Facebook Twitter WhatsApp

Səfəri olmaq və qurban

Sual: Qurban bayramında səfərə çıxacaq şəxs necə hərəkət etməlidir?

CAVAB

Maddələrlə bildirək:

1- Zəngin bir şəxs bayramın birinci, ikinci və ya üçüncü günü qurban kəsib səfərə çıxsa, vacibi yerinə yetirmiş olur. Üçüncü günü səfərdən qayıtsa da, yenidən qurban kəsməsi lazım deyil. 

2- Qurban bayramının üçüncü günü yoxsul olacağını və ya səfərə çıxacağını bilən şəxsə, birinci günü qurban kəsmək vacib deyil.

3- Qurban kəsmədən səfərə çıxan zəngin, səfərdə olarkən qurban kəsmiş olsa belə, kəsdiyi qurban nafilə olduğu üçün bayramın üçüncü günü vətəninə qayıdıb mükim olarsa, ona yenidən qurban kəsmək vacib olar.

4- Bir zəngin qurban kəsmək niyyətilə qoyun aldıqdan sonra səfərə çıxsa, bayramın üçüncü günü də səfərdə olsa, vəkalət verib o qoyunu kəsdirməsi lazım olmaz, yəni səfəri olduğu üçün qurban kəsməsi vacib olmur. Amma yenə də kəsdirərsə, yaxşı olar, çox savab qazanar, Siratdan keçər. Bu baxımdan, zəngin olan şəxsin savabdan məhrum qalmaması üçün səfərdə də qurban kəsməsi yaxşı olar.

5- Səfərə çıxarkən qurbanını kəsməyə vəkil təyin edən zəngin şəxs, getdiyi yerdə mükim olsa, vəkilin kəsdiyi heyvan vacib olur, çünki bu zəngin mükimdir və vəkalətlə istədiyi şəhərdə qurban kəsdirə bilər. Özü olduğu yerdə də kəsdirə bilər.
6- Səfəri olan vəkil, vəkalətlə mükim olan şəxsin qurbanını kəsə bilər, vəkilin səfəri olmasının əhəmiyyəti yoxdur.

7- Həccə gedən şəxs Məkkədə 15 gündən artıq qalıb, mükim olduğuna görə,  ona vacib olan bayram qurbanını telefon vasitəsilə vətənindəki dostuna vəkalətlə kəsdirə bilər. Lakin, ümumiyyətlə Məkkədə 15 gündən az qalınır,  səfəri sayılmırlar. Səfəri olanın bayram qurbanını kəsməsi lazım deyil. Kəsilməli olan şükür qurbanını isə, Hərəmdə kəsməsi lazımdır. Vəkalətlə Azərbaycanda və ya başqa bir yerdə kəsdirə bilməz.

8- Səfərdə olan zəngin Qurban bayramının üçüncü günü vətəni-əslisi olan şəhərdən transit geçsə, şəhər kiçik olsa və içindən keçsə, qurban kəsməsi vacibdir. Əgər böyük şəhərdisə, evləri ilə şəhərlərarası yol arasında qəbiristanlıq, fabrik, kazarma, çay, dəniz, xırman, futbol meydançası kimi yerlər varsa, bu zaman öz vətəni-əslisinə  girməmiş olur, qurban kəsməsi vacib olmur.

 

Səfərdə olarkən qurban kəsmək

Sual: Evli olub və uzun illər ailəsi ilə birlikdə xaricdə yaşadığı şəhərdə qalan şəxs, burada ömürlük yaşamağı düşünmürsə, bayramlarda buradan doğulub evləndiyi yerə 15 gündən az müddətə gedib orada qurban kəssə, kəsilən qurbanlar vacib qurban olarmı?

CAVAB

Bir günlük də getsə, oranda mükim olduğu üçün kəsdiyi qurban da vacib olur.

Öz ölkəsində qurban kəsmək

Sual: Çox adam Qurban bayramında öz ölkəsinə gedib qurban kəsir. Onlar yaşadıqları şəhərə məskunlaşmağa niyyət etmişlərsə, bayram münasibətilə öz ölkələrinə gedib qurban kəssələr vacib olan qurban borcundan çıxmış olarlarmı?
CAVAB

Səfərə çıxana qurban kəsmək vacib deyil. Əgər kəsərsə, yaxşı olar. Kəsməsə də günah olmur.

Başqa şəhərdə yaşayana qurban kəsdirmək

Sual: Vətəni-əslimiz Bakıdır. Xanımım nisab miqdarına sahib olduğu üçün qurban kəsməsi vacibdir. Bayramda Göyçaya gedirik. Göyçayda qurban kəsdirmək üçün bir nəfərə vəkalət verdik, lakin T Göyçayda səfəri oluruq. Vacib savabı qazanmaq üçün nə etməliyik?

CAVAB

Göyçayda qurban kəsilərkən Bakıda olsanız, yəni mükim olsanız, qurban kəsməyiniz vacib olar. Telefonla öyrənə bilərsiniz, əgər kəsdik deyilərsə, buradan hərəkət edə bilərsiniz.

Vətəni-əslidən keçmək

Sual: Səfərdə olan zəngin şəxs, Qurban bayramının üçüncü günü vətəni-əslidən keçərsə, qurban kəsməsi vacibdirmi?

CAVAB

Əgər kiçik şəhərdirsə, oradan keçirsə, qurban kəsmək vacibdir.  Böyük şəhərdirsə, evləri ilə şəhərlərarası yol arasında qəbiristanlıq, fabrik, kazarma, çay, xırman, futbol meydançası kimi yerlər varsa, o zaman vətəni-əslisinə girməmiş olar, qurban vacib olmaz.

 

Malikini təqlid edən

Sual: Namazda Malikini təqlid edən zəngin bir şəxs, 10 gün qaldığı yerdə qurban kəsməsi lazımdırmı?

CAVAB

Qurbanda təqlid edilmir. Hənəfidə 10 gün getdiyi yerdə qalan səfəri olur, qurban kəsməsi lazım olmur.

Sual: Zəngin bir şəxs bayramın ilk günü qurban kəsmədən səfərə çıxsa, günaha girərmi?

CAVAB

Xeyir.

Nafilə olsa da qurban kəsilməlidir

Sual: Zəngin bir şəxs, qurban kəsmək niyyətilə qoyun alıdıqdan sonra səfərə çıxsa, bayramın üçüncü günü də səfərdə olsa, vəkalət verib həmin qoyunu kəsdirməlidirmi?

CAVAB

Kəsdirmək lazım deyil, yəni səfərdə olduğu üçün qurban kəsməsi vacib olmur. Amma nafilə olsa belə, alınan qurbanı kəsmək çox savabdır. Siratdan keçirər. Bu baxımdan zəngin olan şəxsin savabdan məhrum qalmaması üçün səfərdə də olsa, qurban kəsməsi yaxşı olar. Özü kəsə bilmirsə, kəsə bilən birinə vəkalət verib kəsdirə bilər.

 

Səfəri olan vəkil
Sual: Səfəri olan vəkil, vəkalət yolu ilə qurban kəsə bilərmi?

CAVAB

Kəsə bilər, vəkilin səfəri olmasının əhəmiyyəti yoxdur.

 

Sual: Həcc ziyarəti üçün Məkkəyə gedənlərə bayram qurbanı kəsmək vacibdirmi?

CAVAB

Həcc ziyarəti üçün Məkkəyə gedənlər, əgər Məkkədə 15 gündən az qalmağa niyyət etmişdirlərsə, səfəri sayılırlar, qurban kəsmələri vacib olmur. Məkkədə 15 gündən artıq qalmağa niyyət edənlər isə burada mükim olur və bayram qurbanı kəsmək də vacib olur.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину