Facebook Twitter WhatsApp

Səcdeyi-səhv

Sual: Səcdeyi-səhv hansı hallarda və necə edilir?
CAVAB
Səcdeyi-səhv [yanılma səcdəsi] fərzin gecikməsi, fərzin təkrarı, vacibin tərki, vacibin gecikməsi, vacibin təkrarı və vacibin dəyişməsindən ötrü o namazın sonunda edilməsi lazım olan iki səcdə ilə təşəhhüd, səlli barik və rəbbəna atina oxumaqdan ibarətdir. Belə edilir:

Namaz qılan son oturuşda əttəhiyyatu oxuduqdan sonra sağa salam verər. Ondan sonra “Allahu əkbər” deyərək səcdəyə gedər, üç dəfə “Sübhanə Rəbbiyəl əla” oxuyar. Ondan sonra “Allahu əkbər” deyib alnını səcdədən qaldırar və oturar. Bir az gözləyəndən sonra təkrar “Allahu əkbər” deyərək ikinci səcdəyə gedər.Yenə üç dəfə “Sübhanə Rəbbiyəl əla” oxuduqdan sonra “Allahu əkbər” deyib qalxar və oturar. Təhiyyat, səlli barik və rəbbəna atina oxuyub əvvəl sağ, sonra sol tərəfə salam verər.

Sual: Səcdeyi-səhv necə edilir?
CAVAB
Səcdeyi-səhv etmək üçün təhiyyat oxunub bir tərəfə salam verdikdən sonra iki səcdə edib oturmaq və təhiyyat, səlli barik, rəbbəna oxuyub namazı tamamlamaq lazımdır.


Sual: Səcdeyi-səhv edərkən salam iki tərəfə də verilə bilərmi?
CAVAB
Bəli, iki tərəfə də salam verdikdən sonra və ya heç salam vermədən də səcdeyi-səhv edilə bilər. Camaatla qılınarkən yalnız sağ tərəfə vermək daha uyğundur.


Sual: Hansı hallar səcdeyi-səhvi gərəkdirir?
CAVAB
Səcdeyi-səhvi gərəkdirən hallar bunlardır:

1- Fərzin təxiri [gecikməsi]
2- Fərzin təkrarı
3- Vacibin tərki
4- Vacibin təxiri
5- Vacibin təkrarı
6- Vacibin dəyişməsi.

Sual: Namazda sıra ilə qılmaq, yəni tərtib fərzdirmi?
CAVAB
Bəli, fərzdir. Səcdələr əvvəl, ruku sonra edilsə, namaz səhih olmaz.


Fərzin təxiri halında:
Sual:
Hər fərzin təxirində səcdeyi-səhv lazımdırmı?

CAVAB
Hər fərzin təxiri səcdeyi-səhvlə xilas olmaz. Məsələn, ruku və iki səcdə təxir edilə bilməz. Təxir edilsə, namaz artıq pozular. Qiraət də təxir edilə bilməz. Qiraəti [Quran oxumağı] unudub yalnız sübhanəkə oxuduqdan sonra rukuya və ya səcdəyə gedən şəxs, geri dönüb qiraəti etdikdən sonra təkrar ruku və səcdəni etməlidir. Etməzsə, namazı səhih olmaz. Çünki namazda tərtib, yəni fərzləri sıra ilə etmək fərzdir.


İki səcdədən biri unudulub namazın içində xatırlananda dərhal o səcdə edilər, namazın sonunda da səcdeyi-səhv lazımdır. Son təşəhüddə əttəhiyyatu oxuyacaq qədər oturmayanın da namazı səhih olmaz. İki rükətli namazda ikinci rükətdə deyil, üçüncü rükətdə otursa və 4 rükətli namazda dörddə deyil, beşinci rükətdə otursa, namazı səhih olmaz. Çünki fərz yerində edilməmiş olur.

Fərzin təkrarı halında:
Sual:
Üç səcdə edən və ya iki ruku edənin səcdeyi-səhv ilə namazı tamamlanmış olarmı?

CAVAB
Bəli, tamamlanmış olar.


Vacibin tərki halında:
Sual:
Zəmmi-surə, fatihə və ya qunut dualarını oxumağı unudanın səcdeyi-səhv etməsi lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Çünki vacib tərk edilmiş olur.


Sual: Oturması lazım olan yerdə qalxan, məsələn, 4 rükətli fərzlərdə ilk təşəhüddə oturmayıb qalxan səcdeyi-səhv etməlidirmi?
CAVAB
Bəli, lazımdır. Çünki vacib tərk edilmiş olur.


Sual: Qalxması lazım olan yerdə, məsələn, ilk rükəti qılıb oturana səcdeyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır. Çünki vacib gecikdirilmiş olur.


Sual: Təşəhüddə dua oxunacaq yerdə Quran oxuyana, məsələn, təşəhüddə əttəhiyyatunu oxumayıb fatihə və ya başqa bir surə oxuyana səcdeyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır. Çünki dua yerində Quran oxunmuş olur.


Vacibin təkrarı halında:
Sual:
Fatihəni ard-arda iki dəfə oxuyana səcdeyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Çünki bu vəziyyətdə vacib olan zəmmi-surə gecikir və vacib təkrar edilmiş olur.


Sual: Fatihə və zəmmi-surədən sonra təkrar fatihə oxunsa, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Fatihə təkrar edildiyi halda səcdeyi-səhv lazım deyil. Çünki həmin yer qiraət yeridir, orada nə qədər çox ayə oxunsa da, səcdeyi-səhv lazım deyil.


Vacibin təxiri halında:
Sual:
Zəmmi-surələri birinci və ikinci rükətlərdə oxumağı unudub üçüncü və dördüncü rükətlərdə oxuyunca səcdeyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Çünki vacib təxir edilmiş olur.


Sual: Əttəhiyyatunu oxuyub tamamladığı namazdan sonra unudub, ayağa qalxaraq vacib olan salamı gecikdirən, məsələn, iki rükətli namazda üçüncü rükətə, üç rükətlilərdə dördüncü rükətə, dörd rükətlilərdə isə beşinci rükətə qalxan səcdə etmədən əvvəl xatırlasa, dərhal oturub səcdeyi-səhv etməlidirmi?
CAVAB:
Bəli, etməlidir. Çünki vacib olan salam gecikdirilmiş olur.


Vacibin təbdili halında:
Sual:
Quran oxunacaq yerdə dua oxuyana, məsələn, qiyamda fatihəni unudub əttəhiyyatu oxuyana səcdeyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Çünki vacib olan fatihə tərk edilmiş olur.


Sual: Əgər qiyamda əttəhiyyatunu oxuduqdan sonra fatihəni də oxusa, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Lazım deyil. Fatihə oxunmuş olur. Qiraət yeri olduğu üçün əttəhiyyatunun və ya başqa duaların oxunması səcdeyi-səhv gərəkdirmir.


Sual: İmam zöhr və əsrdə xəfif səslə oxumalı ikən səsli oxusa, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır. Çünki vacibin xüsusiyyəti dəyişdirilmiş olur.


Sual: İmam şam, işa və sübh namazında səsli oxuması lazım olarkən xəfif səslə oxusa, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır. Çünki vacib tərk edilmiş olur.


Səcdeyi-səhv tələb edən hallar

Sual: Fatihəni birinci və ya ikinci rükətdə ard-arda iki dəfə oxumaq səcdeyi-səhv gərəkdirirmi?
CAVAB
Bəli, gərəkdirir.


Sual: Birinci əttəhiyyatunu oxuduqdan sonra yanılıb “Allahümmə...” demək səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Tədili-ərkanı tərk etmək və ya qunut dualarını unutmaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Son rükətdə əttəhiyyatudan əvvəl fatihə oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Son rükətdə əttəhiyyatunu oxuduqdan sonra qalxıb bir və ya iki rükət əlavə qılmaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: İmamın səsli oxunacaq yerdə fatihənin yarısını gizli oxuması səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Namazın içindəki bir şeyi bir rükn miqdarı düşünmək sonrakı rüknün və ya vacibin gecikməsinə səbəb olsa, səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir. [Başqa namazdakını və ya dünya işlərindən birini düşünmək səcdeyi-səhv tələb etməz. Rükn üç dəfə sübhanallah deyəcək qədər vaxtdır.]


Sual: Unudaraq iki ruku və ya üç səcdə etmək səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Zəmmi-surənin bir qismini rukuda oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Fərzin və vitrin ilk oturuşunda əttəhiyyatudan sonra az da olsa, bir şey oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: İlk oturuşda iki tərəfə salam verincə xatırlayıb namaza davam edilsə, namaz pozulmuş olarmı?
CAVAB
Xeyr, namaz pozulmuş olmaz, amma səcdeyi-səhv lazımdır.


Sual: Ayağa qalxanda oturmaması lazım ikən oturmuşsa, nə edər?
CAVAB
Namazın sonunda səcdeyi-səhv edər.


Sual: Dördüncü rükətdə təşəhhüd miqdarı oturub salam vermədən beşinciyə qalxsa, nə edər?
CAVAB
Beşinci rükətin səcdəsini etmədən xatırlasa, oturar və səcdeyi-səhvlə namazını tamamlayar.


Sual: Beşinci rükətin səcdəsini etdikdən sonra səhvini anlarsa, nə edər?
CAVAB
Altıncı rükəti də tamamlayıb səcdeyi-səhv edər. Fərzi tamamlamış olar. İki rükəti də nafilə olar.


Sual: Namazda bir səcdəni unudan nə edər?
CAVAB
Səcdəni unudan şəxs rukuda və ya səcdədə xatırlasa, rukudan dərhal səcdəyə gedər; səcdədə isə oturduqdan sonra o səcdəni edər, sonra ruku və səcdəni iadə edər. Fərzi gecikdirdiyi üçün namazın sonunda səcdeyi-səhv edər. Yaxud bu səcdəni və son oturuşda xatırladığı səcdəni son oturuş arasında və ya sonunda edər və təkrar oturaraq əttəhiyyatunu oxuyar və səcdeyi-səhv edər. Təkrar oturmazsa, namazı pozular. «Ə.Səadət»

Sual: 4 rükətli fərzlərin ilk təşəhhüdündə oturmağı unudub qalxmaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli, tələb edir.


Sual: Birinci rükəti qılıb, ikinci rükətə qalxması lazım olarkən unudub oturmaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli.


Sual: Birinci təşəhhüddə əttəhiyyatunu oxuyacaqkən fatihə və ya başqa bir surə oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli.


Sual: Əttəhiyyatunu bitirmədən salam verilsə, o anda xatırlanınca dərhal səcdeyi-səhv edilərmi?
CAVAB
Bəli.


Sual: Zəmmi-surə unudulunca səcdeyi-səhv lazımdırmı?
CAVAB
Bəli.


Sual:
Yanılıb fatihəni ilk rükətdə ard-arda iki dəfə oxuyana səcdeyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Ancaq fatihəni surədən sonra da oxusa, səcdeyi-səhv lazım deyil.


Sual:
Qiyamda unudub fatihə yerinə əttəhiyyatu oxusa, səcdeyi-səhv lazımdırmı?

CAVAB
Bəli, lazımdır. Əgər o anda xatırlayıb fatihəni oxusa, səcdeyi-səhv lazım deyil. Çünki qiyam qiraət yeridir. Çox şey oxumaq səcdeyi-səhv tələb etməz.


Sual:
Son rükətdə səlli bariki oxuyub qalxan səcdeyi-səhv edərmi?

CAVAB
Vacib olan salamı gecikdirdiyi üçün səcdeyi-səhv lazımdır.


Sual: Son rükətdə əttəhiyyatudan əvvəl fatihə oxunsa, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Vacib olan əttəhiyyatu gecikdiyi üçün səcdeyi-səhv lazımdır.


Sual: Son rükətdə əttəhiyyatunu oxuduqdan sonra qalxıb bir rükət əlavə qılanın namazı səhihdirmi?
CAVAB
Son rükətdə oturduğu üçün səcdeyi-səhvlə namazı səhihdir. Lakin bir rükət əlavə qılıb sonra salam versəydi, son qıldığı iki rükət nafilə olardı.


Sual:
Vitri qılarkən, qunut dualarını oxumağı unudan nə edər?

CAVAB
Namaz bitmədən xatırlasa, namazın sonunda səcdeyi-səhv edər. Səcdeyi-səhvi də unudana bir şey lazım deyil. Yəni təkrar qılmaq lazım deyil. Çünki unutmaq üzrdür.


Sual: Sünnə qılarkən zəmmi-surə yerinə qunut oxuyana səcdeyi-səhv lazımdırmı?
CAVAB
Vacib olan zəmmi-surəni tərk etdiyi üçün səcdeyi-səhv lazımdır.


Sual: Dörd rükətli bir namazın birinci rükətində zəmmi-surəni unudub ikinci rükətdə xatırlasa, nə edər?
CAVAB
Xatırlayınca üçüncü rükətdə oxuyar, burada da unutsa, dördüncü rükətdə oxuyar. Fərzlərin 3-cü və 4-cü rükətlərində də zəmmi-surə oxumağın zərəri olmaz. Namazın sonunda səcdeyi-səhv edər. Dördüncü rükətdə də oxumağı unutsa, səcdeyi-səhv edər. Səcdeyi-səhvi də unutsa, bir şey etmək lazım deyil.


Sual: Bayram namazında imam ilk rükətdə zəvaid təkbirlərini gətirmədi. Namazın sonunda səcdeyi-səhv etdi, namaz səhih oldumu?
CAVAB
Vaciblər unudulunca səcdeyi-səhv qurtarar.


Sual:
İki və ya dörd rükətli bir fərzin son rükətində yanılıb, oturmadan qalxan nə edər?

CAVAB
Səcdəyə çatmadan xatırlasa, dərhal oturar, sonunda səcdeyi-səhv edər. Səcdəni etdikdən sonra xatırlasa, bir rükət əlavə qılar. Namazı nafiləyə dönər. Fərzi yenidən qılmalıdır.


Sual: Namazda ilk təşəhhüddə oturmayıb qalxarkən xatırlayan nə edər?
CAVAB
Əgər iki diz yerdən aralansa, qayıtmaq olmaz, yəni oturub təhiyyat oxunmaz və namazın sonunda səcdeyi-səhv edilər.


Sual:
Dörd rükətli bir namazın ikinci rükətində ikən namazın bitdiyini zənn edib iki tərəfə salam verən və dərhal səhvini anlayan şəxs qalxıb namaza davam edə bilərmi?

CAVAB
Bəli, namaza davam edər və sonunda səcdeyi-səhv edər.


Sual:
Son rükətdə əttəhiyyatunu oxuduqdan sonra qalxıb bir rükət əlavə qılan nə edər?

CAVAB
Altı rükətə tamamlayar. Sonunda səcdeyi-səhv edər.


Sual:
Dörd rükətli bir namazın ilk təşəhhüdü unudulsa, nə edilir?

CAVAB
Səcdeyi-səhv edilir.


Sual: Namazda fatihədən sonra hər hansı bir surə oxumağı unudunca səcdeyi-səhv lazımdırmı?
CAVAB
Birinci və ya ikinci rükətlərdə oxumazsa, səcdeyi-səhv lazımdır.


Sual:
Vitr namazında qunut dualarını oxumadığını təşəhhüddə ikən xatırlayan nə edər?

CAVAB
Səcdeyi-səhv edər.


Sual:
Bəzən nələr oxuduğumuzu, neçə rükət qıldığımızı səhv salırıq. Bu vəziyyətdə nə etmək lazımdır?

CAVAB
İbadətlərdə zənn etibarlıdır. Yəni hansında zənn çoxdursa, elə hərəkət edilir. İki tərəfə də meyllik yoxdursa, iki tərəfə də 50 faiz zənn varsa, buna şübhə [şübhə] deyilir. Məsələn, üç və ya dörd rükət qıldığında şübhə edən iki tərəfin heç birinə çox zənn edə bilməzsə, yəni üç və ya dörd rükət qıldığını yəqin edə bilməzsə, üç rükət qıldığını qəbul edər və bir rükət əlavə qılar, üçüncü rükətdə oturar. Çünki üçüncü rükətin dördüncü rükət olma ehtimalı vardır. Sonra da səcdeyi-səhv edər.


Sual: Namazın ilk rükətində oturub bir şey oxumadan qalxmaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli.


Sual: Neçə rükət qıdığını səhv salıb, namazda düşünməsi sonrakı rüknün və ya vacibin bir rükn zamanı qədər gecikməsinə səbəb olsa, bu vaxt ayə və dua oxusa, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Bəli, lazımdır.


Sual: Son rükətdə oturmadan ayağa qalxan o rükətin səcdəsini etdikdən sonra xatırlasa, nə edər?
CAVAB
Fərz namazı nafilə şəklinə dönər. Bir rükət əlavə qılıb altıncı rükətə tamamlayar. Fərzi nafiləyə döndüyü üçün yenidən qılmalıdır.


Səcdeyi-səhvin lazım olmadığı hallar
Sual: Zəmmi-surədən əvvəl və sonra fatihə oxuyana səcdeyi-səhv lazımdırmı?
CAVAB
Xeyr, lazım deyil.


Sual: İkinci rükətdə fatihədən əvvəl əttəhiyyatu və ya başqa duaları oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Fərzin son iki rükətində zəmmi-surə oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Fərzin son iki rükətində fatihədən sonra bəsmələ çəkmək və ya hər hansı bir dua oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Son rükətdə əttəhiyyatudan sonra bir neçə dua oxumaq səcdeyi-səhvi tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Unudub, səlli barikləri iki dəfə oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Əttəhiyyatu və ya sübhanəkədən əvvəl unudub bəsmələ çəkmək səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Fərz namazların 3-cü və 4-cü rükətlərində fatihədən əvvəl səhvən hər hansı bir dua oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Namazda unudub əstagfirullah, əlhəmdulillah, Allahumməğfirli demək səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Sübhanəkədən sonra əttəhiyyatunu, sonra da fatihəni oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Birinci rükətdə oxuduğu zəmmi-surəni unudub ikinci rükətdə oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz. Unutduğu üçün məkruh da olmaz.


Sual: Daha sonrakı zəmmi-surəni oxuyacaq yerdə daha əvvəlkini oxumaq. Məsələn, “Kövsər” surəsini oxuyub, ikinci rükətdə də ixlası oxuyacaqkən unudub “Fil” surəsini oxumaq səcdeyi-səhvi tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz. Unutduğu üçün, məkruh da olmaz.


Sual: Zəmmi-surə oxuyarkən bir və ya bir neçə ayə irəli keçmək səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Son təşəhhüddə əttəhiyyatudan sonra fatihə və ya başqa dua oxumaq səcdeyi-səhvi tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz. Çünki ora dua oxuma yeridir.


Sual: Səfərdə dörd rükətli namazları unudaraq tam qılmaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Bəli.


Sual: Surəni yarısına qədər oxuduqdan sonra çaşıb yenidən başlamaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Əttəhiyyatunu və ya sübhanəkəni yarısına qədər oxuduqdan sonra çaşıb yenidən başlamaq səcdeyi-səhvi tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Sual: Günəş çıxarkən və batarkən, səcdeyi-səhv edilirmi?
CAVAB
Xeyr, edilməz.


Sual: Başqa bir namazı qılıb-qılmadığını və ya dünya işlərini düşünən bir rüknün gecikməsinə səbəb olsa, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Xeyr, lazım deyil.


Sual: Səlli barik iki dəfə oxunsa, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Lazım deyil.


Sual:
Təhiyyatdan əvvəl səhvən bəsmələ çəkilsə, səcdeyi-səhv lazımdırmı?

CAVAB
Xeyr, lazım deyil.


Sual: Namazın içində səcdeyi-səhv lazım olub-olmadığını düşünəndə səcdeyi-səhv etmək lazımdırmı?
CAVAB
Xeyr.


Sual: Heç lazım deyilkən, ehtiyat üçün səcdeyi-səhv etmək olarmı? «Məsələn, qiraətdə bir səhv edilməsi və ya tədili-ərkanın tam yerinə yetirilməməsi kimi şübhələri aradan qaldırmaq üçün...».
CAVAB
Ehtiyat üçün səcdeyi-səhv edilməz. Şübhəylə səcdeyi-səhv olmaz. Qiraətdəki səhv üçün edilməz. Qiraətdə bir sözü səhv oxuyanda və ya bir hərf səssiz çıxanda təkrar düz oxunduğunda səcdeyi-səhv lazım deyil.


Sual: Namazda unudaraq ikinci rükətdə əvvəlki rükətdə oxuduğu zəmmi-surənin əvvəlindəkini oxumaq və ya bir surə irəli keçib oxumaq məkruh olarmı və səcdeyi-səhv lazımdırmı?
CAVAB
Səcdeyi-səhv lazım deyil, unudaraq bir əvvəlki surəni və bir sonrakını oxumaq da məkruh deyil. Bunlar unutmadan da edilsə, səcdeyi-səhv lazım deyil.


Sual: İmam səcdeyi-səhv edərkən, məscidə gəlib ona uymaq caizdirmi?
CAVAB
Bəli, caizdir.


Sual: Səcdeyi-səhv edərkən, bir səhv daha edilsə, təkrar səcdeyi-səhv lazımdırmı?
CAVAB
Xeyr, hər namazda bir səcdeyi-səhv edilir. Bir namazda bir neçə dəfə yanılan da bir dəfə səcdeyi-səhv edər.


Sual: Səhv səcdəsi edərkən, yalnız təhiyyatı oxumaq kafidirmi?
CAVAB
Yalnız təhiyyatı oxumaq kifayətdir. Üstün olanı səlli barikləri də oxumaqdır.


Sual: Namazda səcdeyi-səhv edərkən iki səcdə yerinə bir səcdə etsək, qorxusu varmı?
CAVAB
Səcdeyi-səhv edərkən səcdə bir dəfə edilməz, iki dəfə səcdə etmək şərtdir.


Sual:
Səcdeyi-səhvdə əttəhiyyatunu oxumaq vacibdirmi?

CAVAB
Bəli.


Sual: Səcdeyi-səhv unudulsa, namazı təkrar qılmaq lazımdırmı?
CAVAB
Xeyr, lazım deyil. Unutmaq üzrdür.


Sual: Məsbuq imam salam verdikdən sonra namazını tamamlayarkən səcdeyi-səhvi tələb edən bir iş etsə, sonunda səcdeyi-səhv etməlidirmi?
CAVAB
Bəli, səcdeyi-səhv lazımdır.


Sual: İmam zəmmi-surədə yanılsa və ya səhvən başqa ayələrə keçib oxumağa davam etsə, nə etmək lazımdır?
CAVAB
Bir şey etmək lazım deyil. Elə edilər. Səcdeyi-səhv də lazım deyil. Davam edər. Bilmədən müdaxilə edilməməlidir.


Sual: İmama uyub camaatla namaz qılarkən çaşan adam səcdeyi-səhv edərmi?
CAVAB
Xeyr, etməz.


Sual: Namaz qılmağın haram olduğu üç vaxtda səcdeyi-səhv caizdirmi?
CAVAB
Caiz deyil.


Sual: Malikidə namazdan çıxmaq üçün salam vermək fərz olduğuna görə, səcdeyi-səhv lazım olanda salam vermədən səcdeyi-səhv etmək lazımdır?
CAVAB
Səcdeyi-səhv edərkən salamdakı niyyətimiz namazdan çıxmaq olmadığı üçün, bir və ya iki tərəfə salam verərək səcdeyi-səhv etməyin zərəri olmaz.


Sual: Namazda zəmmi-surədən sonra səhvən sədaqallahulazim deyəndə səcdeyi-səhv lazımdırmı?
CAVAB
Xeyr, lazım deyil.


Sual:
Əttəhiyyatunu yanılıb iki dəfə oxumaq səcdeyi-səhv tələb edirmi?

CAVAB
Əttəhiyyatu oxumaq vacibdir. Vacibin təkrar edilməsi halında səcdeyi-səhv lazımdır.


Sual:
Namazda sübhanəkədən əvvəl və ya sonra əttəhiyyatunu oxumaq, yaxud sübhanəkəni və ya səlli barikləri iki dəfə oxumaq, rəbbənadan başqa bir neçə dua əlavə oxumaq səcdeyi-səhv tələb edirmi?

CAVAB
Heç biri tələb etməz. Sübhanəkə oxunan yer dua oxuma yeridir. Orada başqa dualar da oxunsa, yenə səcdeyi-səhv tələb etməz. Yanılıb iki dəfə sübhanəkə oxunsa, üç dəfə oxunsa, yenə səcdeyi-səhv tələb etməz. Səlli barikdən sonra rəbbəna ilə başlayan bir çox ayəti-kəriməni dua niyyətiylə oxumaq və ya hədisi-şərif ilə bildirilən duaları oxumaq salamı gecikdirmək sayılmaz, səcdeyi-səhv də lazım deyil. Çünki ora dua yeridir.


Sual:
Zəmmi-surəni oxumadığını rukuda və ya rukudan qalxanda xatırlayan nə edər?

CAVAB
Rukuda xatırlayan dərhal qalxar, zəmmi-surəni oxuyub təkrar rukuya gedər. Səcdeyi-səhv etməsi lazım deyil. Rukudan qalxanda və ya daha sonra xatırlasa, geri dönməz. Sonunda səcdeyi-səhv edər.


Sual:
Şəfii və Malikidə namaz qılan salam verəndə namazdan çıxar. O halda Hənəfi bir imam səhv səcdəsi etsə, Şəfii və ya Maliki nə etməlidir?

CAVAB
Onlar da salam verər. Çünki səcdeyi-səhv olduğunu bilirlər. Namazdan çıxmağa niyyət etmək fərzdir. Burada səcdeyi-səhv üçün salam veriləndə namazdan çıxmış olmurlar.


Sual:
Vitrdə qunut dualarını və zəmmi-surə oxumaq vacib ikən niyə zəmmi-surəni oxumadığını rukuda xatırlayan qalxıb zəmmi-surəni oxuyur, lakin qunut dualarını oxumaq üçün geri dönə bilmir? Dönsə, nə zərəri olar?

CAVAB
Unudulan qunut üçün qiyama dönə bilməz. Dönüb qunut dualarını oxusa, rukuya getmədən səcdəyə getməlidir. Rukunu təkrar etsə, qəsdən iki ruku etdiyi üçün, namaz pozular. Çünki ruku qiraətdən dərhal sonradır. Qunutu oxumasa da, səcdeyi-səhv lazımdır; geriyə dönüb oxusa da, səcdeyi-səhv lazımdır. Uyğun olanı rukuda qunutları oxumadığını xatırlayan şəxs artıq geri dönməz. Səcdeyi-səhvlə namazını tamamlayar. «Rəddül-muxtar»

Camaata uymaq
Sual:
İmam səcdeyi-səhv etdikdən sonra camaata uyan şəxs camaat savabı qazanarmı?

CAVAB
Bəli, qazanar.


Sual:
Hər hansı bir rükətdə fatihə oxumağı unudan namazın içində bunun əvəzini edə bilərmi?

CAVAB
Hənəfidə fatihə oxumaq vacibdir. Fatihəni unudan səcdeyi-səhv edər. Malikidə isə fatihə oxumaq fərzdir. Bir rükətdə fərz tərk ediləndə səcdeyi-səhv ilə namaz xilas olmaz. Namazı təkrar qılmaq lazımdır.


Üçüncü rükətdə oturmayan
Sual:
Üç rükətlik namazda üçüncü rükətdə oturmağı unudub dördüncü rükətə qalxan şəxs səcdəni də etdikdən sonra xatırlasa, rükəti beşə tamamlayarmı?

CAVAB
Təşəhhüddə oturmadığı üçün beşə tamamlamaz, dördə tamamlayıb salam verər. Namaz nafiləyə döndüyü üçün fərzi təkrar qılmaq lazımdır. Əgər üçüncü rükətdə otursaydı, unudub dördüncü rükətə qalxaraq beşinci rükətin də səcdəsini etsəydi, onda beşə tamamlayardı. Səcdeyi-səhvlə namazı da səhih olardı. Son ikisi də nafilə olardı.


Az bir şey
Sual:
Əttəhiyyatudan sonra az bir şey oxuyaraq, üçüncü rükəti gecikdirənə səcdeyi-səhv lazımdır. Burada az bir şey nə qədərdir?

CAVAB
«Allahummə»
desə, yaxud yalnız «Al...» belə desə, səcdeyi-səhv lazımdır. Dərhal «Allahu əkbər»ə çevirib ayağa qalxsa, səcdeyi-səhv lazım deyil.


Sual:
Rukudan qalxarkən, «Səmiallahu limən həmidəh» yerinə yanılıb «Allahu əkbər» deyilsə, səcdeyi-səhv lazımdırmı?

CAVAB
Xeyr, səcdeyi-səhv lazım deyil.


Sual: Namazda səcdeyi-səhv tələb etməyən bir işi etməyin və ya bir duanı oxumanın zərəri olarmı?
CAVAB
Namazda səcdeyi-səhv lazım olmasa da, bəzi işlər məkruhdur. Məsələn, namazda «Kafirun» surəsindən sonra «Nəsr» surəsini oxumağın yerinə «Kövsər» surəsi oxunsa, səcdeyi-səhv lazım deyil, amma məkruhdur. Unudulub oxunsa, məkruh olmaz. Sübhanəkədən əvvəl bəsmələ çəkmək, başqa dua oxumaq, məsələn, əttəhiyyatunu oxumaq kimi şeylər səcdeyi-səhv tələb etməsə də, bunları bilərək etmək caiz olmaz.


Sual: Namazda vacibin təkrarında səcdeyi-səhv lazımdır. Fatihəni bir dəfə zəmmi-surədən əvvəl bir də zəmmi-surədən sonra oxumaq səcdeyi-səhv tələb edirmi?
CAVAB
Tələb etməz; çünki ora qiraət [oxuma] yeridir. Fatihə ard-arda iki dəfə oxunsa, vacib təkrar edildiyi üçün səcdeyi-səhvi tələb edir. Əgər fərzlərin son iki rükətində fatihə ard-arda iki dəfə oxunsa, orada fatihənin oxunması doğru olan olan sözə görə vacib olmadığı üçün, səcdeyi-səhv lazım deyil, məkruh da olmaz. Fərzlərin son iki rükətində zəmmi-surə oxunmaz, oxunsa və ya ard-arda iki dəfə oxunsa, səcdeyi-səhv lazım deyil; çünki orada zəmmi-surə oxumaq vacib deyil. «Rəddül-muxtar»

Fatihəni iki dəfə oxumaq
Sual:
Qiyamda fatihə unudulub, ard-arda iki dəfə oxunsa, səcdeyi-səhv lazımdırmı?

CAVAB
Unudularaq ilk iki rükətdə oxunsa, səcdeyi-səhv lazımdır. Üçüncü və dördüncü rükətlərdə oxunsa, səcdeyi-səhv lazım deyil. Çünki son iki rükətdə fatihə oxumaq sünnədir. Digər sünnələri unudaraq iki dəfə oxumaq da səcdeyi-səhv tələb etməz. Məsələn, sübhanəkə və səlli bariklər unudularaq iki dəfə oxunsa, səcdeyi-səhv lazım deyil.


Üçüncü və dördüncü rükətlərdə fatihəni oxumaq unudulsa, yenə səcdeyi-səhv lazım deyil. Çünki son iki rükətdə fatihə oxumaq sünnədir.

Sual: Namazda sünnələri, məsələn, səlli barikləri bir neçə dəfə oxusaq, sübhanəkəni təkrar etsək, ruku və səcdədəki təsbihləri 21 dəfə, 41 dəfə, 100 dəfə çəksək, iki səcdə arası və rukudan qalxanda çox dayansaq, səcdeyi-səhv lazımdırmı?
CAVAB
Səcdeyi-səhv lazım deyil; lakin qəsdən edilsə, sünnəyə uymayıb məkruh işlənmiş olar. Dəstəmazda da sünnə olan miqdardan, yəni üçdən çox yumaq məkruhdur.


Sual: Fərz və ya qəza namazının 3-cü və 4-cü rükətlərində qəsdən və ya unudaraq fatihədən sonra zəmmi-surə oxumaq və ya bəsmələ çəkmək səcdeyi-səhv tələb edirmi?
CAVAB
Xeyr, tələb etməz.


Səcdeyi-səhv hökmdən düşər
Sual:
Səcdeyi-səhv etdiyi təqdirdə sübh namazını qılarkən günəş çıxacaqsa və əsri qılarkən məkruh vaxt girəcəksə, səcdeyi-səhv hökmünü itirərmi?

CAVAB
Bəli, hökmdən düşər. Yəni artıq səcdeyi-səhv edilməz. «Dürrul-muxtar»

Səcdeyi-səhv edilməsə
Sual:
Səcdeyi-səhv lazım olduğu halda şübhələnib səcdeyi-səhv etməyənin bu namazı səhih olarmı?

CAVAB
Bəli, səhih olar.


Namazda ayə buraxmaq
Sual:
Namaz qılarkən surə içində bir ayə buraxılıb sonrakı oxunsa, səhv səcdəsi lazımdırmı?

CAVAB
Xeyr, lazım deyil.


Qəsdən fərzi təkrar etmək
Sual:
Unudaraq fərzi təkrar edən, məsələn, üç səcdə edən səcdeyi-səhv edir. Qəsdən edəndə də səcdeyi-səhv lazımdır?

CAVAB
Səcdeyi-səhv yanılma səcdəsidir. Yanılanda səcdeyi-səhv edilər. Qəsdən ediləndə Hənəfidə səcdeyi-səhv xilas etməz. Günah işləmiş olar. Günah işləyən tövbə etməli və bir daha işləməməlidir.


Əsnəyərkən oxumaq
Sual:
Namazda əsnəyərkən oxumağa davam etməzsək, bir rükn keçəcəyi üçün səcdeyi-səhv lazımdırmı?

CAVAB
Əsnəmək əlimizdə deyil. Əsnəmə bitənə qədər ağızımızı bağlayarıq. Səcdeyi-səhv də lazım deyil.