Facebook Twitter WhatsApp

Dəstəmaz almaq

    Dəstəmaz almaq namazın fərzlərindəndir. Qurani-Kərimi tutmaq, Kəbəni təvaf etmək (dönmək), tilavət səcdəsi etmək, cənazə namazı qılmaq üçün də dəstəmaz almaq lazımdır. Hər zaman dəstəmazlı olmaq, yatağa dəstəmazlı girmək, dəstəmazlı yemək və içmək çox savabdır. Dəstəmazlı olaraq ölənlərə şəhid savabı verilir. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdular ki:

  “Dəstəmazlı olaraq ölən ölüm ağrısı çəkməz. Çünki dəstəmaz imanlı olmağın əlamətidir. Namazın açarı, bədənın günahlardan təmizləyicisidir.”

“Müsəlman dəstəmaz alınca günahları qulağından, gözündən, əlindən və ayağından çıxar. Oturunca məğfirət olunmuş olaraq oturar”.

“Əməllərin ən xeyirlisi namazdır. Dəstəmaza davam edənlər ancaq möminlərdir. Mömin gündüz dəstəmazlı olmalı, gecə də dəstəmazlı yatmalıdır. Belə edincə, Allahü təalanın himayəsində olar. Dəstəmazlı olaraq yeyib-içənın qarnındakı yemək və su zikr edər. Qarnında qaldıqları müddətcə, onun üçün istiğfar edərlər”.

Dəstəmazın fərzləri, sünnətləri, ədəbləri və məmnu (qadağa) olan və pozan şeyləri vardır. Dəstəmazsız olduğunu bilərək zərurətsiz namaz qılan kafir olar. Namaz qılarkən dəstəmazı pozulan həmən çiyninə salam verib, namazından çıxar. Vaxt çıxmadan dəstəmaz alıb, namazını başdan təkrar qılar.