Facebook Twitter WhatsApp

Cümə Namazı

Allahü təala Cümə gününü müsəlmanlara məxsus qılmışdır. Cümə günü günorta vaxtında Cümə namazını qılmaq Allahü təalanın əmridir. Allahü təala Cümə surəsinin sonundakı ayəti-kərimədə buyurdu ki, “Ey iman etməklə şərəflənən qullarım! Cümə günü, zöhr azanı oxunduğu vaxt xütbə dinləmək və Cümə namazı qılmaq üçün məscidyə gedin! Alış-verişi buraxın! Cümə namazı və xütbə, sizə başqa işlərinizdən daha faydalıdır. Cümə namazını qıldıqdan sonra məsciddən çıxar, dünya işlərinizi etmək üçün gedə bilərsiniz. Allahü təaladan ruzi gözləyərək çalışın. Allahü təlanı çox xatırlayın ki, qurtula biləsiniz!” Namazdan sonra istəyən işinə gedib çalışar, istəyən məsciddə qalıb namaz qılmaq ilə, Qurani-Kərim və dua ilə məşğul olar. Cümə namazı vaxtı girincə, alış-veriş günahdır.
Peyğəmbərimiz (sallallahü aləyhi və səlləm) müxtəlif hədisi-şəriflərində buyurdu ki:

Bir müsəlman Cümə günü qüsl alıb Cümə namazına gedərsə, bir həftəlik günahları əfv olar və hər addımı üçün savab verilər.”
“Cümə namazı qılmayanların qəlblərini Allahü təala möhürləyər. Qafil olarlar”.
“Günlərin ən qiymətlisi Cümədir. Cümə günü bayram günlərindən və Aşura günündən daha qiymətlidir. Cümə dünyada və Cənnətdə möminlərin bayramıdır”.
“Bir kimsə maneə yox ikən, üç Cümə namazı qılmazsa, Allahü təala qəlbini möhürləyər. Yəni yaxşılıq etməz olar”.
“Cümə namazından sonra bir an vardır ki, möminin o anda etdiyi dua rədd olmaz”.
“Cümə namazından sonra yeddi dəfə İxlas və Muavvizətəyn oxuyanı Allahü təala, bir həftə qəzadan, bəladan və pis işlərdən qoruyar”.

“Cümə ertəsi günləri yəhudilərə, bazar günləri nasaraya
[xristianlara] verildiyi kimi, cümə günü də müsəlmanlara verildi. Bu gün müsəlmanlara xeyir, bərəkət, yaxşılıq vardır”.
Cümə günü edilən ibadətlərə başqa gündə edilənlərin, ən az iki qatı savab verilir. Cümə günü işlənən günahlar da iki qat yazılır.Cümə günü ruhlar toplaşır və bir-biri ilə danışırlar. Qəbirlər ziyarət edilir. Bu gündə qəbir əzabı dayandırılır. Bəzi alimlərə görə, möminın əzabı artıq başlamaz.Kafirin Cümə və Ramazandan başqa əzabı qiyamətə qədər davam edər. Bu gün və gecəsində ölən möminlər qəbir əzabı çəkməz. Cəhənnəm Cümə günü çox isti olmaz. Adəm -əleyhissəlam Cümə günü yaradıldı. Cümə günü Cənnətdən çıxarıldı.Cənnətdəkilər Allahü təalanı Cümə günləri görəcəklər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину