Facebook Twitter WhatsApp

Azanı-Muhammədi

Aşağıdakı yazı “Dürr-ül-muxtar”dan və onun şərhi olan “İbni Abidin”dən tərcümə edilmişdir:

   Elmihal kitablarında bildirilmiş olan bəlli kəlmələri ağıllı bir müsəlmanın bəlli şəkildə oxumasına “Azanı Muhammədi” deyilir. Yəni minarəyə çıxıb, ərəbcə kəlimələri ayaq üstə oxumaq lazımdır. Başqa dillərdə tərcüməsini oxumaq, mənasını anlasa belə, azan olmaz. Azan beş vaxt namaz vaxtlarının gəldiyini bildirmək üçün oxunur. Kişilərin, məscid xaricində yüksək yerə çıxıb oxumaları müəkkəd sünnətdir. Qadınların azan və iqamə oxumaları məkruhdur. Qadınların səslərini kişilərə eşitdirməsi haramdır.

   Müəzzin əfəndinin məscidin xaricində hündürdə və yüksək səslə oxuyaraq qonşulara eşitdirməsi lazımdır. Həddən artıq qışqırmağı caiz deyil. Əkbər deyərkən son hərf cəzm edilərək durulur və ya üstün oxunaraq vəsl edilir. Ötrə oxunmur. Kəlmələrin əvvəlinə və ya sonuna hərəkə, hərf, məd artıracaq şəkildə həddən artıq təğənni ilə oxumaq və bunu dinləmək halal olmaz. Salat və fəlah deyərkən üzü sağa və sola çevirmək sünnətdir. Ayaqlar və sinə qiblədən çevrilməz, yaxud minarədə dönərək oxunar. İlk minarəni Həzrəti Müaviyə tikdirmişdir. Rəsulullahın məscidi üzərində yüksək bir yer tikilmişdi. Bilalı Həbəşi bura çıxıb azan oxuyardı. Rəsulullah (sallallahü aleyhi və səlləm) Bilala barmaqlarını qulaqlarına qoymasını əmr etdi. Arada danışdıqda, təkrar oxumaq lazımdır. Bir neçə adamın bir yerdə oxuması caizdir. Bir qisminin oxuduğunu digərləri oxumazsa, səhih olmaz. Azanı oturaraq oxumaq tahrimən məkruhdur. Müəzzinin saleh olması, azanın sünnətlərini və vaxtlarını bilməsi, hər gün mütəmadi oxuması, Allah rizası üçün pulsuz oxuması sünnətdir. Pulla oxuması da caizdir. Həddi-buluğa çatmamış uşağın azanı səhih deyil. Çünki onun səsi quş və ya alət səsi kimidir. Buna görə də azanı, iqaməni səs ucaldıcı ilə oxumaq səhih deyil. Fasiqin azanına və imamın təkbirlərini nəql etməsinə güvənmək olmaz. Onun oxuması məkruhdur. Müəzzinin azanı vaxtında oxuduğunu, başqalarının da namazı vaxtında qıldığını bilmələri şərtdir. Vaxtın gəldiyinə şübhə edərək namaza duran şəxsin vaxtında qılmış olduğu sonradan məlum olsa da, namazı səhih olmaz. Kafirin, fasiqin hazırladığı təqvimə uyaraq qılınan namaz səhih deyil. Qeyri müsəlman ölkədə istifadə edilən təqvimin doğruluğunu saleh və alim olduğuna güvənilən bir müsəlmandan soruşub öyrənmək lazımdır. Sünnətə uyğun oxunan müxtəlif azanlardan yalnız birincisini eşidənlər eşitdiyini təkrarlamalı və öz məscidinin azanıdırsa, camaata qoşulmalıdırlar. Qurani-kərim oxuyanlar da təkrarlamalıdırlar. Cənazə namazı qılanın, ayaq yolunda olanın, yemək yeyənin, məsciddə olanın, din bilgisi öyrətməkdə və öyrənməkdə olanın azanı təkrar etməsi lazım deyil. Ərəbcə olmayan və çox təğənni ilə oxunan azan sünnətə uyğun deyil. Azanı eşidənin oturursa durmağı, yol gedirsə dayanmağı müstəhəbdir. Göründüyü kimi, islamiyyətə uyaraq hər məhəllədə məscid tikilsə, hər məhəllədə azan oxunacaq və hər kəs öz məhəlləsinin azanını eşidəcək. Müəzzinin çox qışqırmasına, səs ucaldıcıdan istifadə edilməsinə ehtiyac qalmayacaq. Səs ucaldıcı, azanın sünnətlərinin tərk edilməsinə səbəb olan bir bidətdir. Azan oxuyarkən və namaz qılarkən bu bidəti işləmək böyük günahdır. Bu, ibadətlərin pozulmasına da səbəb olur. Radioda, maqnitafonda və səsucaldıcıda oxunan Qurani-kərimin və azanın insan səsi olmadığı, bunları oxuyan insan səslərinin hasil etdiyi elektrik tərəfindən meydana gələn çalğı səsləri olduğu, meydana gəlmələrinə səbəb olan insan səsinin özü olmasa da, ona çox bənzədiyi üçün oxuyanın səsi zənn edildiyi “Əl-fiqhu aləl-məzahib-ül-ərbəa”da və “Səadəti Əbədiyyə” kitabında geniş bildirilmişdir. Din İslamiyyətin əmr etdiyi “Azanı Muhammədi” saleh müsəlmanın səsinə deyilir. Borudan çıxan səs azan deyildir. Əsrimizin həqiqi din alimlərindən Almalılı Hamdi əfəndi (rahimə-hullahü təala) deyir: “Görünür ki, bu “istima (dinləmək) və insat (susmaq)” əmrləri qiraətə bağlı qılınmışdır. Qiraət isə dilin ixtiyari hərəkətidir ki, aqil və natiq bir insanın ağzından məxsus məxrəclərə görə çıxan və ağlındakı niyyətini bildirən səslərdir. Çünki Cəbrail əleyhissəlamın feli belə qiraət deyil, sadəcə bir İqra, yəni qiraət etdirməkdir. İlahi fel isə tənzil və qiraətin yaradılmasından ibarətdir. Buna görə ağılsızdan və cansızdan zuhr edilən səslərə qiraət deyilə bilinmədiyi kimi sədadan yəni səslərin əks etməsindən hasil olan felə də qiraət deyilə bilməz. Bunun üçündür ki, fiqh alimləri qiraətin əks-sədasına qiraət və tilavət hökmünü verilə bilinməyəcəyini və məsələn, səcdəi tilavətin şərt olmayacağını bəyan etmişdirlər. Bir kitabı səssizcə mütalə etmək qiraət etmək olmadığı kimi ifa olunan və zingildəyən əks-sədanı dinləmək də həqiqi qiraət dinləmək deyil, zingildəməyi dinləməkdir. O halda Qurani-kərim oxuyan bir hafızın səsini əks etdirən qramafondan və ya radiodan gələn küy həqiqi qiraət deyil, sadəcə bir qiraətin əksi və bənzəridir. Bunlara “istima və insat” əmrinin hökmü keçməz. Yəni dinləməmiz və susmamız vacib olan Qurani-kərim ifa olunan Quran deyil, qiraət olunan Qurandır. Buradakı dinləməmiz vacib və ya müstəhəb olmaz sözündən illa da bunları dinləmək caiz deyilmiş və mütləq dinləməmək vacibdir deyə başa düşməyin. Çünki Quranı ifa etmək başqa fel, ifa olunan Quranı dinləmək başqa feldir. Qurani-kərimi çalmaq, onu çalğı, sazlar arasına qoymaq caiz olmayan bir hərəkət olduğu məlumdur. Çünki Qurani-kərimi oxumaq bir Qurbət (ibadət) olduğu halda pis yerlərdə oxumaq da qəbahətdir. Fəqət oxundusa, onu dinləmək qəbahət deyil, əksinə dinləməyib hörmətsizlik etmək qəbahət olar. Məsələn, hamamda Qurani-kərim qiraət edən günaha girər. Bununla da oxunduğu zaman dinləməmək də savab deyildir. Eynilə bunun kimi bir əks-səda ilə zingildəyən və ya qramafonda, radioda ifa olunan bir Qurani-kərim səslərini dinləmək vəzifə deyildir deyə bunu dinləməmək vəzifə imiş kimi zənn edilməməlidir. Zira bu bir qiraət olmasa da qiraətin bənzəridir və kəlamı nəfsiyə dəlalətdir. Əslində həqiqi qiraət dinləmək kimi vacib və ya müstəhəb olmasa da caizdir, ona da hörmətsizlik etmək caiz deyildir. Belə bir vəziyyətdə qalan bir müsəlman nalayiq yerə qoyulan bir Qurani-kərim səhifəsinə rast gələn kimsə kimidir ki, ona qarşı hörmətsizlik etməyib, əlindən gəldiyi qədər onu layiq bir yerə qoyması onun bir müsəlmanlıq vəzifəsidir.”]

   Fiqh fitva kitablarının çoxunda, məsələn ”Kadihan”da deyilir ki, azan oxumaq sünnətdir. İslam dininin əlamətlərindən olduğu üçün, bir şəhərdə, bir məhəllədə azan tərk edilərsə, hökumət oradakı müsəlmanlara zorla oxutmalıdır. Müəzzin Qiblə cəhətini namaz vaxtlarını bilməlidir. Çünki azanı əvvəldən axıra qədər üzü Qibləyə oxumaq sünnətdir. Azan, namaz iftar vaxtının başladığını bildirmək üçün oxunur. Bu vaxtları bilməyənin fasiqin oxuması fitnə çıxmasına səbəb olar. Ağlı olmayan uşağın, sərxoşun, dəlinin, cünub olanın qadının azan oxuması məkruhdur. Bu halda müəzzin təkrar oxumalıdır. Mövlud oxumaq, oxutmaq dinləməyə getmək çox savabdır. Lakin qadının mövlud, azan oxuyaraq, mahnı oxuyaraq, lazım olduğundan çox danışaraq səsiniyadkişilərəeşitdirməsionlarındinləməsiharamdır.Qadınyalnızqadınlar üçün oxumalı, səsini maqnitafona, radioya, televizora verməməlidir. Oturaraq, dəstəmazsız, şəhərdə heyvan belində oxumaq məkruh olsa da, belə azan yenidən oxunmaz. Azan minarədə ya məsciddən xaricdə oxunar, məscidin içində oxunmaz. Kəlmələri pozacaq şəkildə uzadaraq təğənni ilə oxumaq məkruhdur. Ərəb dilindən başqa dildə azan oxunmaz. “Hindiyyə”də deyilir: “Müəzzinin səsini taqətindən artıq yüksəltməsi məkruhdur”. İbni Abidin (rahiməhullahü təala) deyir ki, azanın uzaqlardan eşidilməsi üçün müəzzinin hündür yerə çıxıb oxuması sünnətdir. Bir neçə müəzzinin bir azanı birlikdə oxuması caizdir. Alimlərin bu yazılarından aydın olur ki, səs-ucaldıcı ilə azan, iqamə oxumaq namaz qıldırmaq bidətdir. Bidət işləmək böyük günahdır. Hədisişərifdə buyrulub: “Bidət işləyənin heç bir ibadəti qəbul olunmaz!” Səsucaldıcının səsi insan səsinə çox bənzəsə də, insan səsinin özü deyildir. Səsucaldıcını minarənin, damın sağına, soluna, arxa tərəfinə qoyaraq səsin Qiblədoğru çıxmaması da ayrıca günahdır. Səs-ucaldıcının narahat edici metallik səsinə ehtiyac yoxdur, çünki hər məhəllədə məscid olması vacibdir. Hər məhəllədə azan oxunmalı hər evdə bu azan eşidilməlidir. Bundan başqa, “Azanı cavk”, yəni bir neçə müəzzinin bir azanı birlikdə oxuması da caizdir. Bu zaman həzin insan səsləri uzaqlardan eşidilərək qəlblərə ruhlara təsir edir, imanları təzələyir. Müəzzin azanı, imam isə qiraəti məscid ətrafında məsciddə olan camaata eşitdirəcək qədər təbii səslə oxumalıdır. Uzaqdan eşidilməsi üçün həddən artıq qışqırmaları məkruhdur. Səs-ucaldıcıya ehtiyac olmadığı buradan da anlaşılır. Xülasə, səs-ucaldıcı deyilən borudan çıxan səs azan deyil. Müəzzinin ağzından çıxan səs “Azanı Muhammədi”dir. Böyük islam alimi Əbu Nuaym İsfahaninin “Hilyət-ül-Övliya” kitabındakı Hədisişərifdə buyrulub: “Çalğıdan çıxan azan səsi şeytan azanıdır. Bunu oxuyanlar, şeytanın müəzzinləridir”.

   Hədisi-şərifdə buyruldu: “Qiyamət yaxınlaşdıqda Qurani-kərim mizmarlardan oxunacaq”; “Bir vaxt gələcək, Qurani-kərim mizmarlardan oxunacaq. Allah üçün deyil, keyf üçün oxunacaq”; “Quranikərimi oxuyan çox insan var ki, Qurani-kərim onlara lənət edir”; “Bir vaxt gələcək, müsəlmanların ən səfilləri müəzzinlər olacaq”; “Bir vaxt gələcək, Quran-kərim mizmarlardan oxunacaq. Allahü təala bunlara lənət edir”. Mizmar, hər növ çalğı, tütək deməkdir. Səs-ucaldıcı da mizmardır. Müəzzinlər bu Hədisi-şəriflərdən qorxmalı, azanı səs-ucaldıcı ilə oxumamalıdırlar. Bəzi din cahilləri səs-ucaldıcının faydalı olduğunu, səsi uzaqlara apardığını deyirlər. Peyğəmbərimiz: “İbadətləri məndən və əshabımdan gördüyünüz kimi edin! İbadətlərdə dəyişiklik edənlərə “bidət əhli” deyilir. Bidət sahibləri əlbəttə ki, Cəhənnəmə gedəcək! Onların heç bir ibadətləri qəbul olunmaz!”, buyurdu. İbadətlərə faydalı və lazımlı şeylər əlavə edirik demək düzgün deyil. Bu cür sözlər dindüşmənlərininyalanlarıdır.Birdəyişikliyinfaydalıolubolmadığını yalnız islam alimləri bilir. Bu cür dərin alimlərə “Müctəhid” deyilir. Müctəhidlər özlərindən dəyişiklik etmir, bir dəyişikliyin, əlavənin bidət olub olmadığını anlayırlar. Azanı mizmarla oxumağa söz birliyi ilə bidət deyilib. İnsanları Allahü təalanın rizasına, sevgisinə qovuşduran yol, insanın qəlbidir. Qəlb yaradılışından təmiz bir ayna kimidir. İbadətlər qəlbin təmizliyini, parıltısını artırır. Bidətlər, günahlar qəlbi qaraldır və qəlb məhəbbət yolu ilə gələn nurları, səadəti ala bilmir. Saleh olanlar bu halı anlayar, üzülər və günah işləmək istəməzlər. İbadətlərin çox olmasını, hər gün beş dəfə əvəzinə daha çox namaz qılmağı istəyərlər. Günah işləmək nəfsə şirin, faydalı görünür. Bütün bidətlər, günahlar Allahü təalanın düşməni olan nəfsi bəsləyir, qüvvətləndirir. Səs-ucaldıcı ilə azan oxumaq da belədir. Abdullah Dəhləvinin xəlifələrindən olan Rauf Əhməd “Dürr-ül məarif”də deyir: “Qurani-kərimi və digər ibadətləri mizmarla, yəni çalğı aləti ilə oxumaq haramdır”.

   Şafii “Əl-müqəddimət-ül-hadrəmiyyə” “Ənvar” kitablarında deyir: “Məscidin xaricində olanın məsciddəki imama uymasının şafii məzhəbində səhih olması üçün, onun imamı görməsi və səsini eşitməsi, həmçinin son sıradan təqribən 300 zra, yəni 300x0,42=126 metr uzaqda olmaması lazımdır”. Televizorda görülən və səsi eşidilən uzaqdakı imama uyaraq qılınan namaz hənəfi və şafii məzhəbində səhih deyil. Sələfi salihin, yəni əhli sünnətin ilk rəhbərlərinin zamanında ibadətlərdə olmayan şeyləri sonradan ibadətlərə qarışdırmaq “Bidət” işləməkdir. Azana və namaza radio, televizor və səs-ucaldıcı qarışdırmaq bidətini işləyənlərin Cəhənnəmə gedəcəkləri Nisa surəsinin 114-cü ayəsindən aydın olur. Səs-ucaldıcıdan, radiodan eşidilən səs azanın özü deyil, bənzəridir. Aynada, kağızda görülən də insana tam bənzəsə də, insanın özü yox, bənzəridir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину