Facebook Twitter WhatsApp

Meyit üçün isqat və dövr

    “Nur ül-izah” kitabında və “Tahtavi” haşiyəsində və “Haləbi” ilə “Dürr-ül-muxtar” da namazların qəzası sonunda, “Müntəka”da, “Dürr-ül-müntəkada”, “Vikayə”də, “Dürər”də və“Cəvhərə”də və başqa qiymətli kitablarda orucun sonunda vəsiyyət edən meyit üçün isqat və dövr etmək lazım olduğu qeyd edilmişdir. Məsələn: “Tahtavi” haşiyəsində deyilir ki, tutulmamış orucların fidyə verərək isqat edilməsi üçün nass (Ayəti-kərimə və Hədisi-şəriflər) vardır. Namaz orucdan daha mühüm olduğundan  bir üzr ilə qılına bilinməyən və ya qılmaq istədiyi halda, ölümcül xəstəliyə tutulmuş birinin qəza etmədiyi namazlar üçün də orucda edildiyi kimi isqat etmək üçün alimlərin söz birliyi vardır. Namazın isqatı olmaz deyən cahildir. Çünki məzhəblərin sözbirliyinə qarşı gəlmək deməkdir. Hədisi-şərifdə, “Bir kimsə başqası yerinə oruc tuta bilməz və namaz qıla bilməz. Lakin onun orucu və namazı üçün kasıbı doyura bilər” buyuruldu. Əhli-sünnət alimlərinin üstünlüklərini anlaya bilməyən və məzhəb imamlarımızı da özləri kimi “xəyal ilə danışır” hesab edən bəzi kimsələrin, “İslamda isqat və dövr yoxdur. İsqat xristianların günahları təmizləməyə bənzəyir” kimi şeylər söylədiklərini eşidirik. Onların bu kimi sözləri özlərini təhlükəyə atmışdır. Çünki Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” “Ümmətim dəlalət üzərində birləşməz” buyurmuşdur. Bu Hədisi-şərif müctəhidlərin söz birliyi ilə bildirdikləri şeylərin, əlbəttə, doğru olduqlarını göstərir. Onlara inanmayan bu Hədisi şəriflərə inanmamış olur. İbni Abidin vitr namazını anladarkən “Dində zəruri olan, yəni cahillərin də bildikləri «İcma» bilgilərinə inanmayan kimsə kafir olar” buyurur. “İcma” alimlərin söz birliyi deməkdir. İsqat günahları təmizləməyə necə bənzəyə bilər. Keşişlər günahları təmizləyirik deyərək insanları soyurlar. Halbuki İslamiyyətdə isqatı din adamları edə bilməz. İsqatı yalnız ölünün vəlisi edə bilər və pul din adamlarına deyil, kasıblara verilir.

    Bu gün hər yerdə isqat və dövr işləri İslamiyyətə uyğun edilməməkdədir. İslamiyyətdə isqat yoxdur deyənlər belə deməyib, bu gün edilməkdə olan isqat və dövrlər İslamiyyətə uyğun deyil desəydi, çox gözəl olardı. Biz də onları dəstəkləyərdik. Belə desəydilər, həm qorxunc bir təhlükəyə düşməkdən qurtular, həm də İslamiyyətə xidmət etmiş olardılar. İsqat və dövrlərin dinimizə uyğun olaraq necə ediləcəyi aşağıda bildiriləcəkdir. İbni Abidin qəza namazları sonunda buyurur:

    Faitə namazları olan (yəni üzr ilə qılmadığı namazlar nəzərdə tutulur) bu namazları ima ilə qılmağa gücü çatdığı halda, qılmayan, öləcəyi zaman kəffarənin isqatı üçün vəsiyyət etməsi vacibdir. Qəza etməyə gücü çatmamışsa, vəsiyyət etməsi lazım olmaz. Ramazanı-şərif ayında oruc yeyən yolçu və ya xəstə qəza etmək üçün vaxt tapmayıb ölərsə, vəsiyyət etməsi lazım olmaz. Allahü təala bunların üzrlərini qəbul edər. Xəstənin kəffarələrinin isqatı öldükdən sonra vəlisi tərəfindən yerinə yetirilir. Ölümündən əvvəl etmək olmaz. Sağ insanın özü üçün isqat etdirməsi caiz deyil. “Cila-ül kulub”da deyilir ki: “Üzərində Allahü təalanın haqqı və ya qul haqqı olan adamın iki şahid yanında vəsiyyətini söyləməsi və ya yazmış olduğu vəsiyyətini bunlara oxuması vacibdir. Üzərində haqq olmayanın vəsiyyət etməsi müstəhəbdir.

    Kəffarə isqatı üçün vəsiyyət edən meyitin vəlisi, yəni mirasını yerlərinə sərf etmək üçün vəsiyyət etdiyi adam və varisi olan kimsə mirasın üçdə birindən hər bir vaxt namaz üçün və vitr namazı üçün və qəza edilməsi lazım olan bir günlük oruc üçün bir fitrə miqdarı, yəni yarım “sa” (beş yüz iyirmi dirhəm və ya min yeddi yüz əlli qram) buğdanı kasıblara (yaxud kasıbların nümayəndələrinə) fidyə verir.

    Kəffarə isqatı üçün vəsiyyət etməmişsə, varisin kəffarə isqatı etməsi hənəfi məzhəbində lazım olmaz. Şafi məzhəbində vəsiyyət etməsə də, varisin isqat etməsi lazımdır. Qul haqqını vəsiyyət olmasa da ölənin buraxdığı malından varisinin ödəməsi Hənəfi məzhəbində də lazımdır. Hətta borc verənlər mirası ələ keçirən kimi məhkəməsiz götürə bilərlər. Qəzaya qalan orucların fidyəsini, yəni mal ilə ödənilməsini vəsiyyət etdisə, bunu yerinə yetirmək vacibdir. Çünki İslamiyyət əmr etməkdədir. Vəsiyyət etmədisə, namaz fidyəsini vermək vacid deyil caiz olur. Bu son ikisi qəbul olmazsa, heç olmazsa sədəqə savabı hasil olub günahların təmizlənməsinə kömək edər. İmamı Muhamməd belə buyurmuşdur. Məcma-ul ənhür-də deyilir ki, nəfsinə və şeytana uyaraq namazını qılmamış, ömrünün sonuna doğru buna peşman (olub qılmağa və qəza etməyə başlamış) olanın qəza etmədiyi namazlarının isqatının edilməsi üçün vəsiyyət etməsi caiz olmaz deyildisə də, bunun caiz olduğuMüstəsfa-da yazılmışdır.

    Cila-ül-kulub-da deyilir ki, qul haqları, ödənilməli borclar, əmanət, qəsb, oğurlamaq, ödəniş və bey səbəbi ilə verilənlər, döymək, yaralamaq, haqsız olaraq işlətmək kimi bədən haqları və söymək, məsxərəyə qoymaq, qeybət kimi qəlb haqlarıdır.

    Vəsiyyət edən ölənin malının üçdə biri isqat etməyə kifayət edirsə, varisin bu mal ilə fidyə verməsi lazımdır. Kifayət etmirsə, varisin üçdə birindən artığını qarşılıqlı hədiyyə etməsinin icazə verilməsi Fəth-ul Kadir-də yazılıdır. Bunun kimi fərz olan həccin yerinə yetirilməsi üçün vəsiyyət etsə, varisi və ya başqa biri həcc pulunu hədiyə verməsinə icazə yoxdur. Ölümündən əvvəl vəsiyyət edə bilməsə, varisi öz pulu ilə isqat etsə və ya həccə getsə, ölənin borcu ödənmiş olar. Varisdən başqasının pulundan icazə yoxdur deyənlər varsa da, “Dürr-ül-Muxtar”  və “Mərakıl-fəlah” və “Cila-ül-kulub”kitablarının sahibləri olar, dedilər.

    Kəffarə isqatı buğda yerinə un və ya min yeddi yüz əlli qram arpa, xurma, üzüm ilə də hesablanaraq verilə bilər (Çünki bunlar buğdadan daha qiymətli olduğu üçün kasıba daha faydalıdırlar). Hamısının yerinə qiymətləri qədər qızıl və ya gümüş də verilə bilər (Kağız pul ilə isqat edilməz). Səcdəi-tilavət üçün fidyə vermək lazım deyil.