Facebook Twitter WhatsApp

Məkkədə səfərilik

Sual: Bir kimsə Məkkədə və ya başqa yerdə niyyət etmədən 15 gündən artıq qalsa, səfəri olarmı?

CAVAB

Məkkəyi-mükərrəməyə gedən 15 və ya daha artıq gün qalmağa niyyət edərsə mükim olur. 15 gündən az qalmağa niyyət edərsə və ya heç niyyət etmədən aylarla qalsa səfəri olur.

Məkkə, Mina və Ərafat kimi başqa-başqa yerlərdə cəmi 15 gün qalmağa niyyət edən də, mükim olmaz. Yalnız Məkkədə və ya Minada 15 gün qalmağa niyyət edən mükim olur. Mükim olan da namazlarını qısaltmaz. Bayram qurbanını da kəsməsi vacib olar.

Tələbə, əskər, işçi kimi əmr altında olanlar öz niyyətləri ilə deyil, müəllimlərinin, komandirlərinin, müdirlərinin əmrinə görə hərəkət edərlər. Böyükləri 15 gün qalmağa niyyət etsə, onlar əmri eşidənə qədər səfəri olurlar. Əmri heç eşitməsələr, neçə gün qalsalar davamlı səfəri olarlar.

Bir vəzifəli şəxsə tabe olan hacılar da onun sözü ilə hərəkət edərlər. Vəzifəli 15 gün Məkkədə qalacağıq deməmişsə, bu vəzifəliyə bağlı olanlar səfəri olur. Səfəri olanın da bayram qurbanını kəsməsi vacib olmaz. Amma şükür qurbanını kəsməsi vacib olar. Dörd rükətlik fərzləri iki rükət qılar. (Nihayə)

Sual: 1991-ci ildən sonra Məkkə ilə Mina bir-birinə birləşmişdir. Mina müstəqil bölgə hökmündən çıxmışdırmı? Məkkədə 8 gün, Minada səkkiz gün qalmağa niyyət edən mükimmi olur?

CAVAB

Bəli.

Sual: Bir hacı həcc fərizəsi üçün Məkkədə 13 gün qaldıqdan sonra 14-15-ci günləri də Mina və Ərafatda olub (Məkkə- Minə, Ərafat arası 22 km) təkrar Məkkəyə geri dönərək 7 gün daha qaldıqdan sonra Mədinəyə gedərsə səfəridirmi?

CAVAB

Tam Elmihalda deyilir ki:

Məkkə, Mina və Ərafat kimi başqa-başqa yerlərdə cəmi 15 gün qalmağa niyyət edən mükim olmaz. Deməli, Azərbaycandan gedərkən və ya oraya çatdıqda bir yerdə 15 gündən artıq qalmağa niyyət edilməmişsə, səfəri olur. Mədinədə 15 gündən artıq qalmağa niyyət edərsə orada da mükim olar, 15 gündən az qalmağa niyyət etmişsə, səfəri olacaqdır.

Məkkədə mükim olunmazmı?

Sual: Tam Elmihalda (Məkkə, Mina və Ərafat kimi başqa-başqa yerlərdə cəmi 15 gün qalmağa niyyət edən də mükim olmaz) deyilir. Bir kimsə Məkkədə bir ay qalsa, mükim olmazmı?

CAVAB

Mükim olar. Bir yerdə 15 gündən artıq qaldıqda mükim olur. Məsələn, bir kimsə 13 gün Məkkədə qalmağa, sonra bir gün Ərafat və ya Minada qalmağa, sonra 13 gün yenə Məkkədə qalmağa niyyət edib sonra, Mədinəyə getməyə niyyət etsə, bir yerdə 15 gündən artıq qalmağa niyyət etmədiyi üçün Məkkədə cəmi 26 gün qalmasına baxmayaraq səfəri olur. Namazlarını qısaldaraq qılar. Amma adam Ramazanda gedib Məkkədə 15 gündən artıq qalmağa, məsələn, bir ay qalmağa niyyət etmişsə, artıq Məkkədə mükimdir. Ərafatda da, Minada da, Müzdəlifədə də səfəri ola bilməz, mükimdir. Namazlarını qısalda bilməz.

Bütün fiqh kitabları hamısı eynı şeyi yazmaqdadır. Fərqli bir qövl yoxdur. Ancaq izahları fərqlidir. Bir neçə nümunə göstərək:

Səfəri olan yolçu Məkkə və Minada 15 gün iqamət etməyə niyyət etsə, namazları dörd qılmaz, çünki iki yerdə qalmaq üçün niyyət etmək çox yerdə qalmağı lazım edir, bu isə səfərə çıxmağa manedir. Ancaq yolçu gecəni birində qalmağı niyyət edərsə oraya girməsiylə mükim olur, çünki adamın iqaməti gecə qaldığı yerə izafə (aid) olunur. (Hidayə)

Məkkə və Minada 15 gün qalmağa niyyət edən namazları dörd qılmaz; çünki iqamət iki yerdə qalmağa niyyət etməklə mükim olunmaz. Yolçunun iqamətləri toplansa və 15 günü keçsə də səfəridir. Ancaq gecəni birində iqamət etməyə niyyət edərsə, o zaman oraya girməsiylə mükim olar, çünki adamın iqaməti qaldığı, yatdığı yerə aid olunur. Həcc fərzini yerinə yetirmək üçün həcc ayının on günü içində Məkkəyə girsə və 15 gün iqamətə niyyət etsə, mükim olmaz, çünki Ərafata çıxmalıdır. Bir yerdə 15 gündən çox qalmadıqca mükim ola bilməz. (Bəhr-ür Raiq)

Adam Kufədən çıxıb Məkkə və Minada 15 gün iqamət etmək üçün yola çıxsa, Məkkəyə girdiyində namazı dörd qıla bilməz, çünki sadəcə Məkkədə 15 gün qalmayacaqdır. (Məbsut - Şeybani)

Yolçu bir yerdə 15 gün qalmağa niyyət edərsə, mükim olar. Amma iki yerdə 15 gün qalmağı niyyət edərsə, bu iki yerin hər biri ayrı-ayrılıqda bir şəhərdir. Qısaca, biri digərinə tabe deyildir. Məkkə və Minada cəmi 20 gün qalmağa niyyət edən mükim olmaz. Ancaq bu iki yerdən birində 15 gün qalmağa niyyət edən mükim olar. (Töhfətül Füqəha)

İki yerdə, məsələn, Məkkə və Minada, yaxud Kufə və Hirada qalmağı niyyət edən, əgər gecəni bunlardan birində iqamət etməyi nəzərdə tutsa və gündüzləri oradan digərlərinə getməyi planlasa, əgər gecə qalmağı nəzərdə tutduğu yerə gündüz girsə mükim olmaz. Amma gecə iqamət etməyi  nəzərdə tutduğu  yerə gecələri girsə mükim olar, sonra digər yerlərə oradan yola çıxsa səfəri olmaz. Çünki o adamın iqamət yeri qaldığı yerdir. Başqasının yerinə həcc edən, yoldaşları getdikdən sonra Məkkədə 15 gün və ya daha çox qalmağı niyyət edən Məkkədə mükim olur. (Məbsut – Sərahsi)

Digər üç məzhəbdə səfərilik fərqlidir. Giriş çıxış günləri xaric bir yerdə dörd gün qalmağa niyyət edən mükim olur. Bir ehtiyacdan ötrü bu məzhəblərdən birini təqlid edən Hənəfi də təqlid etdiyi məzhəbin şərt və müfsidlərinə riayət etməlidir. Yəni, dörd gün qaldıqda mükim olur və namazlarını qısalda bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину