Gözəl İslam / Dəstəmazı pozmayan şeylər

Dəstəmazı pozmayan şeylər

Aşağıdakılar dəstəmazı pozmaz:

  1. Ağızdan, qulaqdan və dəridəki yaradan çıxan qurdlar.
  2. Bəlğəm qusmaq.
  3. Qan qusunca başdan gələn maye qan tüpücəkdən az isə.
  4.  Dişdən axan qan tüpürcəkdən az isə.
  5.  Başdan gələn qatı qan çox olsa belə.
  6. Mədədən, ciyərdən gələn qatı qan ağız dolusu deyil isə.
  7.  Qulağa tökülən yağ qulaqdan və ya burundan çıxarsa.
  8.  Burunun içinə qoyulan bir şey çəkilən şey burundan günlərcə sonra da geri gələrsə.
  9. Bir şeyi dişləyincə, o şey üzərində qan görərsə.
  10. Ağrı olmadan, hər hansı bir səbəblə, ağlamaqla və soğan, duman, qazlar təsiri ilə göz yaşı axınca.
  11. Qadın uşağını əmizdirincə.
  12. Çox da olsa, tərləməklə.
  13. Milçək, ağcaqanad, birə, taxtabiti kimi həşəratlar çox əmsələr də.
  14.  Az olub yayılmayan qan və ağız dolusu olmayan qusmaq.
  15. Yatarkən dayadığı şeyi çəkərkən də aşmazsa.
  16. Namazda yatmaq.
  17. Dizlərini dik tutub, başını dizlərinin üstünə qoyub yatarsa.
  18. Ayaqlarını bir yanına çıxarıb, yerə oturaraq yatarsa.
  19. Çılpaq heyvan üstündə yatarsa, heyvan yoxuş çıxır və ya düz yerdə gedirsə.
  20. Namazda təbəssüm etmək.
  21. Namazda ikən güldüyünü yalnız özü eşidərsə, buna “Dahk” deyilir. Dahk yalnız namazı pozar.
  22. Saç, saqqal, bığ və dırnaq kəsmək.
  23. Yara qabığının düşməsi ilə dəstəmaz pozulmaz. 

 

18-03-2018, 13:35
Geri