabe etdirərək, “şüşədə su, suda da qaz yoxdur” deyə bilərikmi?

İnsanlıq şərəfi
Ağlın əhəmiyyəti, insanlığın şərəfi, gözün görmə qüvvəsilə ölçülsəydi, pişiyin insandan daha şərəfli olması lazım idi. Çünki insan işıq olmadan qaranlıqda görə bilmədiyi halda pişik görə bilir. O halda gözə deyil, ağla görə qərar vermək lazımdır.


Bəzi zəhərli qazlar, rəngsiz və iysiz olduğu üçün görünməz və varlığı anlaşıla bilməz. Balondakı bir qazın çıxıb o otaqdakı insanları zəhərləməməsi üçün qaza iy qatılır. Bunun sayəsində bir otaqdakı qazı gözümüzlə görmədiyimiz halda iyinə görə anlayarıq.

İki bibərin birinin şirin, digərinin acı olduğunu gözümüzlə anlaya bilmərik. Gözün vəzifəsi bu deyildir. Göz, müəyyən bir məsafədən sonrakı və müəyyən bir ölçüdən daha kiçik olan cisimləri görə bilməz. Kiçik mikroblar görünmədiyi kimi, çox uzaqdakı nəhəng bir insan da görünə bilməz. Görə bilmədiyimiz üçün bunların yoxluğunu iddia edə bilmərik.

Göz hər şeyi görə bilmədiyi kimi, həmçinin qulaq da hər səsi eşidə bilməz. Sağlam bir qulaq müəyyən bir dalğada və müəyyən bir məsafədən səsləri eşidə bilir. Hal-hazırda Gəncə şəhərində insanlar danışdıqları halda, biz onları eşitmir və görə bilmirik. Biz eşidə bilmirik deyə onların danışmadığını iddia edə bilərikmi? Evimizin içərisində müxtəlif dalğalarda səslər olduğu halda, bir radio olmadan bu səsləri eşidə bilmirik. Biz bu səsləri eşidə bilmirik deyə varlıqlarını necə inkar edə bilərik?

Bu baxımdan fənn elminə inanan bir insan görə bilmədiyi şeyi inkar edə bilməz. Əslində var olan, ancaq görə bilmədiyimiz şeyləri ağıl rədd edə bilməz.

Bəzi planetlərin varlığından xəbərdar deyilik. Müasir fənn elmi bunları anlaya bilmədiyi üçün başqa planetlərin yoxluğu iddia edilməz. Canlıları diri saxlayan ruhu da görə bilmirik, amma inkarı mümkün deyildir.

Misalları çoxaltmaq mümkündür. Fənn elmindən anlayan bir dinsiz, sadəcə “Gözümlə görmədiyim üçün cin, şeytan, mələk kimi məxluqlar vardır deyə bilmərəm və araşdırma sahəsinə girmədiyi üçün yoxdur da deyə bilmərəm” desə, daha insaflı davranmış olar.

Gözlə görünməyən şeylərin yox olduğunu söyləmək ağla deyil, duyğu orqanlarına tabe olmaq deməkdir. Heyvanlar duyğu orqanlarına tabe olur, insanlar isə ağla tabe olurlar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину