Facebook Twitter WhatsApp

Cümə gününün sünnət və ədəbləri

1. Cüməni cümə axşamından qarşılamaq.
2. Cümə günü qüsl almaq.
3. Başı taraş etmək. Saqqalın bir tutamdan artığını və dırnaqları kəsmək. Təmiz paltar geyinmək.
4. Cümə namazına mümkün olduğu qədər erkən getmək.
5. Ön sıraya keçmək üçün camaatın çiyinlərindən aşmamalıdır.
6. Məsciddə namaz qılanın önündən keçməmək.
7. Xatib əfəndi minbərə çıxdıqdan sonra heç bir şey söyləməmək, danışana
işarət ilə belə cavab verməmək və azanı təkrarlamamaq.
8. Cümə namazından sonra Fatihə, Kafirun, İxlas, Fəlaq və Nas surələrini yeddi dəfə oxumaq
9. Əsr qədər məsciddə qalıb ibadət etmək.

10.Əhli-sünnət alimlərinin kitablarından anladılan alimlərin dərsində, vazında olmaq.
11. Cümə gününü həmişə ibadət ilə keçirmək.
12. Cümə günü salavatı-şərifə gətirmək.
13. Qurani-Kərim oxumaq. “
Kəhf” surəsini oxumalıdır.
14. Sədəqə vermək.
15. Ana-atanı və ya qəbrlərini ziyarət etmək.
16. Evin yeməklərini bol və şirin etmək.
17. Çox namaz qılmaq. Qəzaya qalmış namazı olanlar qəza namazı qılmalıdır