Facebook Twitter WhatsApp

Təsəttür fərzdir

Sual: Dinimiz qadının necə örtünəcəyini açıq-aydın bildirdiyi halda nə üçün bunun mübahisəsini edirlər? Təsəttürü inkar edən dindən çıxmazmı?

CAVAB
Qadınların təsəttürü qəti şəkildə açıqlanmışdır. Təsəttürlə bağlı ayəti-kərimələri Peyğəmbər əfəndimiz açıqlamış, alimlər də bizlərə bildirmişdirlər. Bu xüsusda mübahisələr qəsdəndir.
Qurani-kərimdə ümumiyyətlə hər şey qısa şəkildə bildirilmişdir. Bunları Peyğəmbər əfəndimiz açıqlamış, o gündən bəri tətbiq olunmuşdur.

Qurani-kərimdə məalən, “Əsla ana-atana uf demə” buyurulur. (İsra 23)

Bir adam ana-atasına uf deməsə, amma sopa ilə döysə, sonra da “Mən uf demədiyim üçün Quranın əmrinə tabe oldum” desə, bu adam Qurana tabe olmuş sayılırmı? Ayəti-kərimənin mənası, “Ana-atanızı incitməyin, hətta onlara uf belə deməyin deməkdir. (Beydavi)

Buna görə də Qurani-kərimdəki bir ayənin hökmünü öyrənmək üçün Quran tərcüməsinə baxmaq çox yanlış olar. Hər kəs Qurani-kərimdən hökm çıxara bilsəydi, hədisi-şəriflərə ehtiyac olmazdı.

Oğurluq cinayətdir. Bir hakim qanunları əsaslanmadan, sırf Konstitusiyaya görə bir oğruya cəza verə bilməz. Çünki oğurluğun cəzası açıq-aydın şəkildə Konstitusiyada bildirilməmişdir. Bir çox hökmlər qanunlarla izah olunmuşdur.

Bununla yanaşı, dinimizin bir hökmünü öyrənmək üçün hər kəs Qurani-kərimə baxıb anlaya bilməz. Qurani-kərim hədisi-şəriflərlə açıqlanmışdır. Hədisi-şərifləri də anlamaq böyük elm işidir. Bunları da İslam alimləri açıqlamışdırlar. Ona görə də heç kimə Quran tərcüməsini oxumağı tövsiyə etmirik. Bir oxucu “Quran tərcüməsi oxuyaraq dinsiz oldum” deyə acı bir etiraf etmişdi.

Tibb kitabı oxuyaraq dərman hazırlamaq və xəstəyə diaqnoz qoymaq düzgün deyil. Quran tərcüməsindən hökm çıxarmaq bundan daha böyük səhvdir. Çünki səhv dərmanı qəbul edən ölə bilər. Lakin səhv hökm verən imanını itirib, sonsuz əzaba düçar ola bilər. Hədisi-şəriflərdə buyuruldu ki:

“Quranı şəxsi görüşü ilə açıqlayan, doğru olsa belə, mütləq ki, xətaya düşmüşdür.” [Nəsai]

“Quranı şəxsi görüşünə görə təfsir edən kafir olar.” [Məktubati Rəbbani]

Qurani-kərimdə məalən buyurulur ki:

“Mömin qadınlara söylə: [Yad kişilərə baxmaqdan] çəkinsinlər, namuslarını qorusunlar, [əl, üz kimi] görünən hissələr xaric, zinətlərini [Saç və boyun kimi zinət taxılan yerləri] göstərməsinlər, baş örtülərini yaxalarına qədər [saç, qulaq və boyunlarını] örtsünlər!” [Nur 31]

Bu ayəti-kərimədən qadınların baş örtüsünü sadəcə yaxalarına örtməyi, baş və bədənin digər yerlərini örtməyin lazım olmadığı anlaşıla bilər. Gözünü nədən çəkindirəcək, namusunu necə qoruyacaq, zinətdən məqsəd nədir? Xına, sürmə boyadırmı, qızıl, gümüş kimi zinətdirlərmi? Bu xüsuslar aydın deyildir, hədisi-şəriflə bildirilmişdir. Bir ayəti-kərimə məalı da belədir:
“Ey Nəbi, xanımlarına, qızlarına və möminlərin qadınlarına [çölə çıxarkən] cilbablarını [üst geyimlərini] geyinmələrini söylə! Bu, onların tanınıb, əza görməmələri üçün daha münasibdir.” [Əhzab 59]

Bu tərcüməyə baxıb “Qadın, tanınıb əza edilməməsi üçün üst geyim geyinir. Tanınıb əza edilməzsə, çılpaq gəzə bilər” deyənlər çıxmışdır. Bu ayələri Rəsul əleyhissalamın necə açıqladığına baxmaq lazımdır.

Hədisi-şərifdə buyuruldu ki:

“Qadının [üz və iki əlindən başqa] bütün bədəni övrətdir.” [Məcmaul-ənhür, Əl-muqni]

Bu hədisi-şərifdə qadının təsəttürü açıq-aydın bildirilir. Qurani- kərimin 17 yerində Rəsulullaha “De ki, mənə tabe olun” buyurulur. Allahü təalanın Rəsuluna tabe olub, Onun bildirdiyi şəkildə təsəttürə riayət etmək lazımdır!

Həzrəti Əsma nazik paltarla gəldikdə, Rəsulullah əfəndimiz baldızına baxmadı. Mübarək üzünü çevirib “Ey Əsma, bir qız namaz qılacaq yaşa gəldikdə, üz və əlləri xaric, bədənini kişilərə göstərməməlidir” buyurdu. (Əbu Davud)

Həzrəti Aişə validəmiz buyurdu ki:
“İlk mühacir qadınlara Allah rəhmət etsin! Təsəttür ayəsi endikdə, dərhal önlüklərini yırtıb başlarını örtdülər” buyurdu. (Buxari, Nəsai)

Qadın övrətdir, təsəttürü fərzdir. Ayəti-kəriməni şəxsi görüşünə görə təfsir edib, bu fərzi inkar etmək küfrdür.

Bir qadın açıq gəzsə kafir olmaz. Lakin örtünməyin lazımsız olduğunu söyləyərsə kafir olar. Günah ilə küfr fərqlidir.

Sual: “Təfərrüat” deyərək saçları açmaq doğru olarmı? Küçəyə çıxarkən parik taxa bilərəmmi?

CAVAB
“Təfərrüat” deyərək saçları açmaq haramdır. Hələ örtünməyə əhəmiyyət verməyənin imanı gedər. Küçəyə çıxarkən parik taxmaq zərurətsiz caiz deyildir. Kişilərin arasında başı açmaq zərurəti olduğu zaman, qadının parikdən istifadə etməsi caiz və lazım olar. Zərurət, başqa çarə tapa bilməmək deməkdir. Sadəcə zərurət halında parik taxa bilərsiniz.

Sual: Namaz, oruc, zəkat və həcc nə zaman fərz oldu? Təsəttür nə zaman əmr edildi?

CAVAB
Beş vaxt namaz miladi 621-ci ildə və hicrətdən bir il öncə Merac gecəsində fərz oldu. Meracdan əvvəl, yalnız sübh və ikindi namazı var idi.

Hicrət 622-ci ildə oldu.

Ramazan orucu 624-cü ildə fərz oldu.

Zəkat da 624-cü ildə Ramazan ayında fərz oldu.

Həcc isə 631-ci ildə fərz oldu.

625 və 627-ci illərdə qadınlara örtünmə əmri gəldi.

Qadınların Peyğəmbər əfəndimizin yanına gələrək sual soruşmaları, oturub dinləmələri hicab ayəsi gəlmədən əvvəl idi. Hicab ayəsi gəldikdən sonra qadın-kişi artıq bir yerdə oturulmadı. Qadınlar soruşacaqlarını əzvacı-tahiratdan soruşub öyrəndilər. Rəsulullah əfəndimiz isə 632-ci ildə vəfat etdi. Deməli,  Peyğəmbər əfəndimiz təsəttür ayəsindən 5 il sonra vəfat etdi. Ondan əvvəl təsəttür yox idi. Əvvəlki həyatını danışıb, “Rəsulullah qadınlarla oturub danışardı, qadınlar açıq gəzərdilər” demək yanlış olar.

Sual: Üsul və füru nədir? Fərzlər və haramlar üçün füruat demək olarmı?

CAVAB
Hənəfi məzhəbinin alimləri etiqadda İmam Matüridiyə tabe olmuşdurlar, çünki İmam Matüridi üsul və füruda İmam azamın məzhəbindədir. Üsul, etiqad deməkdir. Füru, əhkamı-islamiyyə deməkdir. (Miləl və Nihal)

Açıq bildirilən fərzlərə və haramlara inanmaq, məsələn, içkinin, qumarın, donuz ətinin haram olduğuna, beş vaxt namazın, orucun, zəkatın, təsəttürün fərz olduğuna inanmaq da üsuldandır, füruat deyildir. Bunların fərz və ya haram olduqlarını inkar etmək küfr olur.

İmam Şafii həzrətləri, “Üsul bilikləri - kitab, sünnət və icmai- ümmətdir. Bunlara inanmaq şərtdir” buyurdu. (Mizanül-kübra)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину