Sual: Cənazəni, zərurət yoxdursa, vəfat etdiyi yerdən başqa bir yerə aparmaq olarmı?
Cavab: Cənazəni olduğu şəhərdə dəfn etmək müstəhəbdir. İki və ya dörd kilometrdən az uzağa aparmaq söz birliyi ilə caizdir. Daha uzağa aparmaq ixtilaflıdır. Yaqub və Yusif aleyhiməssəlamın cənazələri Misirdən Şama köçürülsə də, onların dinlərində yerdəyişmə caiz idi. Dəfndən sonra caiz deyildir. Rəddül-muxtarda, bir şəxsin ölmədən əvvəl öldükdə başqa yerə aparılmasını vəsiyyət etməyin batil olduğu bildirilmişdir.
В корзине: 0 шт.
на сумму: 0