1. Namaz qılarkən səcdə yerinə baxmaq.
2. Rüküyə getdiyi zaman ayaqlarına baxmaq.
3. Səcdədə burnunu qoyduğu yerə baxmaq.
4. Təhiyyata oturunca dizlərinin üstünə baxmaq.
5. Fatihədən sonra oxunacaq ayət miqdari, sübh və zöhr namazlarında uzun, şam namazlarında qısa olmaq.
6. İmama tabe olan kimsə təkbiri yavaş səslə almaq.
7. Rüküdə barmaqlarını açıb, dizi üzərinə qoymaq.
8. Başını boyun ilə birlikdə rüküdə düz tutmaq.
9. Səcdəyə gedərkən öncə sağ, sonra sol dizlərini yerə qoymaq.
10. Səcdəni iki əli arasında etmək.
11. Səcdəyə burnundan sonra alnını qoymaq.
12. Namaz vaxtı əsnəyərsə, əlinin arxası ilə ağzını bağlamaq.
13. Kişilərin səcdədə dirsəklərini qaldırıb, yüksəkdə tutmaq. Qadınlar isə qollarını yerə sərərlər.
14. Kişilərin səcdədə qollarını və ayaqlarını qarnından ayrı tutmaq.
15. Rükü və səcdədə üç dəfə təsbeh edəcək qədər durmaq.
16. Səcdədən başını qaldırdıqdan sonra əllərini yerdən qaldırmaq.
17. Əllərini qaldırdıqdan sonra dizlərini qaldırmaq.
18. Təhiyyatda əllərini budları üzərinə qoyub, barmaqlarını qibləyə qarşı düz tutmaq, bükməmək və heç birini oynatmamaq.
19. Sağına, soluna salam verərkən başını çevirmək.
20. Salam verərkən çiyin başlarına baxmaq.
В корзине: 0 шт.
на сумму: 0