Aşağıdakılar dəstəmazı pozmaz:
- Ağızdan, qulaqdan və dəridəki yaradan çıxan qurdlar.
- Bəlğəm qusmaq.
- Qan qusunca başdan gələn maye qan tüpücəkdən az isə.
- Dişdən axan qan tüpürcəkdən az isə.
- Başdan gələn qatı qan çox olsa belə.
- Mədədən, ciyərdən gələn qatı qan ağız dolusu deyil isə.
- Qulağa tökülən yağ qulaqdan və ya burundan çıxarsa.
- Burunun içinə qoyulan bir şey çəkilən şey burundan günlərcə sonra da geri gələrsə.
- Bir şeyi dişləyincə, o şey üzərində qan görərsə.
- Ağrı olmadan, hər hansı bir səbəblə, ağlamaqla və soğan, duman, qazlar təsiri ilə göz yaşı axınca.
- Qadın uşağını əmizdirincə.
- Çox da olsa, tərləməklə.
- Milçək, ağcaqanad, birə, taxtabiti kimi həşəratlar çox əmsələr də.
- Az olub yayılmayan qan və ağız dolusu olmayan qusmaq.
- Yatarkən dayadığı şeyi çəkərkən də aşmazsa.
- Namazda yatmaq.
- Dizlərini dik tutub, başını dizlərinin üstünə qoyub yatarsa.
- Ayaqlarını bir yanına çıxarıb, yerə oturaraq yatarsa.
- Çılpaq heyvan üstündə yatarsa, heyvan yoxuş çıxır və ya düz yerdə gedirsə.
- Namazda təbəssüm etmək.
- Namazda ikən güldüyünü yalnız özü eşidərsə, buna “Dahk” deyilir. Dahk yalnız namazı pozar.
- Saç, saqqal, bığ və dırnaq kəsmək.
- Yara qabığının düşməsi ilə dəstəmaz pozulmaz.