Facebook Twitter WhatsApp

Qurban nə vaxta qədər kəsilə bilər

Sual: Qurban nə vaxta qədər kəsilə bilər?

CAVAB

Maddələr halında bildirək:

  • Qurban, bayramın ilk günü bayram namazından etibarən üçüncü günü, günəş batana qədər kəsilir. Cümə namazı qılınmayan kiçik kəndlərdə fəcrdən (dan yeri ağarmadan, gün çıxmadan) sonra bayram namazından əvvəl də kəsilə bilər. Gecə qurban kəsmək caiz isə də məkruhdur. Şafiidə, bayramın dördüncü günü də kəsilə bilər.
  • Nafilə, əqiq və nəzir heyvanı hər vaxt kəsilə bilər, amma bayramda kəsilməsi yaxşı olar.
  • Bayram cümə gününə rast gəlsə də yenə qurban bayram namazı qılındıqdan sonra kəsilir.
  • Qurban Bayramının üçüncü günü kasıb olacağını və ya səfərə çıxacağını bilənə, bayramın birinci və ikinci günü qurban kəsmək vacib deyilsə də, kəsərsə vacib olaraq əda etmiş olar.
  • Kasıb bayramın ilk günü qurban kəsdikdən sonra, 3-cü günü zəngin olsa yenidən kəsməsi lazım deyil. Vacibi yerinə gətirmiş sayılır. 3-cü günü zəngin olacağını bilənin də ilk günü qurban kəsməsi caizdir.

Sual: Gecə qurban kəsmək caizdir?

CAVAB

Məkruhdur. Ehtiyac və ya zərurət olmadan kəsilməz. Gündüz kəsmə imkanı tapa bilməmişsə, sabah kəsmə imkanı da yoxdursa, gecə kəsmək caiz olar.

Qurban, üçüncü günü axşam namazının azanına qədər kəsilir. Daha sonra kəsilməz. Birisi bu vaxta qədər hər hansı bir səbəblə kəsə bilmədiyi qurbanı kəsə bilmək üçün Şafii məzhəbini təqlid edərək gecə və ya sabahısı gün, yəni dördüncü gün də kəsə bilər. Belə vəziyyətlərdə məkruh da olmaz. Ancaq, bir ehtiyac olmadan Şafii məzhəbini təqlid edə bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину