Facebook Twitter WhatsApp

Cümə namazının fərzləri

Cümə günü on altı rükət namaz qılınır. Bunun iki rükətini qılmaq fərzdir.Zöhr namazından daha qüvvətli fərzdir. Cümə namazı fərz olmaq üçün iki cür şərti vardır:
1. Əda şərtləri.
2. Vücub şərtləri.
Əda şərtlərindən biri nöqsan olarsa, namaz qəbul olmaz. Vücub şərtləri olmazsa, qəbul olar.
Əda, yəni Cümə namazının səhih olması üçün şərtləri yeddidir:
1. Namazı şəhərdə qılmaq (Şəhər: Camaatı ən böyük məscidə sığmayan yer deməkdir).
2. Dövlət rəisinin və ya valinin icazəsi ilə qılmaq. Bunların təyin etdiyi xatib öz yerinə başqasını vəkil edə bilər.
3. Zöhr namazı vaxtında qılmaq.
4.Vaxt içində xütbə oxumaq. [Alimlər, Cümə xütbəsini oxumaq, namaza durarkən “
Allahü-əkbər” demək kimidir, dedi. Yəni iki xütbəni də yalnız ərəbcə oxumaq lazımdır. Xatib əfəndi səssizcə Əuzu oxuyub, sonra yüksək səslə həmd və səna və kəlmeyi-şəhadət, salatü-səlam oxuyur. Sonra savaba, əzaba səbəb olan şeyləri xatırladır və ayəti-kərimə oxuyur. Oturub qalxır. İkinci xütbəni oxuyub moizə yerinə möminlərə dua edir. Dörd xəlifənin adını söyləməsi müstəhəbdir. Xütbəyə dünya sözü qarışdırmaq haramdır. Xütbəni nitq və konfrans şəklinə salmamalıdır.Xütbəni qısa oxumaq sünnətdir. Uzun oxumaq məkruhdur.]
5. Xütbəni namazdan əvvəl oxumaq.
6. Cümə namazını camaat ilə qılmaq.
7. Məscid qapılarını hər kəsə açıq saxlamaq.
CÜMƏ NAMAZININ VÜCUB ŞƏRTLƏRİ DOQQUZDUR:
1. Şəhərdə, qəsəbədə yaşamaq. Səfərilərə fərz deyildir.

2. Sağlam olmaq, xəstəyə, xəstəni buraxa bilməyən baxıcıya və qocalara fərzdeyildir.
3. Azad olmaq.
4. Kişi olmaq. Qadınlara fərz deyildir.
5. Həddi-büluğ olmaq. Yəni “
Mükəlləf” olmaq.
6. Kor olmamaq. Yolda aparan olsa belə kor olana fərz deyildir.
7. Yeriyə bilməkdir. Nəqliyyat vasitəsi olsa belə, iflicə, ayaqsıza fərz deyildir.
8. Həbs edilmiş olmamaq və düşmən qorxusu, hökumətdən, zalımdan qorxusu olmamaq.
9. Çox yağış, qar, fırtına, palçıq və soyuq olmamaq.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину