Facebook Twitter WhatsApp

Səfərilik müddəti

Sual: Şafii və Malikidə səfər məsafəsi və müddəti nə qədərdir?

CAVAB

Hənəfidə səfər məsafəsi 104 km, müddəti də 15 gündür. Giriş-çıxış günləri xaric 15 və ya daha artıq gün qalarsa mükim olur. Ancaq giriş-çıxış günləri ilə birlikdə 15 gün qalarsa səfəri olur. Çünki giriş-çıxış günləri sayılmadığı üçün 13 gün qalınmış olur.

Maliki, Şafii və Hənbəlidə 80,640 kilometr məsafəyə gedib, giriş və çıxış günləri xaric 4 gündən az qalan səfəri olur. 4 və ya daha artıq gün qalan mükim olur. [Bu üç məzhəbdən birini təqlid edən Hənəfi məsafə olaraq öz məzhəbindəki məsafəyə yəni 104 km.-ə tabe olar. Səfərilik müddətində isə təqlid etdiyi məzhəbə tabe olmalıdır].

Səfərə çıxan sübh azanları oxunarkən bir şəhərə girsə o gün sayılmaz.

Azanlar oxunarkən o şəhərdən çıxsa, çıxdığı gün də sayılmaz. 3 gün qaldıqda 3 sübh namazı qılar, bir girişdə, bir də çıxışda sübh namazı qılınmış olur ki, hamısı 5 sübh namazı edir. Deməli, 3 sübh namazı deyil, ən çox 5 sübh namazı qılan belə səfəri olur, mükim olmur. Şəri gün imsaq vaxtı girdikdə başlayır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину