Facebook Twitter WhatsApp

X

Xəlifə - Başqasının yerinə keçən.

Xəlil - Dost, sevgili, səmimi dost, yaxın yoldaş.

Xaliq - Yaxşı və gözəl xasiyyətli, keçim əhli, islama yaraşan.

Xan - Xaqan və ya xaqana bağlı hökmdar.

Xəndan - Gülən, şən.

Xəndə - Gülən, ələ salan.

Xalis - Hiləsiz, qatqısız, saf, təmiz.

Xalisə - Hiləsiz, qatqısız, saf, təmiz.

Xatib - Xitab edən, gözəl söz söyləyən.

Xədicə - Erkən doğulan qız uşağı.

Xəttab - Çox gözəl danışan və nəsihət edən.

Xavər - Gün doğuşu, ortaq.

Xəyali - Xəyal edən.

Xeyrunnisə - Qadınların xeyirlisi, yaxşısı.

Xəzinə - Xəzinə mühafizəçisi, xəzinədar.

Xıdır - Vəli və ya peyğəmbərdir. Ruhu darda qalana yardım edər.

Xızır - Yaşıl.

Xoşəda - Gözəl səsli.

Xoşəndam - Boylu-buxunlu gözəl, görünüşü düzgün.

Xoşqədəm - Gözəl ayaqlı, uğurlu.

Xoşnəva - Gözəl səsli.

Xoşnigar - Şirin, gözəl baxışlı.

Xudavəndigar - Hökmdar, sultan, əmir, hakim.

Xudayi - Xudanın qulu.

Xülqi - Yaxşı xasiyyət və əxlaq sahibi.

Xülqiyyə - Yaxşı xasiyyət və əxlaq sahibi.

Xülusi - Xalis, saf, səmimi, candan, içi təmiz.

Xülya - Quruntu, xəyal.

Xurşid - Günəş.

Xosrov - Padşah, hökmdar, sultan.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину