Facebook Twitter WhatsApp

Nəbi və Rəsul nədir?

Sual: Bəziləri öz ustadlarını Rəsul, yəni Peyğəmbər kimi göstərə bilmək üçün, “Kitab göndərilən peyğəmbərə Nəbi, Kitab göndərilməyən peyğəmbərə Rəsul deyilir deyirlər. Peyğəmbərlik sona çatmadımı? Bizim Peyğəmbərimiz son Peyğəmbər deyilmi?
CAVAB
Müsəlmanlıqla əlaqəsi olmayan belə iddialar, dinimizi daxildən məhv etmək istəyən din düşmənlərinin taktikaları və hiylələrindəndir. Bunlar, Yalnız Quran deyərək, ayələri öz başlarına görə şərh edirlər, Rəsulullahın izahlarına heç etibar etmirlər. Hədisi-şəriflərin hamısına da uydurma deyirlər.

Kitab göndərilən peyğəmbərə Rəsul deyilir. Nəbi, özündən əvvəl gələn Rəsulun dinini təbliğ edən peyğəmbərdir. Yeni din gətirməyən, öncəki dinə dəvət edən Peyğəmbərlərə Nəbi deyilir. Hər rəsul nəbidir, lakin hər nəbi rəsul deyildir. Peyğəmbər farscadır, rəsul və ya nəbi mənasında istifadə olunur. Qurani-kərimin bir çox yerində Peyğəmbər əfəndimizə Rəsul deyilir, bəzən Nəbi deyə də keçir. Nəbi deyilməsi Rəsul olmasına mane deyildir. Yəni bir rəsula nəbi deyilməsi onun rəsul olmadığını göstərmir. Ölkənin silahlı qüvvələrinin başçısı olan generala, bəzən generalhərbçi və ya əsgər deyilməsinə bənzəyir.

Əmrləri təbliğ etməkdə və insanları Allahü təalanın dininə çağırmaqda Rəsul ilə Nəbi arasında bir fərq yoxdur. Ənkəbut surəsinin, “Ona [İbrahimə İsmayıldan sonra] İshaq və Yaqubu da bağışladıq. Nəbiliyi və kitabları [Tövratı, İncili, Zəburu, Quranı], onun soyundan gələnlərə verdik” məalindəki 27-ci ayəsində İbrahim əleyhissalamın soyundan gələnlərə nəbilik verildiyi kimi kitab verilən rəsullar da vardır. (Beydavi, Mədarik, Cəlaleyn)

Kitab sahibi rəsullardan nümunə verək. Həzrəti Musa rəsul idi. Ayəti-kərimənin məalləri belədir:
“Musa, “Ey Firon, əlbəttə mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir rəsulam” dedi.” [Əraf 104] (Sırf bu ayə onların yalanını çıxarmağa kifatət edir. Həzrəti Musaya Tövrat endi, yəni kitab göndərildi. Buna görə ona rəsul deyilir. Peyğəmbər əfəndimizə də kitab göndərildiyi üçün bir çox ayədə rəsul deyilir. Rəsul deyildikdə nəbi də nəzərdə tutulduğu üçün daha çox rəsul ifadəsi qeyd edilir. Kəlmeyi-şəhadətdə də Rəsul deyilir. Nəbilik daha yüksək olsaydı o qeyd olunardı.

“Musanı möcüzələrimizlə Firon və camaatına göndərdik. Musa, 
“Mən aləmlərin Rəbbinin rəsuluyam” dedi.” [Zühruf 46] (Bu ayədə də Həzrəti Musanın rəsul olduğunu açıq bildirir.)


Həzrəti Musa da, Peyğəmbər əfəndimiz kimi həm rəsul, həm də nəbi idi. Ayəti-kərimə məali:
“Kitabda Musanı da an, əlbəttə, o, müxlis bir qul və rəsul olan nəbi idi.” [Məryəm 51]

Həzrəti İsa da, kitab göndərilən rəsul idi. Ayəti-kərimə məali:
“Məryəmin oğlu Məsih [İsa] ancaq bir Rəsuldur.” [Maidə 75]

““Biz, Allahın Rəsulu olan Məryəm oğlu İsanı öldürdük” demələri səbəbilə onları 
[yəhudiləri] lənətlədik, rəhmətimizdən qovduq.” [Nisə 157]


Kitab sahibi rəsul olan Musa əleyhissalam qardaşı Harunun da ona vəzir, yəni köməkçi olmasını istədi. Ayəti-kərimə məali:
“Ya Rəbb, ailəmdən qardaşım Harunu mənə vəzir et, məni onunla dəstəklə, onu vəzifəmdə ortaq qıl!” [Taha 29-32]

Allahü təala, onun bu duasını qəbul edərək buyurur ki:
“Allah, “Ey Musa! İstədiyin sənə verildi” dedi.” [Taha 36]

“Biz, Musaya Kitab verdik, qardaşı Harunu da ona vəzir 
[köməkçi] etdik.” [Furqan 35]


Kitab verilən rəsul, Həzrəti Musadır. Həzrəti Harun isə onun vəziri, yəni köməkçisidir. Köməkçi daha üstün ola bilərmi? Həzrəti Musa Rəsul ikən, Həzrəti Harun da nəbi oldu. Ayəti-kərimə məali:
“Rəhmətimizdən, qardaşı Harunu bir nəbi olaraq ona bağışladıq.” [Məryəm 53]

Həzrəti Harun Musa əleyhissalamın gətirdiyi dini, yəni Musəviliyi təbliğ edən bir nəbi idi.
“Zəkəriyyə mehrabda namaz qılarkən mələklər ona, “Allah sənə, Kəlmətullahı [İsanı] təsdiqləyici, əfəndi, nəfsinə hakim və salehlərdən bir nəbi olaraq Yəhyanı müjdələyir” deyə səsləndilər.” [Ali İmran 39] (Həzrəti İsanın kitab göndərilən bir rəsul olduğu yuxarıdakı ayələrdə bildirildi. Həzrəti Yəhya isə, Həzrəti İsanın gətirdiyi dini, yəni İsəviliyi təbliğ edən bir nəbi idi.)

Bu nümunələrdə də açıq görüldüyü kimi kitab verilən Peyğəmbərlərə Rəsul deyilir. Rəsulların gətirdiyi dini təbliğ edənlərə də Nəbi deyilir. Hər rəsul eyni zamanda nəbidir. Peyğəmbər əfəndimizdən sonra, nəbi gəlməyəcəkdir. Bir ayə məali belədir:
“O, Allahın rəsulu və nəbilərin sonuncusudur.” [Əhzab 40]

Nəbi gəlmədikdə, Rəsul heç gəlməz. Çünki rəsulluq dərəcəsi, nəbilikdən daha özəl və yüksəkdir. Bu ayələrdən sonra, bu mövzudakı hədisi-şərifləri bildirək:
“Rəsulların ilki Adəm və sonuncusu Muhamməddir.” [Hakim, Tabərani]

“Öyünmək üçün söyləmirəm 
[həqiqəti bildirirəm], mən, mürsəllərin [Nəbi və rəsul olaraq göndərilən Peyğəmbərlərin] əfəndisiyəm. Hamısının sonuncusu və şəfaətedicilərin ilkiyəm.” [Darimi]


“Digər nəbilərə görə mənim vəziyyətim bu misala bənzəyir. Bir adam gözəl bir ev tikər, ancaq bir kərpici əksikdir. Ziyarətə gələn xalq evi bəyənər. Amma “Bu boşluğa da bir kərpic qoyulsaydı” deyərlər. Budur, mən həmən o kərpicəm. “Hatəm-ün-nəbiyyin” yəni nəbilərin sonuncusu, tamamlayıcısıyam.”
 [Buxari, Müslim]


“Ya Əli, Musanın yanında Harun necə idisə, sən də, mənim yanımda eləsən. Ancaq, məndən sonra nəbi gəlməyəcəkdir.”
 [Buxari, Müslim,Tirmizi, İbni Macə, İmam Əhməd, Tabərani]


Peyğəmbər əfəndimiz sadəcə dövrünün və Ərəbistanın deyil, qiyamətə qədər bütün insanların, bütün dünyanın rəsuludur. Bir ayə məali belədir:
“Biz səni bütün insanlara ancaq müjdəçi və xəbərdarlıq edən olaraq göndərdik, lakin insanların bunu çoxu bilməz.” [Səbə 28]

Bir hədisi-şərif məali: “Mən bütün insanlara göndərildim.” [Müslim]

“Sizə aranızdan, ayələrimizi oxuyacaq, sizi hər pislikdən arıdacaq, sizə kitabı və hikməti öyrədəcək, bilmədiklərinizi bildirəcək olan bir rəsul göndərdik.”
 [Bəqərə 151] (Bu ayə də kitabın nəbiyə deyil, rəsula gəldiyini göstərir.)


Hədisi-şərifdə buyurulur ki:
“Nəbilərin sayı 124 min, rəsullar isə 313-dür.” [Hakim]
Bu hədisi-şərif də, kitab gətirən rəsulların nəbilərə görə daha az olduğunu göstərir. Nəbilərin çox olması, rəsulların dinlərini yaymaları üçündün.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину