Facebook Twitter WhatsApp

Namazı Pozan Şeylər

Namazı pozan şeylər

1. Üzrsüz öskürmək və ya boğazını təmizləmək.

2. Namaz qılan kimsə başqası asqırdıqda “Yərhamükəllah” , demək.

3. Namazı tək qılan bir şəxs digər tərəfdə camaata namaz qıldıran imamın oxuyarkən yanıldığını eşidib ona xəbər etsə, namazı pozulur. Əgər imam da bu kimsənin xəbərinə tabe olaraq oxuyarsa, imamın da namazı pozulur.

4. Namaz içində “lə ilahə illallah” desə, əgər məqsədi cavab isə, namazı pozulur. Əgər məqsədi bildirmək isə, namazı pozulmaz.

5. Övrət yerini açmaq.

6. Ağrı və ya başqa bir dərd səbəbi ilə ağlamaq. (Cənnət və ya Cəhənnəm zikr olunub, onları düşünüb ondan dolayı ağlayarsa pozulmaz.)

7. Əli və dili ilə salam almaq.

8. Qəzaya qalmış namazların miqdarı beşi keçməmişsə, namazda ikən xatırlayarsa.

9. Namaz içində, elə bir hərəkət etsə ki, onu görən kimsə namaz qılmadığını sansa, namazı pozulur.

10. Namaz içində bir şey yemək və içmək.

11. Namaz içində söz söyləmək.

12. İmamından başqasının səhvini düzəltmək.

13. Namaz içində gülmək.

14. Namaz içində inləmək və ah etmək. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину