Facebook Twitter WhatsApp

Namazda əlləri göbək altında bağlamaq

Sual: Namazda əlləri göbək altında bağlamaq bidətdirmi?

CAVAB

Xeyr, bidət deyil, sünnətdir.

 

Həzrəti Əlinin rəvayət etdiyi bir hədisi-şərif məalı:

“Namazda sağ əli sol əlin üstünə qoyub göbək altında bağlamaq sünnətdir”. (Əbu Davud, İ. Əhməd)

 

Bütün fiqh kitablarında namazda əllər göbək altında bağlanır deyə yazılıdır. Dürr-ül-muxtarda namazın sünnətlərinin səkkizinci maddəsində deyilir ki:

Kişilər sağ əli sol əlin üstünə qoyub göbək altında bağlayar. Həzrəti Əli “Əlləri göbək altında bağlamaq sünnətdir” demişdir. Namazda kişilər biləyini baş və kiçik barmağı ilə tutaraq sağ əli sol əli üstündə bağlayar və göbəyinin altına qoyar. Muxtar olan qövl budur. (Dürr-ül-muxtar)

 

Türkcə Neməti-islam ktabında namazın sünnətlərinin beşinci maddəsində deyilir ki:

“Kişilər sağ əlini sol əlin üstünə olmaq şərtilə göbəyinin altına qoymaq”.

Bu yazıları fiqh kitablarında tapmaq mümükündür.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину