Facebook Twitter WhatsApp

Zilhiccə ayının fəziləti

Qurban bayramının olduğu aya Zilhiccə deyilir. Zilhiccə ayının ilk on günündə edilən ibadətlərin dəyəri çoxdur. Bu xüsusdakı hədisi-şəriflərdən bir neçəsi aşağıdakılardır:

“Zilhiccənin ilk günlərində tutulan oruc bir il oruc tutmağa, bir gecəsini əhya etmək də Qədir gecəsini əhya etməyə bərabərdir.” [İbni Macə]

“Zilhiccənin ilk on gecəsində edilən əməl üçün, 700 misli savab verilər.” [Beyhəqı]

“Tərviyə günü oruc tutub günah söz söyləməyən Müsəlman Cənnətə girər.” [Ramıq]

“Zilhiccənin ilk 9 günü oruc tutan, hər günü üçün yüz kölə azad etmiş və ya cihad edənlərə yüz at vermiş, yaxud Kəbəyə qurban üçün yüz dəvə göndərmiş kimi savab alar.) [R. Nasıhin]

“Bu on günün xeyirindən məhrum olana təəssüflər olsun! Xüsusilə doqquzuncu [Ərəfə] günü orucla keçirilməlidir! Onda o qədər çox xeyr vardır ki, saymaqla bitməz.” [T. Qafilin]

“Zilhiccənin ilk 9 günü oruc tutana, hər günü üçün bir illik oruc savabı verilər.” [Əbul Berekat]

“Zilhiccənin ilk on günü fəzilətdə min günə, Ərəfə günü isə on min günə bərabərdir.” [Beyhəqı]

“Zilhiccənin ilk on günündə edilən əməllərdən daha qiymətlisi yoxdur.” [Tabərani]

"Allah yanında Zilhiccənin ilk on günündə edilən əməllərdən daha qiymətlisi yoxdur. Bu günlərdə təsbehi, tahmidi, təhlili və təkbiri çox söyləyin!" [Tabərani]

Təsbeh: Sübhanallah,

Tahmid: Əlhamdülillah,

Təhlil: La ilahə illəllah,

Təkbir: Allahü əkbər, deməkdir.

Peyğəmbər əfəndimiz Zilhiccənin ilk on günündə edilən əməllərin, digər aylarda edilən əməllərdən daha qiymətli olduğunu bildirəndə, Əshabi-kiram, “Ya Rəsulallah, bu ayın ilk günləri edilən əməllər, Allah yolundakı cihaddan da daha qiymətlidir?” dediklərində, “Bəli, cihaddan da qiymətlidir; ancaq canını, malını əsirgəmədən hərbə gedib şəhid olanın cihadı daha qiymətlidir” buyurdu. (Buxari)

Həzrəti Əbüddərda buyurdu ki:

Zilhiccənin ilk doqquz günü oruc tutulmalı, çox sədəqə verilməli, çox dua və istiğfar edilməlidir; çünki Rəsulullah, “Bu on günün xeyir və bərəkətindən məhrum qalana təəssüflər olsun” buyurdu. Zilhiccənin ilk doqquz günü oruc tutanın ömrü bərəkətli olar, malı çoxalar, övladı bəlalardan mühafizə olar, günahları bağışlanar, yaxşılıqlarına qat-qat savab verilər, ölərkən asan can verər, qəbri işıqlanar, Cənnətdə yüksək dərəcələrə qovuşar. (Şirə)

Hər həftə saç, saqqal, dırnaq kəsmək sünnətdir. İbni Abidin həzrətləri, "Zilhiccə ayının ilk on günü, bu sünnətləri gecikdirməməli. “Qurban kəsəcək kimsə, Zilhiccə ayı girincə, saçını və dırnağını kəsməsin” hədisi-şərifi əmr deyil. Bunları, qurban kəsənə qədər gecikdirmək müstəhəbdir, buyurmuşdur. Qurban kəsəcək kimsənin, Zilhiccə ayının ilk günündən qurban kəsənə qədər, saçını, saqqalını, bığını və dırnağını kəsməməsi müstəhəbdir; lakin vacib deyil. Bunları kəsməsi günah olmaz və qurban savabı azalmaz.

Bu on gün içində bir xəstə ziyarət edən, Haqq təalanın dostları olan qulların xatirini soruşmuş və ziyarət etmiş kimi olar. Bu on gün içində Əhli sünnətə uyğun bir kitab oxumaq çox savabdır. Din elmini, Əhli-sünnət etiqadını öyrənmək qadın kişi hər kəsə fərzdir. Uşaqlara öyrətmək birinci vəzifədir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину