Facebook Twitter WhatsApp

Camaat ilə Namaz

    Namazda ən az iki nəfərdən birinin imam olması ilə camaat meydana gəlir. Beş vaxt namazın fərzlərini camaat ilə qılmaq kişilərə sünnətdir. Cümə və bayram namazları üçün camaat fərzdir. Camaat ilə qılınan namazlara daha çox savab verildiyi hədisi-  şəriflərdə bildirilir. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdu ki: “”Camaat ilə qılınan namaza, yalnız qılınan namazdan 27 qat artıq savab verilir”. Yenə buyurdu ki: “Yaxşı bir dəstəmaz alıb, məscidlərdən birinə camaat ilə namaz qılmaq üçün gedənin, Allahü təala hər addımına bir savab yazar və hər addımında əməl dəftərindən bir günahı silər və Cənnətdə onu bir dərəcə yüksəldər”.

    Camaat ilə qılınan namaz müsəlmanlar arasında birliyi və bərabərliyi təmin edər. Sevgi və bağlılığı artırar. Camaat toplanıb bir-biri ilə söhbət edər. Dərd və çətinlikləri olanlar, xəstələr bu yolla asanca ortaya çıxar. Camaat müsəlmanların tək qəlb, tək bədən kimi olduqlarının ən gözəl nümunəsidir. Xəstə, iflic, bir ayağı kəsik olanın, yeriyə bilməyən qocaların və korun camaata getməsi şərt deyildir. Camaat ilə qılınan namazda özünə tabe olunan kimsəyə “İmam” deyilir. İmamlığın və buna tabe olub camaat olmanın şərtləri vardır.