Facebook Twitter WhatsApp

Rəsulullah əfəndimizin vəfatı

Sual: Peyğəmbər əfəndimizin vəfatı necə olmuşdur, vəsiyyət etmişdirmi?
CAVAB
Rəsulullah əfəndimizin, hicrətin 11-ci ili, Səfər ayının iyirmi yeddinci günü mübarək başı ağrımağa başladı. Özündən sonra Əbu Bəkri Siddiqın xəlifə seçilməsi üçün, vəsiyyət yazdıracağını bildirib qələm gətirilməsini əmr buyurdu. Həzrəti Abdurrahman əmrlərini yerinə yetirməyə gedərkən Sonra gətirərsən, indi dursun!” buyurdu və məscidi-aləm minbərə çıxıb Əshabına nəsihət verdi və halallaşdı. Sonra, Əbu Bəkri Siddiqin üstünlüyünü, fəzilətini, ondan çox razı olduğunu bildirdi. Bir neçə gün sonra xəstəlik artdı. Ənsarı-kiram çox kədərləndi.


Həzrəti Abbasın oğlu Fadl ilə Həzrəti Əli bu halı Rəsulullah əfəndimizə xəbər verdi. Mərhəmət buyuraraq, sıxıntıya qatlanaraq və bu ikisinin qoltuğuna girib təkrar məscidi-şərifə gəlib minbərə çıxdı. Ənsara üzünü tutub buyurdu ki:

Ey Əshabım! Mənim ölümümü düşünüb təlaş edirsiniz. Heç bir peyğəmbər ümməti arasında sonsuz qaldı ki, mən də sizin aranızda sonsuz qalım? Bilin ki, mən Rəbbimə qovuşacağam. Sizə nəsihətim olsun ki, Mühacirin böyüklərinə hörmət göstərin!”

Sonra, Ey Muhacirlər! Sizə də vəsiyyətim budur ki, ənsara yaxşılıq edin! Onlar sizə yaxşılıq etdi. Evlərində saxladılar. Dolanışıqları sıxıntılı olduğu halda, sizi özlərindən üstün tutdular. Mallarına sizi ortaq etdilər. Hər kim Ənsar üzərinə hakim olsa, onların haqqına riayət etsin, qüsur edənləri olarsa əfv etsin. Allahü təala bir qulunu dünyada qalmaqla, Rəbbinə qovuşmaq arasında sərbəst buraxdı. O qul Rəbbinə qovuşmaq istədi buyurdu.

Əbu Bəkri Siddiq bu sözün nə demək olduğunu anlayıb, canımız sənə fəda olsun ya Rəsulallah! deyərək ağladı. Rəsuli-əkrəm ona, səbir və qatlanmaq lazım gəldiyini əmr etdi. Mübarək gözlərindən yaş axırdı. Ey Əshabım! Dinislamın yolunda sidq və ixlasla malını fəda edən Əbu Bəkirdən çox razıyam. Axirət yolunda dosta sahib olmaq əldə olsaydı, onu seçərdim buyurdu. Davamında lütf edərək sözə başlayıb buyurdu ki:

Ey Mühacirlər və ey Ənsar! Vaxtı bəlli olan bir şeyə qovuşmaq üçün tələsməyin faydası yoxdur. Allahü təala, heç bir qulu üçün tələsməz. Bir kimsə Allahü təalanın qəza və qədərini dəyişdirməyə, iradəsindən üstün olmağa cəhd edərsə, onu qəhr və pərişan edər. Allahü təalaya hiylə etmək, Onu aldatmaq istəyənin işləri pozular, özü aldanar. Cənnətə girmək, mənə qovuşmaq istəyən boş yerə danışmasın.
Ey Müsəlmanlar! Kafir olmaq, günah işləmək, nemətin dəyişməsinə, ruzinin azalmasına səbəb olur. Əgər insanlar, Allahü təalanın əmrlərinə itaət etsələr, hökümət başçıları, əmirlər, valilər onlara mərhəmət və şəfqət edər. Fisq, fücur, həddi aşıb, günah işləsələr onlara mərhəmətli başçılar qismət olmaz.

Mənim həyatım sizin üçün xeyirli olduğu kimi, ölümüm də xeyirlidir və rəhmətdir. Əgər birini haqsız yerə döymüşəmsə və ya birinə pis bir söz söyləmişəmsə, mənə eyni şeyi edərək haqqını alsın, birinizdən haqsız bir şey almışamsa, geri istəsin halallaşaq. Çünki, dünya cəzası axirət cəzasından çox yüngüldür. Buna qatlanmaq daha asandır.”

Rəsulullahın ölüm xəstəliyi
Xəstəlik zamanında azan oxunduqda, məscidi-şərifə çıxar və imam olub, camaat ilə namaz qılardı. Vəfatına üç gün qalmış, xəstəliyi ağırlaşdı. Artıq məscidə çıxa bilmədiyindən “Əbu Bəkrə söyləyin Əshabıma namaz qıldırsın buyurdu. Əbu Bəkri Siddiq, Rəsulullahın həyatında müsəlmanlara imam olaraq, 17 vaxt namaz qıldırmışdır. Cənazə işlərini Həzrəti Əlinin etməsini əmr buyurdu. Rəsulullahın xəstəliyi ağırlaşdı. Bazar ertəsi günü Əshabı-kiram məscidi-şərifdə sırayla durub Əbu Bəkri Siddiqin arxasında sübh namazını qılarkən, Fəxri-aləm məscidə gəldi. Özü də Həzrəti Əbu Bəkrə uyub, arxasında namaz qıldı.


Həmin gün günortadan əvvəl Cəbrayıl əleyhissalam Əzrayıl əleyhissalamla birlikdə qapıya gəlib içəri girdi. Əzrayıl əleyhissalamın girmək üçün izn gözlədiyini söylədi. Rəsulullah əfəndimiz izn verdi. Əzrayıl əleyhissalam içəri girib salam verdi. Allahü təalanın əmrini bildirdi. Rəsuli-əkrəm, Həzrəti-Cəbrayılın üzünə baxdı. O da, “Ya Rəsulallah! Mələyi-alə sizi gözləyir” dedi. Bundan  sonra “Ya Əzrayıl! Gəl, vəzifəni yerinə yetir” buyurdu. O da, mübarək ruhunu alıb, aləyı-illiyyinə apardı.

Rəsuli-əkrəmdə ölüm əlamətləri görüldükdə, Ümmi Eymən həzrətləri, oğlu Üsaməyə xəbər göndərdi. Üsamə, Ömər Faruq və Əbu Ubeydə bu acı xəbəri aldıqda, ordudan çıxıb, Məscidi-Nəbəviyə gəldilər.

Həzrəti Aişə və digər xatunlar ağlamağa başladıqda, məscidi- şərifdəki Əshabı-kiram çaşdılar. Nə olduğunu anlamadılar. Beyinlərindən vurulmuşa döndülər. Həzrəti Osmanın dili tutuldu. Həzrəti Əbu Bəkir o anda evində idi. Qaçaraq gəldi. Dərhal, hücrəyi-səadətə girdi. Fəxri-aləmin üzünü açdı, mübarək üzü və hər yeri lətif, nazif olaraq, nur kimi parlayırdı. “Ölümün də, həyatın kimi nə gözəldir ya Rəsulallah!” deyərək, öpdü, çox ağladı. Məscidə gəldi. Çaşmış halda olan Əshabı-kirama nəsihət verdi, ortalığı düzənə saldı. Rəsulullah vəfat etdikdə, Əshabı-kiramın hamısı bu dərin üzüntü ilə nə edəcəklərini bilmədilər. Üstlərinə çökən kədərdən, dəhşətdən, kiminin dili tutuldu, kimisi yerindən qalxamaz, küçəyə çıxamaz hala düşdü.

Həzrəti Əli də ayrılıq atəşindən nə edəcəyini bilmirdi. Həzrəti Ömər çaşqınlıqdan əlinə qılınc alıb, “Kim Rəsulullah öldü desə, boynunu vuraram” deyərək küçə-küçə gəzirdi. Pis niyyətli olan münafiqlər bu qarışıqlıqdan istifadə etmək istəyirdilər.
Bu qarışıqlığı görən Əbu Bəkri Siddiq məscidə gedib, minbərə çıxaraq, “Ey Rəsulullahın Əshabı! Biz Allahü təalaya qulluq edirik. O həmişə diridir. Heç vaxt ölməz. Heç bir zaman yox olmaz. Zümər surəsinin “Ey sevgili Peyğəmbərim! Bir gün gələcək, sən əlbəttə öləcəksən. Onlar da əlbəttə öləcəklər” məalindəki 30-cu ayəsini oxudu. Allahü təalanın xəbər verdiyi kimi, Rəsulullah əfəndimiz vəfat etmişdir” dedi. Belə təsirli sözlərlə nəsihət etdi.
Əshabı-kiramın çaşqınlıqları keçdi, ağılları başlarına gəldi. Hətta Həzrəti Ömər, bu ayəti-kəriməyi eşitdikdə “Bu ayə, elə yadımdan çıxmışdı ki, yeni nazil oldu sandım” buyurmuşdur.

Həzrəti Əbu Bəkir, münafiqlərin bir fəsad çıxarmaq üzrə olduqlarını, bir münafiqi xəlifə seçmək üçün toplandıqlarını sezərək, cənazə işlərini Həzrəti Əliyə həvalə edərək, xəlifə seçmək üçün görüşən Əshabı-kiramın yanlarına getdi. Görüşün sonunda, oradakıların hamısı Həzrəti Əbu Bəkri xəlifə seçdilər. Rəsulullahın vəfatının ikinci günü Həzrəti Əli də məscidə gələrək Həzrəti Əbu Bəkrə beyət etdi. Həzrəti Əbu Bəkir söz birliyi ilə xəlifə oldu.

Həzrəti Əbu Bəkir xəlifə seçildikdən sonra ertəsi gün məscidə gəlib, minbərə çıxıb buyurdu ki:
Ey müsəlmanlar! Sizin üzərinizə vali və əmir oldum. Halbuki, sizin ən yaxşınız deyiləm. Əgər yaxşılıq etsəm mənə kömək edin. Pis iş görsəm, mənə doğru yolu göstərin! Doğruluq əmanətdir. Yalançılıq xəyanətdir. Sizin zəifiniz məncə çox dəyərlidir. Onun haqqını qurtararam. Qüvvəsinə güvənən isə, məncə zəifdir. Çünki, ondan başqasının haqqını alaram. Heç biriniz cihadı tərk etməsin, cihadı tərk edənlər zəlil olar. Mən Allaha və Rəsuluna asi olub, doğru yoldan çıxsam, sizin də mənə itaət etməyiniz lazım deyil. Qalxın, namaz qılaq! Allahü təala hamınıza yaxşılıq versin! (H. S. Vesikaları kitabı)

Rəsulullahın cənazə namazı
Sual:
 S. Əbədiyyədə “Əshabı-kiram dəstə-dəstə gəlib, imamsız, Rəsulullahın cənazə namazını qıldılar. Namaz, gecə yarısına qədər davam etdi. Gecə yarısı, qəbri-şərifə qoydular” deyilir. Niyə camaatla qılınmadı?

CAVAB: Mətbuatda, bu mövzuda verilən səhv cavablar iki cürdür:
1- “Rəsulullah həyatında olduğu kimi, ölümündən sonra da, hər kəsin imamı olduğu üçün, Onun cənazə namazında heç kim imam olmadı, hər kəs namazını münfərid (tək) olaraq əda etdi” deyənlər var. Bu səhvdir. Çünki həyatında belə, xəstə olanda imamlıq etməmiş, imamlığa Həzrəti Əbu Bəkri keçirmiş və onun arxasında namaz qılmışdır. Cənazə namazını da, Həzrəti Əbu Bəkir və ya başqa bir şəxs qıldıra bilərdi.

2- Xəlifə olmadığı üçün camaatla qılınmamışdır deyənlərin görüşləri də iki cəhətdən səhvdir: Birincisi, cənazə namazının camaatla qılınması üçün xəlifə olması lazım deyil. İkincisi, Rəsulullah əfəndimiz dəfn edilmədən əvvəl, ümmət başsız qalmasın deyə, təcili, Həzrəti Əbu Bəkir xəlifə seçilmişdi. Yəni xəlifə var idi. Bəziləri, Rəsulullah dəfn edilmədən əvvəl dərhal xəlifə seçilməsini tənqid edirlər. “Həzrəti Əli qəsl işlərilə məşğul olarkən dərhal xəlifə seçdilər” deyirlər. Halbuki Müsəlmanların başsız qalmaması üçün tələsmək lazım idi və Əshabı-kiramın hamısı da elə etdi. İcma olan bir işi təqsirləndirmək yanlışdır. Həzrəti Əli də gəlib dərhal beyət etdi.

Görüldüyü kimi həm xəlifə vardır, həm də cənazə namazının camaatla qılınması üçün xəlifəyə ehtiyac yoxdur. Bu gün dünyada xəlifə yoxdur deyə, cənazə namazlarının münfəridən qılınması lazım deyil.

İşin doğrusu budur: Həzrəti Əbu Bəkir xəlifə seçildikdən sonra Rəsulullah əfəndimizin vəsiyyətinə tabe olaraq, münfərid olaraq onun cənazə namazını qıldı. Arxasından, Həzrəti Ömər və daha sonra digər Əshabı-kiram qıldı. Namaz gecə yarısına qədər davam etdi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину