Facebook Twitter WhatsApp

Vətəni-iqamət və vətəni-sükna necə pozulur?

Sual: Vətəni-iqamət necə pozulur?

CAVAB

Vətəni-iqamət üç şeylə pozulur:

1- Başqa bir vətəni-iqamətə getdikdə öncəki vətəni-iqaməti pozulur. Səfər niyyətilə çıxmamış olsa da, aralarındakı məsafə 3 günlük yoldan az olsa da, öncəki vətəni-iqamət pozulur. Məsələn, İçərişəhərdə iqamət edən birisi 20 gün qalmaq üçün Nabrana getsə, İçərişəhər vətəni-iqamət olmaqdan çıxar, Nabran vətəni-iqamət olar.

2- Vətəni-əsliyə getdikdə də pozulur. Məsələn,  İçərişəhər  vətəni-iqamət ikən, Masallıya gedib evlənsə, Masallı vətəni-əslisi olar,  İçərişəhər də vətəni-iqamət olmaqdan çıxar. İçərişəhərdə iqamət edən birisi vətəni-əslisi olan Masallıya bir günlüyünə də getsə,  İçərişəhər  vətəni-iqamət olmaqdan çıxar.

3- Səfərə niyyət edərək çıxmaqdır. Yəni, vətəni-iqamətdən 104 km-lik yola getməyə niyyət edərək uzaqlaşdıqda, bura vətəni-iqamət olmaqdan çıxar. Məsələn, vətəni-iqaməti olan  İçərişəhərdən 104 km-dən artıq uzaqlıqdakı İsmayıllıya getdikdə İçərişəhər vətəni-iqamət olmaqdan çıxar.

Daha az yola niyyət edərək gedib gəlsə, vətəni-iqaməti pozulmaz. Məsələn, vətəni-iqaməti olan İçərişəhərdən Bilgəhə gedib gəlsə, İçərişəhər vətəni-iqamət olmaqdan çıxmaz.

Vətəni-iqamətdən niyyətsiz çıxıb, başqa yerdə səfəri məsafədəki yola getmək üçün niyyət edərsə, 104 km getmədən öncə vətəni-iqamətə girərsə, səfəri olması pozular, mükim olar. Niyyət etməsindən başlayaraq 104 km getdikdən sonra, buraya girsə də, artıq burada mükim olmaz. Məsələn, vətəni-iqaməti olan İçərişəhərdən bir işi üçün Bilgəhə getsə, sonra Bilgəhdən Salyana getməyə niyyət edib yola çıxsa, İçərişəhərə baş çəkib keçsə, İçərişəhərdə səfəriliyi pozular. Yəni, İçərişəhərdə mükim olar. Əgər İçərişəhərə baş çəkmədən Salyana getsə, yol boyu səfəri olar. Salyandan Bilgəhə qayıtmağa qərar versə, gələrkən İçərişəhərə baş çəksə, İçərişəhərdə mükim olmaz səfəri olar.

Vətəni-iqaməti olan İçərişəhərdən Bilgəhə gələn kimsə yolda və Bilgəhdə səfəri olmaz. Bilgəhdə 20 gün qalmağa niyyət edərsə İçərişəhər vətəni-iqamət olmaqdan çıxar. Bilgəh vətəni-iqaməti olar. Sonra, İçərişəhərə gedib bir gün qaldıqdan sonra, Naxçıvana getməyə niyyət edərək yola çıxsa, Bilgəhə baş çəkərsə mükim olar. Bilgəhdən çıxdıqda səfərilik təkrar başlayar.

Bilgəhdə 20 gün qaldıqdan sonra Naxçıvana getmək niyyətilə yola çıxan, 104 km-lik yol getmədən, məsələn, Gəncədən, bir iş üçün, yenə Bilgəhə qayıtsa, mükim olmaz; çünki üç günlük yola getmək niyyətilə çıxdıqda Bilgəh vətəni-iqamət olmaqdan çıxmışdır.

Vətəni-sükna

Sual: Vətəni-sükna nə deməkdir?

CAVAB

Vətəni-sükna baş çəkilən yer olub, 15 gündən az qalmaq üçün niyyət edilən, yaxud bu gün-sabah çıxaram deyərək uzun müddət qalınan yerdir. Səfəri olan vətəni-süknada mükim olmaz. Səfəri olmayan vətəni-süknada mükim olar. Səfər məsafəsi qədər uzaq olmayan bir yerə getmək üçün şəhərindən çıxan, bu yerdə 15 gündən az qalsa, ora vətəni-sükna olar. Burada qonaq olmaz. Məsələn, vətəni-iqaməti İçərişəhər olan, Buzovnada 10 gün qalsa, Buzovna vətəni-sükna olar. Buzovnada qonaq olmaz. Buzovnadan səfərə niyyət etmədən çıxsa, yolda ikən, Şəkiyə getməyə niyyət etsə, səfəri olar. İçərişəhərə baş çəkərsə İçərişəhərdə mükim olar, çünki vətəni-əsliyə və ya vətəni-süknaya girmədiyi üçün və Buzovnadan səfər niyyətilə çıxmadığı üçün, Buzovnanın vətəni-sükna olması pozulmaz.

Görünür ki, vətəni-süknanın pozulması vətəni-iqamət kimi olur. Vətəni-süknada mükim olmaq üçün bununla vətəni-əsli və ya vətəni-iqamət arası səfər məsafəsindən [104 km-dən] az olmalıdır. Məsələn, bir kimsə İçərişəhərdən Buzovnaya gedir. Buzovnadan Bilgəhə doğru yola çıxır. Bilgəhə gəlmədən, Buzovnaya qayıdır. Unutduğunu götürüb Şəkiyə gedəcəkdir. İçərişəhərə baş çəkmədən Buzovnada namazı mükim kimi qılar; çünki Buzovnadan çıxarkən səfərə niyyət etmədiyi və Bilgəhə girmədiyi üçün, Buzovna vətəni-sükna olmaqdan çıxmadı. Əgər, Buzovnadan səfərə niyyət edərək çıxsaydı və ya Bilgəhə girsəydi, Buzovna vətəni-sükna olmaqdan çıxardı. Buzovnada səfəri olardı.

Səfər məsafəsindəki, yəni 104 km-dən artıq olan yola səfər niyyətilə çıxan kimsə, 104 km getmədən əvvəl bir qəsəbədə 15 gündən az qalsa, sonra buradan çıxsa, bu qəsəbəyə təkrar gələrsə mükim olmaz, çünki ilk gəldiyində də səfəri idi. Məsələn, İçərişəhərdən səfər niyyətilə, Ağcabədiyə getmək üçün yola çıxan kimsə, Buzovnada 10 gün qalsa, sonra Buzovnadan çıxdıqdan sonra, təkrar Buzovnaya gələrsə mükim olmaz, çünki Buzovnaya ilk gəldiyində də səfəri idi.

Vətəni-iqamət

Sual: Bazar günləri Qubada qalmaq niyyətilə 20 günlüyünə İçərişəhərdən Qusara gedən kimsə üçün, Qusar vətəni-iqamət olacaqmı?

CAVAB

Qusar vətəni-iqamət olmaz. Əgər gecələri Qusarda, gündüzləri Qubada qalmağa niyyət edərsə, Qusar vətəni-iqamət olacaq. Gecə harada qalacağına bağlıdır.

Səfərdə vətənin dəyişməsi

Sual: Bir kimsənin vətəni-əsli Gəncədir. Vətəni-iqaməti də Bakıdır. İllərdir Bakıda İçərişəhərdə yaşayarkən, bir iş üçün Xızıya getsə və orada 20 gün qalsa, sonra Sumqayıta baş çəksə, orada da 25 gün qalsa, oradan da Qubaya gedib, orada bir ay qaldıqdan sonra Bakıya qayıdıb, 10 gün qaldıqdan sonra, Şamaxıya getməyə qərar versə, Şamaxıda 10 gün qaldıqdan sonra Bakıya, 15 gündən artıq qalmaq üçün gəlsə, getdiyi yerlərdə səfərimi olur, yoxsa mükimmi olur?

CAVAB

Xızı, Sumqayıt və Qubada mükim olur. İçərişəhər, vətəni-iqamət olmaqdan çıxar. Qubadan təkrar  İçərişəhərə gəldikdə,  İçərişəhərdə  səfəri olar. Şamaxıya getdikdə də səfəri olar. Şamaxıdan  İçərişəhərə qayıtdıqda, artıq  İçərişəhərdə mükim olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину