Facebook Twitter WhatsApp

Məst üzərinə məsh

   Məst, ayağın yuyulması fərz olan yerini örtən su keçirməz ayaqqabı deməkdir. Məst böyük olarsa, barmaqlar məstin ucuna qədər getməz və məsh boş yer üzərinə edilərsə, caiz olmaz. Məstin bir saat yol yeriyincə, ayaqdan çıxmayacaq şəkildə sağlam və ayağa uyğun olması lazımdır.
  Dabanı ilə ayağın üstü və ya yalnız dabanı dəri örtülmüş corab üstünə məsh etmək caizdir.
  Möhkəm olan və yeriyərkən aşağı düşməyən corab üzərinə məsh etmək caizdir.
  Məstlər dəstəmazın pozulmasının ayaqlara keçməsinə mane olurlar. Ayaqları yuduqdan sonra məstləri geyinmək və bundan sonra dəstəmaz almaq caizdir.

  Məsh məstlərin üstünə edilir. Məstlərin altına, yəni dabanına məsh edilməz.

  Sünnət üzrə məsh etmək üçün sağ əlin yaş beş barmağı, sağ məst üzərinə, sol əlin barmaqları da sol məst üzərinə boylu boyunca yapışdırılıb, məstin ucundan yuxarıya doğru çəkilir. Əl ovucları məstə dəyməz. Məshin üç əl barmağı enində və boyunda olması fərzdir.

  Məsh əlin çöl tərəfi ilə caiz isə də, iç tərəfi ilə etmək sünnətdir.

  Yaş ot üstündə yeriyərək və ya yağış ilə məstlərin üzəri islanarsa məsh yerinə keçər.

  Məst üzərinə məsh müddəti mukim (səfərdə olmayan) olan üçün 24 saatdır. Səfəri üçün üç gün üç gecə, yəni 72 saatdır. Bu müddət məsti geyindiyi zaman deyil, məsti geyindikdən sonra dəstəmazın pozulduğu zaman başlayar. Məstli kimsə dəstəmazı pozulduqdan sonra 24 saat keçmədən səfərə çıxsa, bu məstlərə üç gün və gecə məsh edə bilər. Səfəri ikən mukim olsa, 24 saat keçmiş isə, məstləri çıxarıb ayaqlarını yuyaraq dəstəmaz alar. Ayağın üç barmağı sığacaq qədər yırtığı olan məst üzərinə məsh etmək caiz deyildir. Yırtıq bundan az isə, məsh caiz olar. Bir məstin bir neçə yerində kiçik yırtıqlar varsa, bunlar toplanaraq üç barmaq qədər olarsa, buna məsh etmək caiz olmaz. Bir məstdə iki barmaq, digər məstdə də iki və ya bir barmaq görünəcək qədər yırtıq varsa, bunlara məsh edilə bilər. Məsh caiz olmayan yırtıq üç barmağın ucu deyil, üç barmağın bütünü görünəcək qədərdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину