Facebook Twitter WhatsApp

İmamlığın şərtləri

İmam olmaq üçün altı şərt lazımdır. Bu şərtlərdən biri olmayan imamın arxasında qılınan namaz qəbul olmaz.

  1. Müsəlman olmaq. Əbu Bəkri Sıddıq və Ömər-ül Farukun (radıyallahu anhüma) xəlifə olduğuna inanmayan, miraca, qəbir əzabına inanmayan imam ola bilməz.
  2. Həddi-büluğ yaşında olmaq.
  3. Ağıllı olmaq. Sərxoş və dəli imam ola bilməz.
  4. Kişi olmaq. Qadın kişilərə imam ola bilməz.
  5. Heç olmazsa, Fatihəyi-şərifə ilə bir ayəti doğru oxuya bilmək. Bir ayəti əzbərləməyən və əzbərləsə də təcvid ilə oxuya bilməyən, nəğmə kimi oxuyan kimsə imam ola bilməz.
  6. Üzrsüz olmaq. Üzrü olan üzrü olmayanlara imam ola bilməz.

İmamın, Qurani-Kərimi təcvid ilə oxuması lazımdır. Qiraəti gözəl  demək, təcvid ilə oxumaq  deməkdir. Namazın şərtlərinə əhəmiyyət verməyən imamların arxasında namaz qılınmaz. “Saleh və facir arxasında namaz qılın” Hədisi-şərifi məscid imamları üçün deyil, Cümə qıldıran əmirlər, valilər üçündür.

İmamlığa ən layiq kimsə sünnəti [yəni din məlumatlarını] ən yaxşı bilən kimsədir. Bunda bərabər olanlar olarsa, Qurani-Kərimi ən yaxşı oxuyan imam olar. Bu da bərabərdirsə, təqvası artıq olan imam olar. Yenə bərabərlik olarsa, yaşı çox olan tərcih edilir.

Kölə, bədəvi, fasiq, kor və zina uşağının imaməti məkruhdur.  İmam camaatı yoracaq və onları sıxacaq şəkildə namazı uzatmaz.

Qadınların yalnız başlarına camaat ilə qılmaları məkruhdur.

Tək şəxs ilə qılacaq olan imam onu sağ tərəfində qoyar. İki nəfərə imam olacaqsa, önlərinə keçər. Kişilərin qadına, uşağa tabe olmaları caiz deyildir. İmamın arxasında kişilər sıra edər, sonra uşaqlar və onların arxasında da qadınlar sıra edərlər. İmam qadınlara da imamətə niyyət etmişsə, eyni namazda olan bir qadın, bir kişi ilə eyni sırada namaza durarsa, kişinin namazı pozulur. Əgər imam bu qadına imaməti niyyət etməmişsə yanında durduğu kişiyə zərər olmaz. Ancaq qadının namazı caiz olmaz. Ayaq üstə namaz qılanın oturarkən qılana tabe olması caizdir. Mukim səfəri imama tabe ola bilər. Fərz qılan nafilə qılana tabe ola bilməz. Nafilə qılan, fərz qılana tabe ola bilər. İmama tabe olub namaz qıldıqdan sonra imamın dəstəmazsız olduğunu bilən kimsə namazını iadə edər.

Rəqaib, Bəraət və Qədr namazlarını camaat ilə qılmaq məkruhdur.

Camaat istəsə də, imamın fərz qıldırarkən qiraəti və təsbehləri sünnətdən artıq oxuması tahrimən məkruhdur.

İmama rüküdə çata bilməyən o rükəti imamla qılmış olmaz. İmam rüküdə ikən gələn niyyət edər və ayaq üstə təkbir gətirib, namaza girər. Dərhal rüküyə əyilib, imama uyar. Rüküyə əyilmədən imam rüküdən qalxarsa, rüküyə çatmamış olar.

İmamdan əvvəl rüküyə əyilmək, səcdəyə getmək və ya əvvəl qalxmaq tahrimən məkruhdur. Fərz namazları qıldıqdan sonra, sıraları pozmaq müstəhəbdir.

Bir mömin beş vaxt namazını hər gün camaat ilə qılsa, bütün Peyğəmbərlərlə “aləyhimüssəlam” qılmış kimi savaba nail olar.

Camaat ilə qılınan namazın bu qədər fəziləti imamın namazı qəbul olmasına bağlıdır.

Bir kimsə camaatı üzrsüz tərk etsə, o şəxs Cənnət qoxusu hiss etməz. Camaatı üzrsüz tərk edənlər dörd kitabda lənətlənmiş deyə bildirilmişdir.

Beş vaxt namazı camaat ilə qılmağa cəhd etməlidir. Qiyamət günü Allahü təala həzrətləri yeddi qat yerləri, yeddi qat göyləri, Ərşi, Kürsünü və bütün məxluqatı tərəzinin bir tərəfinə qoysa, şərtlərinə  riayət edilərək camaat ilə qılınan bir vaxt namazın savabını digər tərəfə qoysa, camaat ilə qılınan namazın savabı daha ağır gələr. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину