Facebook Twitter WhatsApp

Cadu və Cindən qorunmaq üçün

Sual: Ruhi sıxıntılardan, qorxulardan və digər sıxıntılardan qurtulmaq və Cadu açmaq üçün nə etmək lazımdır? Cindən qorunmaq üçün hansı dualar oxunmalıdır?
CAVAB
Allahü təala hər şeyi səbəblə yaradır. Bir şeyə nail olmaq üçün bu şeyin yaradılmasına səbəb olan şeyi etmək lazımdır. Hər şeyin yaradılışında ortaq olan mənəvi səbəb sədəqə vermək70 dəfə “Əstəğfirullah min külli mə kərihallah” duasını oxumaqdır. Bu iki mənəvi səbəb maddi səbəbləri tapmağa da köməkçi olar. Ruhi sıxıntıların çoxu cindən və Cadudan meydana gəlir. Ruhi xəstəliklər, sara və cindən qorunmaq üçün qiymətli kitablarda bildirilən dualardan bəziləri bunlardır:
1-
 Əuzü Bəsmələ ilə Fatiha surəsi oxumaq. 

2- Əuzü Bəsmələ ilə iki Qul-Əuzü oxumaq.
3- Bir miqdar suya Ayətəl-kürsi, İxlas  Muavvizəteyn [Nas və Fələq] surələri oxunmalı. Cadu olunan adam bundan üç qurtum içməli, qalan su ilə qüsl etməlidir.
4- Sədir ağacının 7 ədəd yaşıl yarpağı əzilib su ilə qarışdırılır. Üzərinə Ayətəl-kürsiİxlas və Qul-Əuzülər oxunur. 3 qurtum içib qalan suyla qüsl edilir.
5- Üç dəfə Salavat və FatihaAyətəl-kürsiKafirunİxlasFələq və Nas surələri hərəsi 7 dəfə oxunub xəstəyə üflənir. Bunlar təkrar oxunub xəstənin yatağına, evin hər yerinə, bağçasına üflənir.
6- Fatiha, Ayətəl-kürsi və 4 Qul [Kafirun, İxlas, Fələq və Nas surələri] hərəsi 7 dəfə oxunub xəstəyə üflənərsə, Cadu, nəzər, heyvan sancması və bütün dərdlərə yaxşı təsir edər. Duza oxunub suda əridib içirmək və sancılmış yerə sürtmək də olar.
7- Səhər axşam Bəqərə surəsinin başından 4 ayə və Ayətəl kürsi ilə Ayətəl kürsidən sonrakı iki ayəni və Bəqərə surəsinin sonundakı 3 ayə dəlinin üzərinə oxunarsa, sağalar. 
8- Səhər axşam 24 dəfə Əstəğfirullah deyilir, sonra “Əstəğfirullah əl azim əlləzi la ilahə illa hüvəl hayyəl qayyumə və ətubü ileyh” deyilir. Sonra 11 İxlas və 7 dəfə Fatiha və 33 dəfə, Allahümmə salli və səllim ala seyyidinə Muhammədin və ala əli seyyidinə Muhamməd oxuyub savabını Peyğəmbər əfəndimizin və Əshabı kiramın, Evliyanın və sonra adları oxunaraq Silsiləyi-aliyyə Böyüklərinin ruhlarına hədiyyə edilir. Onların hörmətinə şəfa verməsi üçün dua edilir. Hər gün səhər-axşam bu cür dua edilir.
9- Gündə 500 dəfə La havlə vəla quvvətə illa billah oxunmalıdır! Başlayarkən və bitirdikdə yüz dəfə salavat gətirmək lazımdır. [Bu hər gün mütləq oxunmalı, yaddan çıxmamalıdır.]
10- Ha-Mim Mömin surəsinin başından masir’ə qədər və Ayətəl kürsi oxunmalıdır.
11- La ilahə illallahü vəhdəhü la şərikə ləh ləhülmülkü vələhülhamdü və hüvə ala külli şəyin qadir oxunmalıdır.
12- Cümə günü səhər vaxtı sağ əlinin içinə Nisə surəsinin 100-cü Ayəsi, vəmən yəhruc’dan rahimə’yə qədər yazılır, sonra dili ilə yalanıb udulur. 40 illik Cadu da olsa açılır.
13- Saradan qurtulmaq və cindən qorunmaq üçün Ayəti hırz oxunmalıdır! Ayəti hırz, aşağıdakı surə və ayələrdir:
Fatiha, 
Bəqərə
 1, 2, 3, 4, 5 və 163, 164 və 255, 256, 257 və 285, 286,

Ali İmran 18,19. ayədən yalnız: “İnnəddinə indəllah-il-islam” hissəsi,
Ali İmran 26, 27 və 154,
Ənam 17, 
Ə’raf 54, 55, 56, 
Tövbə 51 və 128, 129, 
Yunus 107, 
Hud 56, 
İbrahim 12, 
İsra 43 və 110, 111, 
Mö’minun 116, 117, 118, 
Ənkəbut 60, 
Rum 17, 18, 
Fətir 2, 
Yasin 83, 
Səffət 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 180, 181, 182, 
Fəth 27, 28, 29, 
Rahman 33, 34, 35, 36, 
Hadid 1, 2, 3, 4, 5, 
Haşr 21, 22, 23, 24, 
Cin 1, 2, 3, 4, 5, 6, 
Buruc 20, 21, 22, 
İxlas, Fələq və Nas surələri. 
Ayəti hırz necə oxunur?
Dəstəmaz alınıb 7 istiğfar və 11 salavat oxunub xəstənin səhhətinə niyyət edərək, günəş çıxdıqdan və ikindi namazından sonra gündə iki dəfə xəstə üzərinə oxunmalı, işarəli yerlərdə, xəstənin üzərinə üfürülməli, şəfa tapana qədər [qırx günə qədər] davam etməlidir. Hər dəfəsində sonunda bir Fatiha oxuyaraq savabı Peyğəmbər əfəndimizin və Bəhaəddin Buxari, Əhməd Rıfai və imamı Rəbbani Həzrətlərinin ruhuna hədiyyə edilməlidir. Bir nüsxə də yazıb, üstündə gəzdirərsə, sehrdən, Cadudan, nəzər dəyməsindən qorunar, muradına çatar.

Peyğəmbər əfəndimizin üç cür dərman istifadə etdiyi bildirilmişdir. Qurani-kərim və ya dua oxuyardı. Fənn elmləri ilə tapılan dərmanları istifadə edərdi. Hər ikisini qarışıq da istifadə edərdi. (Məvahib) 
Qurani-kərimin və duanın təsir etməsi üçün bəzi şərtlərə əməl olunması lazımdır. Oxuyanın və ya yazanın, xəstənin buna inanması, xəstənin zərərli qidalardan, şübhəli dərmanlardan pəhriz saxlaması, istidən və soyuqdan qorunması lazımdır. Oxuyann etiqadının düzgün olması, haram iş görməkdən uzaq olması, qul haqqından çəkinməsi, haram və həbis şey yeyib-içməməsi və qarşılığında haram qazanc almaması şərtdir. Hədisi-şərifdə buyuruldu ki: 

“Allahü təalanı unudaraq, qəflətlə edilən dua qəbul olmaz.” [Tirmizi]
İmamı Şarani Həzrətləri, “Quşluq namazına davam edənə cin musallat olmaz” buyurdu. Cin məktubunu yanında və ya evində saxlayana cin gəlməz və dadanmış olan cin də gedər. 
Dua dərman kimidir. Allahü təala diləyərsə təsir edər. Yəni, təsirini Allahü təalanın verdiyinə inanmaq lazımdır!
Hədisi şərifdə buyuruldu ki: 
“Kimə dərd-bəla gələrsə, Həzrəti Yunusun duasını oxusun! Allahü təala onu mütləq xilas edər. Dua budur: 
La ilahə illa əntə sübhanəkə, inni küntü minəz-zalimin.” [Hakim] 

Sual: Həmailin dinimizdəki yeri nədir?
CAVAB
İçində küfrə səbəb olan sözlər yazıb ondan həmail düzəltmək və istifadə etmək caiz olmaz. Cadunu Cadu ilə açmaq da haramdır. Cadugar, cindar molla deyilən insanların yanına getməmək, dediklərinə inanmamaq lazımdır. Sehr, Cadu bəhsi Tam İlmihal Səadəti Əbədiyyədən mütləq oxunmalıdır.

Üç hərfliləri çağırmaq
Sual: Cin yerinə üç hərfli deyirlər. Cin deyilərsə onlar çağırılmış oluruqmu? Belə bir şey vardır?
CAVAB
Belə bir şey yoxdur. Cinə, cin deməyin heç bir zərəri yoxdur. Cin çağırılmaqla gəlməz. Çağırılmadan da musallat ola bilər. İmamı Rəbbani Həzrətləri cindən qorunmaq üçün, La havlə və la quvvətə illa billahil-aliyyil-azim oxunmasını bildirmişdir.

Sual: Bəzi adamlar cinlərin varlığını inkar edirlər. Bəziləri də Qurani-kərimdə cin surəsi olduğu üçün, cinlərin varlığını inkar etmirlər, amma zərər vərə biləcəklərini qəbul etmirlər. Cin psixoloji zərər vərə bilərmi? 
CAVAB
Bəli, zərər vərə bilər, xəstəlik törədə bilər. Hafaza mələkləri insanı cinlərin zərərindən qoruyurlar. Cindən qorunmaq üçün ayəti-hırzı üstümüzdə gəzdirməliyik. Bir hədisi-şərif məali belədir: 
“Evində, Fatiha və Ayətəl kürsi oxuyana o gün cin və şeytan zərər vərə bilməz.” 
[Deyləmi]

Cinlər insanların damarlarına qədər girib zərər vərə bilərlər. Cinlərin meydana gətirdiyi xəstəliklərdən qorunmaq üçün müxtəlif dualar vardır. Duaların ən qiymətlisi, faydalısı Fatiha surəsidir. Hədisi-şərifdə, “Dərmanların ən yaxşısı Qurani kərimdir” buyuruldu. Xəstəyə oxunarsa xəstəliyi yüngülləşər. Əcəli gəlməmişdirsə, sağalar. Əcəli gəlmişdirsə, ruhunu rahat təslim edər. 
Məcmua-tül-fəvaid kitabında, “Bir adam cin məktubunu yanında gəzdirsə və ya evində saxlayarsa, bu adama, evə və ətrafına cin gəlməz və dadanmış, zərərli olan cin də çıxıb gedər” deyilir. 
Sual: Mənim beynimdə belə bir sual meydana gəldi, madəm ki, dinimizdə sehrin, Cadunun yeri yoxdur, o halda niyə olmayan bir şeydən qurtulmaq üçün tövsiyələr verilir?
CAVAB
Dinimizdə adam öldürmək, Cadu etmək kimi böyük günahdır. Ancaq bir adam bıçaqlanıbsa, həkimlər müalicə etsə, adam bıçaqlamaq günahdır, niyə müalicə olunur deyilərmi? Cadu sehr etmək günahdır. Ancaq olunan Cadunu açmaq, yox etmək niyə qəbahət olsun ki? Caduya qarşı Cadu edərək açmaq haramdır, amma dua ilə, ayə ilə Cadunu açmaq, onu təsirsiz hala gətirmək lazımdır. Peyğəmbər əfəndimizə də Cadu olunmuşdu. Əlbəttə ki, sonra açıldı. 
Sual: Bəzi mollalar, oğrunun sidikliyini bağlayırıq deyirlər. Belə bir şey etdirmək günahdırmı?
CAVAB
Küfrə səbəb olmayan çarələrə baş vurmaq caizdir. Hər çarə mütləq ki, təsir etməz. Bu niyyətlə etdirmək günah olmaz. Bu işi görənin saleh olması və əvəzində ödəniş götürməməsi şərtdir.

Sual: Cadu açmaq üçün “Batilnamə” kitabını oxumaq caizdirmi?
CAVAB
Caizdir, ancaq, kafir, bidət əhli oxuyarsa fayda verməz. Ən yaxşı dərman, Əhli sünnət etiqadını öyrənib dinə əməl etmək, sonra oxumaq və dua etməkdir. Başqa dərmana ehtiyac yoxdur.

Sual: Cadunu Caduyla açmaq caizdirmi?
CAVAB
Cadu açmaq günah olmaz, savab olar. Cadunu Cadu ilə açmağa cəhd etmək haramdır. Ayələrlə, dualarla açmaq isə caizdir, günah deyil, savabdır.

Keşişə oxutmaq
Sual: Cindar bir mollaya getdik. “Bu adama kafir cinlər musallat olub, bunu keşişin yanına aparın” dedi. Kafir olmayan cinlər Müsəlmana musallat ola bilərmi?
CAVAB
İnsanlara müsallat olan bütün cinlər kafirdir. Müsəlman cin insanlara zərər verməz. Kafir cinliyə də Müsəlmanın oxuması lazımdır. Keşişə qətiyyən oxutmaq caiz olmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину