Sual: Həzrəti İbrahim niyə oğlunu qurban kəsmək istədi?
CAVAB
İbrahim əleyhissəlam söylədi ki, Allahu təala ona bir oğul övladı versə, onu Allah üçün qurban kəsəcək. Arzusu gerçəkləşdikdə sözünü yerinə yetirməsi yuxuda bildirildi.
Həzrəti İbrahim sözünün üstündə durub oğlunu qurban kəsmək istədi. Cənabı Haqq “İbrahim həqiqətən də yuxusuna sadiqlik göstərdi. Əlbəttə ki, bu açıq-aydın bir sınaqdır. Oğlunun əvəzində ona böyük bir qurbanlıq qoç fidyə verdik. Ehsan sahiblərini belə mükafatlandırarıq” buyurdu.
Həzrəti İbrahim Nemrud tərəfindən oda atıldıqda canı ilə, Həzrəti İsmayılı qurban etmək əmri verildikdə övladı ilə, düzənlikləri əhatə edən bütün sürülərini bağışlamaqla da var-dövləti ilə sınağa çəkildi. Hər üç sınaqdan qalib çıxdı. Qurani-kərimdə “Sözünün üstündə duran İbrahim” deyə tərifləndi.
Bu cür sözünün üstündə durmaq böyük bir fəzilətdir. Qurani-kərimdə sözünün üstündə duranlar təriflənir:
“Möminlər arasında Allaha verdiyi vədlərə əməl edən çoxlu insanlar var.” [Ahzab 23]
“Əlbəttə, İbrahim sadiq bir Peyğəmbərdir”. [Məryəm 41]
“İsmayıl sözünə sadiq rəsul bir nəbi idi”. [Məryəm 54]
Hədisi-şərifdə isə buyuruldu ki:
“Düzgünlük yaxşılığa, yaxşılıq isə Cənnətə aparar. İnsan düzgünlük ilə Allah qatında salehlərdən yazılar.” [Müslim]
Həzrəti İbrahim Cənabı Haqqın göndəriyi qoçu qurban kəsdi. Peyğəmbər əfəndimiz Əshabı kirama buyurdu: “Qurban kəsmək atanız İbrahimin sünnətidir.” (Hakim)
Dinən zəngin sayılmayan bir şəxsin borcu yoxdursa, imkanı da çatarsa qurban kəsməsi çox yaxşı olar. Hədisi-şərifdə “Bayramda qurban kəsməkdən daha fəzilətli bir əməl yoxdur. Ancaq sılayi-rəhm bundan müstəsnadır” buyuruldu. (Tabərani)
Həzrəti İsmayıl və qurban
İbrahim əleyhissəlam oğlu Həzrəti İsmayılın qamətindəki gözəlliyi və kamilliyi görəndə ata sevgisi ilə oğluna qarşı məhəbbəti oyanır. Bu hüzur və rahatlıq içində yatır və yuxuda oğlu Həzrəti İsmayılı qurban kəsərkən görür. Xanımı Həzrəti Həcərin yanına gedib:
-Ey Həcər, gözümün nuru oğlum İsmayıla ən yaxşı geyimini geyindir, saçını dara. Onu bir dostumun ziyarətinə aparacağam, bir bıçaq və kəndir də gətir.
-Bıçaqla, kəndirlə bu necə qonaqlığa gedişdir?
-Bəlkə Allahu təala bizə bir qoyun verər.
İblis bunu eşidən kimi, mənə iş çıxdı deyərək Həzrəti Həcərin yanına gedir.
-Ey Həcər, İbrahim İsmayılı hara apardı?
- Ziyarətə.
- Xeyir, qurban kəsməyə...
- Bu necə olar? Ata oğlunu qurban kəsərmi?
- Amma “ Rəbbim əmr etdi” deyir.
- Əgər Allahu təala əmr etmişsə, Ona min can fəda olsun.
İblis bu dəfə də Həzrəti İbrahimin yanına gedib deyir ki:
- Oğlunu hara aparırsan?
-Ziyarətə.
- Xeyir, qurban kəsəcəksən, o yuxu şeytana xasdır.
- Xeyir, gördüyüm yuxu Rəhmani idi.
- Oğlunu kəsməyə ürəyin razıdırmı?
- Ey məlun, bunu dəqiq bil ki, dünyada olan hər kəs övladım olsaydı və Rəbbim mənə onların hamısını qurban kəsməyi əmr etsəydi, hamısını qurban kəsərdim.
Şeytan Həzrəti İbrahimdən ümidini kəsib Həzrəti İsmayılın yanına gəlir:
- İsmayıl, hara belə?
- Ziyarətə.
- Xeyir, atan səni kəsəcək.
- Məni nə üçün kəsəcək?
- “Rəbbim əmr etdi” deyir.
- Əgər Allahu təala əmr etmişsə, min canım dosta fəda olsun.
İblisin vəsvəsəsi bitmədikdə Həzrəti İsmayıl atasına deyir ki:
- O, məni narahat edir.
- Ona daş at, uzaqlaşsın.
Daş atıb Minaya gələndə Həzrəti İbrahim oğluna deyir ki:
- Əziz balam, başımıza bəla gəldi. Bilmirəm niyə had cəzasına layiq oldun?
- Əziz ata, bu sözdən qan iyi gəlir.
- Oğlum, yuxuda səni boğazladığımı görürdüm. Nə deyirsən? (Səffat 102)
- İnsan məzəmmət qamçısını yeməyənə qədər yerindən tərpənməz. Ata, sənə nə əmr edilirsə, onu et, inşaallah məni səbr edənlərdən görərsən. Başımı vermək mənim üçün bir an çəkər. Amma öz əlinlə oğlunu qurban kəsmək sənə çətin və ağır gələ bilər. Üç arzum var:
- Birincisi: Əllərimi və ayaqlarımı bərk bağla!
- Dostun yanına gedərkən ağlayıb, fəryad qoparmaq olmaz, oğlum.
- Bəlkə qırtlağım xəncərinə dözə bilməz, əlimi, ayağımı tərpədib səni incidərəm.
- İkincisi: Məni üzü aşağı yatır, üzümü görmə, mən də sənin üzünü görməyim ki, bəlkə həyəcanlanaram, sənin atalıq sevgin oyanar, ikimiz də əmri yerinə yetirərkən səhv edərik.
- Üçüncüsü: Anam məni görməyəndə dözə bilməz, ona təsəlli ver və yaxşılıq et.
Mələklər də ağlamışdır
Həzrəti İsmayıl ağlayarkən mələklər də ağlayır. Atası bıçağı onun boğazına qoyanda oğlu gülür.
-Körpə balam, sən bu vəziyyətdə olarkən niyə gülürsən?
- Gördüm ki, üzərində Bəsmələ yazılmış, dostun adı yazılmış bıçaq necə kəsir?
Həzrəti İbrahim bütün gücü ilə bıçağı vurur, bıçağın ağzı fırlanır və kəsmir. Hirslənib bıçağı yerə çırpır. Bıçaq Allahu təalanın əmri ilə dilə gəlib deyər ki:
-Mənə nə üçün qəzəblənirsən? Sənə kəs, deyə əmr edən, mənə də kəsmə, deyə əmr edir.
- Həmin an bu lütf nidası olur:
“Ey İbrahim, həqiqətən, yuxuna sadiq oldun. Yaxşı əməlləri olanları bu cür mükafatlandırarıq. Bu açıq bir sınaq idi. Oğlunun əvəzində ona böyük bir qurbanlıq qoç fidyə verdik”
Həzrəti İbrahim göydən enən qoçu görəndə oğlunun iplərinin açıldığını gördü.
-Körpə balam, iplərini kim açdı?
-Məni ölümdən xilas edən dost iplərimi açdı.
-Ey oğul, indi dua et, nə istəsən Allahu təala qəbul edər.
Həzrəti İsmayıl belə dua etdi:
“Ey Rəbbim, qiyamət günündə mömin olan hər kəsi məğfirət eylə!”
“Bütün möminləri məğfirət etdim və bağışladım” müjdəsi gəldi.
( R. Nasihin)
Qurban kəsilən İsmayıl əleyhissəlamdır
Sual: Bəzi şəxslər “qurban kəsilmək istənilən adam İshaq əleyhissəlamdır” deyirlər. Bunun bir əsası vardırmı?
CAVAB: Yəhudilərin əlindəki uydurma Tövratda qurban kəsilmək istənilən adamın həzrəti İshaq olduğu bildirilir. Halbuki, əllərindəki Tövratın səhv, uydurma olduğunu Qurani-kərim xəbər verir. Qurani-kərim qurbanlığın İsmayıl əleyhissəlam olduğunu göstərir. Səffat surəsinin yüzüncü və sonrakı ayətlərində məalən:
“Ya Rəbbim! Mənə xeyirli bir oğul ver. Biz də Ona mülayim və çox itaətkar bir oğlan verdik. Uşaq İbrahim əleyhissəlam ilə yeriyəcək çağa gələndə, İbrahim, “Ey oğlum! Yuxuda səni boğazladığımı görürəm. Sən nə deyirsən?” dedi. Ata, sənə nə əmr edilibsə, onu et! İnşaallah məni səbr edənlərdən görərsən, dedi. İkisi də Allahın əmrinə təslim olarkən İbrahim oğlunu üzü üstə yerə yatırtdı. Bıçaq uşağı kəsmədi. Ey İbrahim! Yuxuya sadiq oldun. Yaxşı əməlləri olanları biz belə mükafatlandırarıq, dedik. Bu iş açıq-aydın bir sınaq idi. Oğlunun əvəzində kəsilmək üçün bir qoç verdik. Bundan sonra Ona salehlərdən İshaqı peyğəmbər olaraq müjdələdik. Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşılar da, nəfsinə zülm edənlər də vardır” buyuruldu.
Bu ayəti kərimələr qurban kəsilənin İsmayıl əleyhissəlam olduğunu açıq bildirir. Çünki İbrahim əleyhissəlam, Rəbbim mənə əmr etdiyi yerə gedərəm deyərək hicrət edərkən, əvvəl İsmayıl əleyhissəlam, sonra İshaq əleyhissəlam ehsan edildi.
Mirati Məkkə kitabında deyilir ki:
“Ömər bin Əbdüləziz həzrətlərinin zamanında Yəhudi xaxamlarından biri müsəlman oldu. Xəlifə ona:
-Ey xəlifə, Yəhudilər həzrəti İsmayılın qurban olunduğunu bilirlər. Lakin İsmayıl əleyhissəlam, Muhamməd əleyhissəlamın əcdadı olduğu üçün öz əcdadından olan İshaq əleyhissəlamın qurban olunduğunu söyləyirlər, dedi.”
İbni Abidin həzrətləri buyurur ki:
“Müsəlmanların gərəksiz dini biliklərdən danışmaları düzgün deyil. İsmayıl daha üstündür, yoxsa İshaq? Qurban kəsilmək istənən hansıdır? Həzrəti Aişə daha üstündür ,yoxsa həzrəti Fatimə deyə, soruşmamalıdırlar. Bunları öyrənmək lazım deyil. Alahu təala bunları öyrənməyi əmr etmədi.”
В корзине: 0 шт.
на сумму: 0