Facebook Twitter WhatsApp

Birə yeddi yüz qat savab

Sual: Edilən yaxşılıqlara və ibadətlərə görə ən çox nə qədər savab verilir?

CAVAB

Allah rizası üçün edilən yaxşılıqların, sədəqələrin, zəkatların əvəzini verənin ixlas dərəcəsinə görə birə on, birə yeddi yüz, hətta daha artıq olur. Qurani-kərimdə məalən buyurulur ki:

“Malını Allah yolunda sərf edən şəxslərin vəziyyəti, yeddi sünbül əkən və hər sünbüldə də yüz ədəd toxum olan bənzəyər. Allahu təala istədiyinə daha da artıq verər. O, vasi və alimdir.] [Bəqərə 260 ]
[Vasi, güc və qüdrət sahibidir, ehsan etdiyi şeylər Ona darlıq verməz.

Alim, hər şeyi olduğu kimi, həqiqəti və mahiyyəti ilə biləndir. O, infaq edənin niyyətini, səmimi olub-olmamasını və infaq gücünü bilir.

İnfaq, xərcləmək, ehtiyacları ödəməkdir.]
Hədisi-şəriflərdə isə buyuruldu ki:

“Bir yaxşı əmələ on qatdan yeddi yüz qata qədər savab verilər. Ancaq orucdan başqa, Allahu təala, onun mükafatını mən [sorğu-sualsız] verəcəyəm, buyurdu.” [İbni Hüzeymə ]
“Rəbbiniz rəhimdir. Bir yaxşılıq etmək istəyib, lakin gücü çatmayana bir savab verər. Yaxşılıq edənə isə on qatdan 700 qata qədər və ya daha da artıq savab yazar. Pislik etmək istəsə, amma etməsə bir savab, edərsə bir günah yazar.” [Tabərani]
Allahu təalanın rəhməti və mərhəməti boldur. Bir zərrə qədər yaxşılığa dağ qədər savab verər. Mülk Ona məxsusdur, istədiyinə istədiyi qədər bəxş edər. Heç kim Onu ittiham edə bilməz. 
Savabların və günahların miqdarını, səmaların böyüklüyünü, axirətdəki məsafələr və zamanları, dünyanın yaradılışını, məxluqatın sayını göstərən rəqəmlər kəmiyyət sayını göstərmək üçün deyil, kəmiyyətin çoxluğunu bildirmək üçündür.

 

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину