Səadət - Qovuşan, xoşbəxt.
Səbahət - Lətif, üzü gözəl, camal sahibi.
Sabiyə - Yeddinci.
Sabir - Səbr edən, çətinliklərə dözən.
Sadəddin - Dinin mübarək adamı.
Sadiq - Doğru olan, həqiqi.
Sədullah - Allahın mübarək qulu.
Sədun - Uğurlu olan, uğur gətirən.
Səfa - Saf, büllur, təmiz, kədərsiz, könlü şən.
Saffan - Saf, xalis.
Saffət - Seçilmiş, seçkin.
Sahib - Malik, yoldaş; söhbət edici.
Səid - Xoşbəxt.
Səlahəddin - Dinə bağlı, dini düzgün.
Saleh - Yaxşı və gözəl xasiyyətli.
Saman - Sərvət sahibi, zəngin, rahat, dinc, düzənli.
Saniyə - İkinci.
Sara - Xalis, qatqısız, saf.
Sarə - Sıçrayan, atlayan.
Satiyə - Meydana çıxan, yüksələn, nur saçan, parlaq.
Səbu - Dolça, şərab qabı.
Seçkin - Seçilmiş, üstün, güzidə, əmsallarından üstün.
Səda - Səs.
Sədat - Doğru və haqqlı.
Səxa - Əli açıq, səxavətli.
Səxavət - Əliaçıq olmaq .
Səhər - Gecənin son altıda biri olan vaxtdır ki, bu zaman olunan dualar məqbuldur.
Səkinə - Könlü rahat.
Salam - Nöqsan və ayıbdan əmin.
Salamat - Sağlamlıq, firavanlıq, qurtuluş, sakit olmaq.
Səlami - Sülh, hüzur və salamat sahibi.
Səlçuq - Sel kimi axan.
Səlma - Sülhsevər, itaətli, düz yolda olan.
Salman - Barışsevər, sülhsevər.
Səlvican - Səlvi sevən, səlvi canlı.
Səmahət - Səxavətli, yaxşılıqsevər.
Səmra - Əsmər, qumral rəngdə, əsmər gözəli.
Səna - Övünmək, mədh etmək.
Səniyyə - Yüksək, uca.
Sərab - İşığın əks olunmasından əmələ gələn
Sərdar - Əsgər başı, komandir , rəis.
Sərhad - Sərhədçi əsgər.
Sərtac - Başa qoyulan tac.
Sərvər - Baş, rəis, seyid, bir cəmiyyətin öndə gedəni.
Səvban - Paltarını geyinmiş, donanmış.
Sevda - Əsmər gözəli.
Seyfi - Qılıncla quşanmış, əsgər.
Seyfullah - Allahın qılıncı, əsgəri.
Seymən - Tarla mühafizəçisi .
Seyid - Əfəndi, bəy, Həzrəti Hüseynin soyundan gələn.
Sezgin - Sezən sezici, duyğulu, həssas.
Sibel - Buğda sünbülü
Sinan - Nizə,süngü.
Sirac - Lampa, işıq, günəş, ay.
Siracəddin - Dinin qəndili,lampası.
Siyami - Oruc olan, özünü pisliklərden uzaq duran.
Sonər - Bir işdə son yardımı göstərən. Son olması istənən.
Süəda - Səadətli, şad, uğurlu. Səidin cəm halı.
Sükeynə - Səssiz, sakit,təmkinli.
Süleyman - Hər heyvanın dilini bilən peyğəmbər. Cindən əsgərləri var idi.
Sülün - İncə narın.
Süməyyə - Əmmar ibn Yasərin anası. İlk islam şəhidi.
Suna - Erkək ördək. Əndamlı.
Sündüz - Qızıl və gümüş tellə işlənmiş ipək parça.
Sunullah - Allahın qüdrəti, meydana gətirdiyi varlıq.
Süveydə - Qəlbin ortasındakı qara ləkə.
Suzan - Yandıran, yanan.
В корзине: 0 шт.
на сумму: 0