Facebook Twitter WhatsApp

Vacib qurbanı kəsə bilməyən nə etməlidir?

Sual: Bayram qurbanını bayramda kəsə bilməyən şəxs, bayramdan sonra kəsərsə, caiz olarmı?

CAVAB

Bayram qurbanını bayramın üçüncü gününün axşamına qədər kəsə bilməyən şəxs, qurban almışdırsa, ya heyvanı diri olaraq, ya da qiymətini [qızıl olaraq] yoxsullara verməlidir. Bayramdan sonra kəsərsə, ətindən özü yeyə bilməz. Hamısını yoxsullara paylamalıdır.  Bütün ətin dəyəri diri qiymətindən az olarsa, dəyər fərqini də sədəqə verə bilər. Əgər heyvan almamışdırsa, orta ölçülü bir qurban dəyərini qızılla yoxsullara paylamalıdır. Beləliklə, cəzadan azad olunsa da, qurban kəsmək savabı qazanılmır. (Rədd-ül Muxtar)

Sual: Keçən ilin vacib qurbanını kəsə bilməyən bu il kəssə və ya bu ilki vacib qurbanı kəsə bilməyən, gələn il kəssə caiz olarmı?

CAVAB

Hər ikisi də olmaz. Orta ölçülü qurbanın dəyərini qızılla bir yoxsula vermək lazımdır.


Sual: Qurban bayranında vacib qurbanımı kəsə bilmədim. Bunun pulunu qızıl olaraq kasıb olan ərimə versəm caizdirmi?

CAVAB

Bəli, caizdir. ( İmameynin qəvlinə görə)

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину