Facebook Twitter WhatsApp

Kürsü nə deməkdir?

Sual: Ayətəl-kürsüdə, Allahın kürsüsü olduğu bildirilir. Bunun mənası nədir?
CAVAB
O ayənin məali belədir:
Allah ki, Ondan başqa ilah yoxdur. O hayydır, qəyyumdur. Ona nə yuxu gələr, nə də yuxulamaq. Göylərdə və yerdə nə varsa hamısı Onundur. Onun izni olmadan kim şəfaət edə bilər? Onların [qulların] keçmişdə nə işlədiklərini və gələcəkdə nə işləyəcəklərini bilir. Qullar isə, Onun dilədiyi qədərindən başqa, elmindən heç bir şey qavraya bilməzlər. Onun kürsüsü [səltənəti, qüdrəti] göyləri və yeri örtmüşdür. Göyləri və yeri qorumaq, gözətmək, Ona heç çətinlik verməz. O, çox uca və çox böyükdür.” [Bəqərə 255]

Ayənin davamında, “Göyləri, yeri qoruyub himayə etmək ona çətin, ağır olmaz” buyurulur. Deməli, kürsü, bu işi qoruyub himayə etmək qüdrətidir. Yəni onun səltənəti, gücü, qüdrəti deməkdir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину