İlk əvvəl diz boyu çuxur qazılır. Qurbanın gözləri təmiz bir parça ilə bağlanır. Qibləyə tərəf dönmüş olaraq sol yanı üstə yatırılır. İki ön və bir arxa ayağı birlikdə bağlanılır. Üç dəfə bayram təkbiri oxunur. Sonra “Bismillahi Allahü əkbər” deyərək boğazının hər hansı bir yerindən kəsilir. Yemək borusu, hava borusu və iki yanda qan damarı vardır. Bu dörd borudan üçü bir anda kəsilməlidir.
В корзине: 0 шт.
на сумму: 0