Facebook Twitter WhatsApp

Sürücülərin səfəriliyi

Sual: Vətəni-əslim Balakəndir. İşimlə əlaqədar İçərişəhərdə qalıram. Ancaq iş yerim İçərişəhərdən 120 km. uzaqlıqdadır. Şənbə, bazar xaric hər gün işimə gedib axşama evə qayıdıram. İçərişəhərdə və iş yerimin olduğu yerdə səfəri sayılırammı?

CAVAB

Bəli, həm iş yerində, həm də İçərişəhərdə səfərisiniz. Vəziyyət heç dəyişməzsə ömür boyu həmişə səfəri olacaqsınız. İçərişəhər vətəni-əsliniz olarsa, İçərişəhərdə olduğunuz müddətdə səfəri olmazsınız. İçərişəhərdən çıxıb iş yerindən təkrar İçərişəhərə qayıdana qədər səfəri olursunuz. Şəhərlərarası sürücülük edənlərin vəziyyəti belədir.