Facebook Twitter WhatsApp

Yoxsul və qurban

Sual: Qurban bayramının üçüncü günü yoxsullaşacağını bilən varlı şəxs, qurban kəsib üçüncü günü yoxsullaşarsa, vacib savabı qazanarmı?

CAVAB

Bəli, varlı ikən kəsdiyinə görə vacib savabı qazanır. Qurbanını birinci gün kəsib səfərə çıxsa belə, yenə də vacib savabı qazanır. Çünki qurban kəsəndə həm zəngin, həm də müqim idi.

Sual: Qurbanın üçüncü günü zəngin olacağını bilən yoxsul, birinci günü qurban kəsib üçüncü günü varlanarsa, yenidən qurban kəsməlidirmi? Birinci günü kəsdiyi vacib olurmu?

CAVAB

Bəli, birinci günü kəsdiyi vacib olur, yenidən kəsməsi lazım deyil. Üçüncü günü zəngin olmazsa, kəsdiyi qurban nafilə ibadət olur.
Sual: Yoxsul bir insan bayramın birinci günü bir qurban kəsib, üçüncü günü varlansa, bir qurban da artıq kəsməlidirmi?

CAVAB

Bəli, kəsməlidir. Çünki varlanacağını bilmir, əgər bilsəydi kəsmək lazım olmazdı. Lakin sonradan gələn alimlər “Yoxsul bayramın birinci günü qurban kəsib üçüncü günü zənginləşsə, yenidən qurban kəsməsi lazım deyil” söyləmişlər.  (İbni Abidin)

Sual: Yoxsul insanın bayramda qurban kəsməsi düzgündürmü?

CAVAB

Borcu olmayan yoxsul qurban kəsərsə, çox savab qazanar. Borcu vardırsa, əvvəlcə borcunu verməlidir. Çünki borcu ödəmək fərzdir. Bu baxımdan yoxsulun borc alaraq qurban kəsməsi doğru deyildir.
Sual: Qurban nisabına malik olmayan yoxsullar, qurban niyyəti ilə heyvan alıb kəsə bilərmi?

CAVAB

Bəli. Qurban niyyəti ilə alıb kəsməyin zərəri yoxdur. Kəsdiyi nafilə olar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину