Facebook Twitter WhatsApp

Evdə kimlər qurban kəsməlidir

Sual: İmkanı yaxşı olan bir ailə neçə qurban kəsməlidir?

CAVAB

Hər kəsin zəkat və qurban hesabı ayrıdır. Evdə nə qədər varlı varsa, hamısı  kəsər.

Zəngin olan şəxslər qurban kəsməlidir

Sual: Yaxşı gəliri olan qadın qurban kəsməlidirmi? Yoxsa əri kəssə, ona ehtiyac qalmaz?

CAVAB

Nisaba malik olan şəxsin qurban kəsməsi lazımdır. Ər-arvad zəngindirlərsə, ikisinin də kəsməsi lazımdır. Əgər yoxsuldurlarsa, hər ikisinin də kəsməsi lazım deyil. Yəni zəngin kəsər, yoxsul isə kəsmək məcburiyyətində deyil. Kəsərsə zərəri yoxdur, savab qazanar.

İşləyən qadınlar və kişilər

Sual: İşləyən qadınların və kişilərin qurban kəsməsi məcburdurmu?

CAVAB
Qurban nisabına malik olan şəxslərin qurban kəsməsi lazımdır, işləməklə əlaqəsi yoxdur. Kasıb bir şəxsin xanımının 100 qram bilərziyi olsa, əgər borcu yoxdursa, bu qadının qurban kəsməsi vacibdir. Əksinə, avtomobili, evi olan adamın pulu nisaba çatmırsa, kəsməz.

 
Sual:
Varlı ailəsi olan bir tələbə də qurban kəsməlidirmi?

CAVAB

Xeyir, varlı olan hər kəs özü kəsməlidir. Valideynlərin var-dövləti ilə deyil.

Dinən zəngin olan qurban kəsər

Sual: Bir evdə ər-arvad, oğul və qız övladı var. Onlar 4 qurban kəsdirmək istəyirlər. Evin kişisi bu dörd nəfərin adından necə vəkalət verməlidir?

CAVAB

Hamısı zəngindirlərsə, hamısının qurban kəsməsi lazımdır. Əgər hamısı yoxsuldursa, heç birinin kəsməsi lazım deyil. Bəzisi yoxsul, bəzisi zəngindirsə, zəngin olanlar kəsməlidir. Yoxsullar da kəssə, zərəri yoxdur. Hamısı birinə vəkalət verə bilər.

 

Kəsmək yaxşı olar

Sual: İllərdir atam ona vacib olmadığı halda, uşaqlarım işləyir deyərək özünə qurban kəsmişdir. “Ananız üçün heç vaxt qurban kəsməmişəm, bu dəfə də onun üçün kəsək”, deyir. Anama da vacib deyil. Bu düzgündürmü?

CAVAB

Atanıza vacib deyilsə, ananız üçün nafilə olaraq kəsilə bilər. Zərəri yoxdur, yaxşı olar.
Sual: Aylıq gəliri az olan ər-arvad qurban kəsməlidirmi?

CAVAB

Aylıq gəlirin az və ya çox olmasının heç bir fərqi yoxdur. Əgər bir insan nisabdan yuxarı maaş alırsa, lakin maaşı xərcləyib əlində pulu qalmasa, zəkat da verməz, qurban da kəsməz. Nisabdan aşağı maaş alan şəxsin əlində 96 qram qızıl dəyərində pulu və ya bilərziyi varsa, borcu da yoxdursa, zəngin sayıldığı üçün həm zəkat verər, həm də qurban kəsər.
İkinci bir məqam ondan ibarətdir ki, dinə görə qadınla kişi bir-birindən ayrıdır, hər kəs özü üçün qazanır. Tutaq ki, qadının 100 qram qızılı varsa, borcu da yoxdursa, dinə görə zəngindir, zəkat verməli və qurban kəsməlidir.
Bayram günü mövcud puldan borclar silinir, sonda əlində nisaba yetəcək qədər pulu olan zəngin sayılır və qurban kəsməlidir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину