Facebook Twitter WhatsApp

Giriş çıxış günündə ölçü imsaq vaxtıdır

Sual: Səfərilikdə giriş və çıxış günləri nə zaman başlayır, nə zaman bitir?

CAVAB

Gün, orucda olduğu kimi imsaq vaxtında başlayır. Ertəsi günü imsaq vaxtına qədər davam edir.

Məsələn, Bakıya imsaq vaxtından sonra sübh azanı oxunarkən girən, giriş günü olduğu üçün o günü saymaz. Əgər imsaq vaxtından əvvəl girərsə, imsaq vaxtından sonrakı gün giriş günü olmaz. İmsaq vaxtından sonra çıxarsa, o gün çıxış günüdür.

Deməli, bir kimsə, bir yerə günəş çıxarkən girsə, o gün giriş günü olduğu üçün hesaba qatmaz. Gedəcəyi vaxt da imsaq vaxtından sonra, məsələn, günəş çıxarkən oradan çıxsa, o günü də hesaba qatmaz.

Səfərilikdə gün sayı

Sual: Tam Elmihalda, “Giriş və çıxış günlərindən başqa Hənəfidə 15 gün qalan mükim olur” deyilir. Elmihala qarşı çıxan bir nəfər İbni Abidində giriş-çıxışdan bəhs edilmədiyi üçün S. Əbədiyyədəki giriş-çıxış ifadəsinin səhv olduğunu söyləyir. İsmayıllıya və ya Şəkiyə 15 gün qalmaq üçün kirayə tutduğu mülkünə gedən kimsə mükim, yoxsa səfəri olur?

CAVAB

Səfəri olur. Çünki bir gün 24 saatdır. Gün imsaq vaxtında başlayır. Bir şəhərə zöhr və ya işa vaxtı girənin girdiyi gün bir gün deyildir. Çıxarkən də zöhr və ya işa vaxtı çıxsa, çıxdığı gün də bir gün olmaz. Bu bir gün olmayanlar gün olaraq sayılmamaqdadır. Giriş və çıxış günləri sayılmadığı üçün tam 13 gün qalınmış olur. 15 gün olmadığı üçün səfəridir. Kitaba qarşı olsun və ya olmasın, başqa kitablardan öz anladığını ölçü götürərək Tam Elmihala əks danışana etibar etməmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину