Facebook Twitter WhatsApp

Peyğəmbər Əfəndimiz -HƏZRƏTİ MUHAMMƏD (əleyhissəlam)

   Allahü təalanın Rəsuludur, Həbibidir (sevgili). Peyğəmbərlərin ən üstünü və sonuncusudur. Atası Abdullahdır. Miladın beş yüz yetmiş birinci [571] ili aprel ayının iyirmisinə təsadüf edən, Rəbiül-əvvəl ayının on ikinci bazar ertəsi gecəsi, səhərə yaxın, Məkkədə təvəllüd etdi. Atası daha öncə vəfat etmişdi. Altı yaşında ikən anası, səkkiz yaşında ikən babası öldü. Sonra əmisi Əbu Talibin yanında böyüdü. İyirmi beş yaşında ikən Xədicə-tül-kübra ilə evləndi. Bundan dörd qızı, iki oğlu oldu. İlk oğlunun adı Qasım idi. Buna görə Ona “Əbül-Qasım” (Qasımın atası) da deyilir. Qırx yaşında ikən bütün insanlara və cinlərə Peyğəmbər olduğu bildirildi. Üç il sonra hər kəsi imana çağırmağa başladı. Əlli iki yaşında ikən bir gecə Məkkədən Qüdsə və oradan göylərə aparılıb gətirildi. Bu səfərinə “Mirac” deyilir. Miracda Cənnətləri, Cəhənnəmləri və Allahü təalanı gördü. Beş vaxt namaz bu gecə fərz oldu. Tarixçilərə görə miladın 622-ci ilində, Allahü təalanın əmri ilə Məkkədən Mədinəyə getdi. Bu səfərinə “Hicrət”  deyilir. Mədinə şəhərinin Kuba kəndinə gəldiyi Rəbiüləvvəl ayının səkkizinci bazar ertəsi gününə təsadüf edən sentyabr ayının iyirminci günü müsəlmanların “Hicri şəmsi” tarix başlanğıcı oldu. Müsəlmanların “Hicri qəməri” illəri də o ilin Məhərrəm ayından başlayar və göydəki ayın dünya ətrafında on iki dəfə dönməsi ilə bir qəməri il olar. Hicri 11 (m. 632) ildə, Rəbiül-əvvəl ayının on ikinci bazar ertəsi günü, günortadan əvvəl vəfat etdi. Çərşənbə axşamını çərşənbəyə bağlayan gecə (Çərşənbə gecəsi) yarısı, vəfat etdiyi otaqda dəfn edildi. Vəfat etdiyi zaman qəməri 63, şəmsi ilə görə 61 yaşında idi.

   Muhamməd-əleyhissəlam ağbəniz idi. Bütün insanların ən gözəli idi. Gözəlliyini hər kəsə bildirməzdi. Onun gözəlliyini bir dəfə görən, hətta yuxuda görən kimsənin ömrü ləzzət və sevinc ilə keçər. O, hər zamanda, dünyanın hər yerində olan və gələcək olan hər insandan hər baxımdan üstündür. Ağlı, fikri, gözəl xasiyyətləri, bütün orqanlarının qüvvəti hər insandan üstün idi. Uşaq ikən iki dəfə ticarət edənlərlə Şam tərəfə getdi və Busra deyilən yerdən geri döndülər. Başqa heç bir zaman heç bir yerə getmədi. Ümmi idi. Yəni heç məktəbə getmədi, heç kimdən dərs almadı. Lakin hər şeyi bilirdi. Yəni hər nəyi düşünsə, hər nəyi bilmək istəsə, Allahü təala Ona bildirirdi. Cəbrail-əleyhissəlam adlı mələk gəlib Ona hər istədiyini söyləyirdi. Mübarək qəlbi günəş kimi nur saçırdı. Onun saçdığı elm, mərifət nurları radio dalğaları kimi yerlərə, göylərə, hər yerə saçılırdı.  İndi qəbrindən də yaymaqdadır. Yayma qüvvəti hər an artmaqdadır. Elektromaqnit dalğaları almaq üçün radio lazım olduğu kimi, Onun nurlarını almaq üçün də, Ona inanan və sevən, göstərdiyi yolda gedərək təmizlənən qəlb lazımdır. Belə qəlbi olan insan, bu nurları alar və bu da ətrafa nəşr edər, yayar. Belə böyük insanlara “Vəli” (övliya) deyilir. Bu Vəlini tanıyan, inanan və sevən adam onun qarşısında ədəblə oturar və ya uzaqda, onu ədəb ilə, sevgi ilə düşünərsə, bu kimsənin də qəlbi, nur, feyz almağa, təmizlənməyə, yetkinləşməyə başlayar. Allahü təala bədənimizi, maddəmizi yetişdirmək üçün günəş enerjisini səbəb qıldığı kimi ruhlarımızı, qəlblərimizi yetkinləşdirmək, insanlıqda yüksəltmək üçün də Muhamməd -əleyhissəlamın qəlbini, oradan yayılan nurları səbəb qılmışdır. İnsanı bəsləyən, quruluşunu və enerjisini təmin edən bütün qida maddələri, günəş enerjisi, assimilyasiya etmə ilə hasil olduqları kimi qəlbə, ruha qida olan Övliyanın söhbətləri, sözləri, yazıları da həmişə Rəsulullahın mübarək qəlbindən yayılan nurlarla hasil olmuşdur.

   Allahü təala, Cəbrail-əleyhissəlam adında bir mələk ilə Muhamməd əleyhissəlama “Qurani-Kərim”i göndərdi. İnsanlara dünyada və axirətdə lazımlı, faydalı olan şeyləri əmr etdi. Zərərli olanları qadağan etdi. Bu əmrlərin və qadağanların hamısına “İslam dini” və ya “İslamiyyət”  “Əhkami-ilahiyyə” deyilir.

   Muhamməd-əleyhissəlamın hər sözü doğrudur, qiymətlidir, faydalıdır. Belə olduğuna inanan kimsəyə “Mömin” və “Müsəlman” deyilir. Muhamməd-əleyhissəlamın sözlərindən birinə inanmayan, bəyənməyən kimsəyə “kafir” deyilir. Allahü təala mömin olanı sevər. Cəhənnəmdə sonsuz olaraq saxlamaz və ya Cəhənnəmə heç atmaz, yaxud günahları üçün atsa da, sonra Cəhənnəmdən çıxarar. Kafir olan kimsə Cənnətə girə bilməz. Birbaşa Cəhənnəmə girər və oradan heç çıxmaz. Ona inanmaq, Rəsulullahı sevmək bütün səadətlərin, rahatlıqların, yaxşılıqların başıdır. Onun Peyğəmbər olduğuna inanmamaq isə bütün fəlakətlərin, dərtlərin, yamanlıqların başıdır.

   Rəsulullahın “sallallahü aləyhi və səlləm” elmi, mədəniyyəti, bəsirətliyi,  fəhmi, fərasətliyi, ağlı, zəkası, comərdliyi, təvazökarlığı, yumşaqlığı, şəfqəti, səbri, səy göstərməsi, mərhəməti, sədaqəti, əmanəti, şücaəti, heybəti, igidliyi, bəlağəti, fəsahəti, düzgünlüyü, məlahəti (gözəlliyi, sevimliliyi), ədalətliyi, iffəti, kərəmi, insafı, həyası, tərki-dünyalığı, təqvası bütün Peyğəmbərlərdən daha çoxdur. Dostundan və düşmənindən gördüyü zərərlərı əfv edərdi. Heç birinə qarşılıq verməzdi. Uhud qəzasında (döyüşündə) kafirlər mübarək yanağını qanadıb dişlərini qırdıqları zaman bunu edənlər üçün “Ya Rəbb! Bunları əfv etCahilliklərinə bağışla!” deyə, dua etmişdir.

   Muhamməd əleyhissəlamın gözəl xasiyyətləri çoxdur. Hər müsəlmanın bunları öyrənməsi və bunlar kimi əxlaqlanması lazımdır. Beləcə, dünyada və axirətdə fəlakətlərdən, dərtlərdən qurtulmaq və O iki cahan əfəndisinin “sallallahü aləyhi və səlləm” şəfaətinə qovuşmaq nəsib olar. Çünki Hədisi-şərifdə;“Allahü təalanın əxlaqı ilə əxlaqlanın!” buyurulmuşdur. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину