Facebook Twitter WhatsApp

Rəsula tabe olmaq (Rəsula tabe olun əmri)

Sual: “Rəsulullahın əmrləri dəyişməyəcəyi üçün, Allahü təala, “Rəsuluma tabe olun” buyurur” deyilir. Bəs, xristian dininin insanlar tərəfindən dəyişdiriləcəyini Allah bilmirdi? Elə isə niyə göndərdi?
CAVAB
Əlbəttə, Allahü təala xristianlığın dəyişəcəyini bilirdi. Bilməyən ilah ola bilərmi? Xristianlıq dəyişdikdən sonra dəyişməyəcək olan yeni bir din göndərdi. Əgər İslamiyyət də dəyişsəydi, insanların pozulmuş dinlə əməl etməsinə razı olmaz, yeni bir din göndərərdi. Buna görə də İslamiyyətin əmrləri arasında dinə zidd bir dəyişiklik axtarmaq çox yanlışdır. Qurani-kərimin izahı olan Rəsulullahın əmrlərində bir dəyişiklik yoxdur. Hədis uyduranlar olmuşsa da, bunları Əhli-sünnət alimlərinin yazdığı dinin təməl kitablarına salmamışdırlar. Allahü təala, “Quranı biz endirdik, onu Biz də qoruyacağıq” buyuraraq Qurani-kərimin dəyişməyəcəyini bildirmişdir. (Hicr 9)


Allahü təala İslamiyyəti qoruyacağına söz verdi. Digər dinləri qoruyacağına söz vermədi. Söz verdiyini, əlbəttə, qoruyur. Allah verdiyi sözdən dönməz. O halda İslamiyyət dəyişməz və dəyişdirilə bilməz. Rəsulullahın mübarək sözləri İslamiyyətdir. Rəsulullah yox sayılarsa, İslamiyyət yıxılar. Yəni Rəsulullahı yox sayanların və ya bidət əhli olanların uydurduqları din yıxılmış deməkdir. Yoxsa ki,  İslamiyyət Qiyamətə qədər davam edəcəkdir. Dininə bidət qarışdırmayan Əhli-sünnət vəl camaat etiqadında olan bir topluluq Qiyamətə qədər  var olacaqdır. Bir hədisi-şərif bu məaldədir:
“Ümmətimdən bir topluluq Allahın əmrilə Qiyamətə qədər haqq üzrə hərəkət edəcək.” [Buxari]

Məşhur hədis kitabı Mişkatda, “Ümmətimdən doğru yolda olanlar hər zaman olacaq” hədisi-şərifi də göstərir ki, bidət əhli dinimizi Qiyamətə qədər əsla poza bilməz. Satışda olan səhv kitablar çox olsa da, doğru olanları da vardır. Bunları heç kim yox edə bilməz. Bunların qoruyucusu da Allahü təaladır. (F. Bilgilər)

Deməli, Allahü təala Qurani-kərimi qoruduğu kimi, hədisi-şərifləri və doğru yazılmış din kitablarını da qoruyacaqdır. Beləliklə, İslamiyyət pozulmadan bir topluluq tərəfindən Qiyamətə qədər davam etdiriləcəkdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину