Facebook Twitter WhatsApp

Həzrəti İsanın müjdəsi

Sual: İncildə Peyğəmbər əfəndimizin gələcəyi bildirilmişdirmi?
CAVAB
İsa əleyhissalamdan sonra, bir son Peyğəmbər (aleyhissalatü vəssalam) gələcəyi İncildə bildirilmişdi. Bu xəbər, bütün təhriflərə baxmayaraq bu günkü səhv İncillərdə belə vardır. Yuhanna İncilinin 14-cü babının 16-cı ayəsində İsa əleyhissalam:
Allah sizə sizinlə birlikdə qalacaq bir təsəlliedici göndərəcəkdir deyilir.


26-cı ayəsində isə, Bu həqiqi təsəlliedici sizə hər şeyi öyrədəcək və sizə mənim öyrətdiklərimi də deyəcəkdir deyilir.

16-cı babın 13-cü ayəsində isə, O, sizə hər həqiqətə yol göstərəcəkdir. Çünki O, sizə özündən bir şey söyləməyəcək, ancaq Allahın söylədiklərini sizə bildirəcəkdir deyir. [Xristianlar Təsəlliedici kəlməsini Ruh deyə tərcümə edirlər.]

Həmçinin, Kitabı-müqəddəsin Əhdi-ətiq (Tövrat) qismində ərəb irqindən bir Peyğəmbər gələcəyi yazılıdır. Təsniyənin 18-ci babının 15-ci ayəsində, Musa əleyhissalamın israillilərə, Rəbb sizin üçün aranızdan, qardaşlarınızdan mənim kimi bir Peyğəmbər (aleyhissalatü vəssalam) çıxaracaqdır dediyi yazılıdır. Burada adı keçən israillilərin qardaşları, ismaillilər, yəni ərəblərdir. Elə İncildə və Tövratda yazılı, ərəb irqindən gələcəyi müjdələnən həmin bu son Peyğəmbər, Muhamməd əleyhissalamdır.

1886-cı ildə İstanbulda Boyacıyan Aqop mətbəəsində çap edilmiş Kitabı-Müqəddəsin türkcə tərcüməsinin 885-ci səhifəsində, O, gəldikdə dünyanı günah, salah və hökm xüsuslarında susduracaqdır  deyilir. Buradaki "O" nun latınca əslində, Paraclet yazılıdır. Bu kəlmə, təsəlliedici deməkdir. Keşişlər hər şeyə baxmayaraq, məndən sonra bir təsəlliedici gələcəkdir ifadəsini İncildən silə bilmədilər.

Pavlosun yazdığı və xristianların Kitabı-müqəddəsdən qəbul etdikləri məktublardan "Korintoslulara 1-ci məktubun, 13/8-də, Peyğəmbərlər sona çatacaq, dillər də itəcək [latınca kimi], elm məhv olacaq [Orta əsr elmi kimi], amma O kamil gəldikdə, yarım qalan və qüsurlu olan biliklər ortadan qalxacaqdır deyilir. [Bu yazı türkcə Kitabı- Müqəddəsdə də vardır.]

Barnabas İncilində Həzrəti İsanın son Peyğəmbərin gələcəyini, adının [Muhamməd ilə eyni mənada] Əhməolacağını bildirdiyi açıq-aydın yazılıdır.
Bu İncildə Həzrəti İsa deyir ki:
Mən günahları əfv edə bilmərəm, günahları ancaq Allah əfv edir. (71-ci bab),

Mən, Allahın rəsulunun yolunu hazırlamaq üçün gəldim. Bu Rəsul sizdən bir neçə il sonra İncil təhrif edilib, həqiqi inananların 30 nəfərə qədər qalacağı bir dövrdə gələcəkdir. O zaman Cənab Haqq elçisini göndərəcəkdir. Onun başının üzərində bəyaz bir bulud olacaq. O, bütləri qıracaq. Onun sayəsində insanlar Allahı tanıyacaq və mən də həqiqi olaraq tanınacağam.
 (72-ci bab),


O rəsul cənubdan gələcəkdir.
 (96-cı bab),

O rəsulun adı Əhməddir. (97-ci bab)

Bu xüsus, Qurani-kərimdə də bildirilmişdir:
“Məryəm oğlu İsa “Ey İsrailoğulları, məndən əvvəl gəlmiş Tövratı təsdiq edən, məndən sonra gələcək və adı Əhməd olan bir Peyğəmbəri müjdələyən, sizə göndərilmiş bir Peyğəmbərəm” demişdi. Ancaq, o açıq-aşkar dəlillərlə [möcüzələrlə] gəldikdə, bu açıq-aşkar bir sehirdir dedilər.” [Saf 6]

Qeyri-müsəlmanlar Peyğəmbər əfəndimizin möcüzələrinə sehir dedikləri kimi, Həzrəti Musa və Həzrəti İsanın möcüzələrinə də sehir demişdilər.

Həzrəti İsa son peyğəmbər Muhamməd əleyhissalamı müjdələdikdə, həvarilər Onun ümmətinin necə olacağını soruşdular. Həzrəti İsa: “Bizdən sonra gələcək ümmət, alim, hakim, təqva əhli gözəl insanlardır. Allahü təaladan gələn az ruziyə razı olacaqlar. Allahü təala da onların az əməllərindən razı olacaq” buyurdu. Bu vəsflərin hamısı Əshabı-kiramda var idi. (Tibyan)

Belə ki, Qurani-kərimdə məalən buyurulur ki:

“Muhamməd [əleyhissalam], Allahın peyğəmbəridir, Onunla birlikdə olanların [Əshabın] hamısı,kafirlərə qarşı çətin, amma bir-birlərinə qarşı mərhəmətlidirlər. Onları rükuya gedərkən, səcdə edərkən görərsən. Allahdan lütf və rıza istəyirlər. Onların nişanları üzlərindəki səcdə izidir. Bu onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri də belədir: Onlar, tumurcuğunu yarıb çıxarmış, getdikcə onu qüvvətləndirərək qalınlaşmış, gövdəsi üzərinə əkilmiş bir əkinə bənzəyirlər, hansı ki, bu əkinçilərin də xoşuna gələr. Allah, beləliklə onları çoxaldıb qüvvətləndirməklə kafirləri qəzəbləndirəcək. Allah, inanıb yaxşı işlər görənlərə məğfirət və böyük mükafat vəd etmişdir.” [Fəth 29]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину