Facebook Twitter WhatsApp

Quran müsəlmanlığı

Sual: “Quran müsəlmanlığı” adlı bir kitabda deyilir: Türk cəmiyyətində qadınlar da kişilər kimi geyimində sərbəstdirlər. İstədikləri formada açıq geyinə bilərlər.” Dinimizdə qadınların geyimi kişilərin geyimindən fərqli deyilmi?

 

CAVAB

“Quran müsəlmanlığı” ifadəsi yanlışdır. Sanki Rəsulullahın (sallaallahu aleyhi və səlləm) bildirdiyi müsəlmanlıq Qurandan fərqli kimi göstərilir. Belə deyənlərin məqsədi Rəsulullahı aradan çıxartmaq, müsəlmanlıqla heç bir əlaqəsi olmayan azğın bir yol meydana gətirməkdir. Peyğəmbərsiz din dinsizlikdir. Rəsulullahın bildirdiyi müsəlmanlığa, “Qurana zidd” deyilərmi? Xainlikləri məlum olmasın deyə məzhəb imamlarımızın Qurana və hədislərə uyğun olaraq bildirdikləri hökmlərin müsəlmanlıqdan fərqli bir şey olduğunu iftira edirlər. Öz fikirlərinə “Quran müsəlmanlığı” və ya “Ayətlərlə müsəlmanlıq” deyirlər. “Hədislərlə müsəlmanlıq” deyənlər də var, bu da çox yanlışdır. Hədislərdən anladıqlarımıza deyil, müctəhid alimlərə tabe olmaq şərtdir. Bu məzhəbsizlərə görə Rəsulullahın açıqladığı, Əshabi-kiramın və Əhli-sünnət alimlərinin Qurandan bildirdikləri “Quran müsəlmanlığı” deyil, öz anladıqları yanlış hökmlər “Quran müsəlmalığı” dır.

 

Qurani-kərimi ən yaxşı anlayan Peyğəmbər əfəndimiz qadın və kişilərin övrət yerlərinin haralar olduğunu açıqlamış, gizli bir şey qalmamışdır. Kişilərin övrət yeri dizlə göbək arasıdır. İki hədisi-şərif məalı belədir:

“Kişidə göbəklə diz arası övrətdir” buyurulur. [Əbu Davud]
“Bud övrət yeridir.” [Buxari, Tirmizi]

Qadının ovuc içindən və üzündən başqa bütün bədəni övrətdir. İki hədisi-şərif məalı belədir:

“Qadının [üz və əli xaric] bütün bədəni övrətdir”.  [Məcmaul-ənhur, Əl-mugni]
“Ey Əsma, bir qız namaz qılacaq yaşa gələndə üz və əlləri xaric bədənini kişilərə göstərə bilməz.” [Əbu Davud]

Kişi və qadının övrət yeri bildirilmişdir. Bu yerləri açmaq və buralara baxmaq haramdır. İki hədisi-şərif məalı belədir:

“Övrət yerini açmaq böyük günahdır.” [Hakim]

“Övrət yerini açana, başqasının övrət yerinə baxana Allah lənət etsin!” [Beyhəqı]

Allahu təalanın Rəsulu belə buyurduğu halda, qadınların açıq gəzməsini istəyən zındıqların “Quran müsəlmanlığı” deməsi dinə düşmənlikdir. Bir ayəti-kərimə məalı belədir:

“Mömin qadınlara söylə [Yad kişilərə baxmaqdan] çəkinsinlər, namuslarını qorusunlar, [əl, üz kimi] görünən hissə xaric, zinətlərini [saç və boyun kimi zinət taxılan yerləri] göstərməsinlər, baş örtülərini yaxalarına qədər [saç, qulaq və boyunlarını] örtsünlər!” [Nur 31]

Ayəti-kərimə və onların açıqlanması olan hədisi-şəriflər kişinin də, qadının da geyimində sərbəst olmadığını, övrət sayılan yerlərini örtmələrinin fərz olduğunu bildirir.

“Yalnız Quran” və ya “Quran müsəlmanlığı” deyənlər qətiyyən Qurani-kərimə inanmayan zındıqlardır. Qurani-kərimin ayətlərinə inanmayan Allah Rəsulunu aradan çıxartmağa çalışan necə müsəlman ola bilər ki? Qurani-kərimin 17 yerində Rəsulullaha “De ki, mənə tabe olun!” buyurulur. Rəsulullaha tabe olmayan və Onun bildirdiyi qaydada təsəttürə inanmayan, necə müsəlman olar?

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину