Sual: Zəkat, fitrə və orucun fidyəsi kimlərə verilir?
CAVAB
Bunları maddələrlə bildirək:
1-Zənginlərə, yəni, qurban nisabına malik olanlara zəkat verilmir. Ata-anaya, baba-nənəyə, övlada, nəvəyə, xanımına və kafirə vermək olmaz. Kasıb olmaq şərtiylə, gəlinə, bacı-qardaşa, xalaya, əmi-dayıya, xala-bibi kimi qohumlara, kürəkənə, qaynana və qaynataya, qayına, ögey övlada verilir. Əgər salehdirlərsə, yaxın qohumlara vermək daha çox savab olar. Belə qohum yoxdursa, başqa saleh insanları tərcih etmək lazımdır.
2- İmameynə (İki imam: İmam Əbu Yusif və İmam Muhamməd Şeybani) görə qadın, dinimizə görə yoxsul sayılan ərinə zəkat verər. Əgər əri maddi çətinlik içində olarsa, bu hökmə tabe omaqda heç bir zərər yoxdur.
3- Xeyriyyə təşkilatlarına zəkat vermək olmaz. Müctəhid imamların heç biri “Xeyriyyə təşkilatlarına zəkat verilir” deməyib və bu mövzuda icma olmuşdur. Tələbə yataqxanalarına və ya fondlara zəkat verə bilmək üçün bu təşkilatların rəsmisi bir yoxsuldan vəkalət almalıdır. Yoxsul təşkilatın rəsmi şəxsinə vəkalət verərkən “Mənim adıma zəkat almağa və aldığın zəkatı istədiyin yerə verməyə səni vəkil etdim” deyər. Yaxud da sadəcə olaraq, “Səni zəkat almağa ümumi vəkil etdim” deməyi də yetərlidir. Vəkil bu zaman aldığı zəkatı tələbələrin və ya hər hansı təşkilatın ehtiyaclarına sərf edə bilər. Bu tərzdə dinə əməl edilmiş, zəkat da dinə uyğun olaraq verlmiş olur.
4- Hədisi-şərifdə “Elm öyrənməklə məşğul olanın 40 illik dolanışığı olsa da, buna zəkat vermək caizdir” buyuruldu. Dini bilikləri öyrənməklə və öyrətməklə məşğul olanlar, yəni, işi, sənəti bu cür olanlar, dini cəhətdən zəngin olsalar da, çalışıb-işləməyə vaxtları olmadığı üçün zəkat ala bilərlər. [Dürr-ül-muxtar]
5- Ata zəngindirsə, kiçik oğula zəkat verilmir. Ata yoxsuldursa, yoxsul olan kiçik övlada zəkat verilir. Əgər yoxsuldursa, ruhi xəstəyə də zəkat verilir. Uşağa, ruhi xəstəyə verilən zəkat valideyninə, yaxud da himayəsində olana verilir. Zənginin kiçik oğlu yoxsul olsa da zəkat verilmir, amma zənginin böyük övladı, xanımı və ya atası yoxsuldursa, zəkat verilə bilər. Burada böyük dedikdə, ağıllı və büluğ olan deməkdir. Kiçik isə hələ büluğ yaşına çatmayan deməkdir.
6- Əvvəllər Peyğəmbər əfəndimizin nəslindən olan seyidlərə və şəriflərə zəkat verilmirdi. Bu gün onlara da zəkat verilir. [ Dürri Yeqta ]
В корзине: 0 шт.
на сумму: 0