Facebook Twitter WhatsApp

Peyğəmbər əfəndimiz və mədəniyyət

Sual: Peyğəmbərimizə qeyri-müsəlmanlardan rəğbət edənlər də vardırmı?
CAVAB
Bəli. Rəsulullah əfəndimiz müasir dövrdə də bütün dünya millətlərinin, elm adamlarının, dövlət, siyasət və fikir adamlarının, ədiblərin, tarixçi və hərbçi şəxsiyyətlərin marağını çəkməkdə, onların hər biri Onu bir az araşdırdıqdan sonra heyranlıq və təəccüblərini dilə gətirməkdədirlər.

Müsəlman olmayanlar Rəsulullah əfəndimizin sadəcə idarəçiliyi, dəhası, hərbi, sosial və digər tərəflərini görərək, yalnız bunlara baxaraq Onu tanımağa çalışırlar. Gördükləri qeyri-adi və heç bir insanda görülməmiş üstünlüklər qarşısında acizliyə düşməklə yanaşı, Ona peyğəmbər gözü ilə baxmadıqları üçün, Onu tanımaqdan və anlamaqdan çox uzaq qalırlar.

İslamiyyətin inkişafdakı gücü
Sual: Bəziləri, İslamiyyətin inkişafa, fənndəki yeni kəşflərə qapalı, hətta mane olduğunu söyləyirlər. Həqiqətən İslamiyyət onların dedikləri kimidirmi?
Cavab: İslamiyyətdən əvvəl Ərəbistan bir səhra idi və orada yaşayan insanlar da yarı vəhşi bütpərəst bədəvilər idi. Bir çox bütlərə sitayiş edirdilər. İbtidai, bəsit bir həyat sürürdülər. Qız uşaqlarını diri-diri torpağa basdırmaq kimi qorxunc adətləri var idi. Bu yarımada bir yol üzərində olmadığı üçün, nə böyük İskəndərlər, nə farslar, nə romalılar, ərəblərə heç qarışmamış, bir çox qövmlərlə döyüşdükləri halda, ərəblərin yanından keçməmişdilər. Bu səbəbdən iranlıların, romalıların əxlaqsızlıqları, zülümləri, hiləgərlikləri ərəblərə sirayət etmədi. Onlar mərd olaraq qaldılar.

Belə aciz, yazıq, lakin saf və təmiz olan bir qövm, onlara mürşidlik, rəhbərlik edən Muhamməd əleyhissalamın gətirdiyi Qurani-kərim sayəsində birdən-birə dəyişərək, tam bir mədəniyyətə qovuşmuş, üstün bir səylə 30 il ərzində, şərqdə Türkistan və Hindistan, qərbdə İspaniya olmaqla ağıllara heyrət verən çox qüdrətli bir İslam dövləti meydana gətirmişdir. Elmdə, fəndə və mədəniyyətdə son dərəcə inkişaf edərək, o zamana qədər bilinməyən bir çox şeyləri kəşf etmişdirlər. Elm, fənn, tibb və ədəbiyyatda ən yüksək səviyyəyə çıxmışdır. Elmdə o qədər inkişaf etmişdilər ki, Papalar belə Əndülüs Üniversitetlərində oxuyur, dünyanın hər tərəfindən axışıb gələnlər bu üniversitetlərdə fənn və tibb təhsili alırdılar. O dövrün Avropasından bəhs edən John W. Drapper kimi tərəfsiz bir tarixçi, Avropanın mənəvi inkişafı adlı əsərində belə demişdir:
“O dövrün avropalıları tamamilə barbar idilər. Xristianlıq onları barbarlıqdan qurtara bilməmişdi. Xristian dininin bacara bilmədiyini, İslam dini bacarmışdı. İspanyaya gələn ərəblər əvvəlcə onlara yuyunmağı öyrətdilər. Sonra, onların üzərindəki parça-parça olmuş, bitlənmiş heyvan dərilərini çıxararaq, təmiz, gözəl paltarlar geyindirdilər. Evlər, imarətlər, saraylar, bağçalar inşa edib, onları oxutdular, universitetlər qurdular. Xristian tarixçilər İslama qarşı olan kinlərindən, bu həqiqəti gizləməyə çalışaraq, Avropanın mədəniyyətdə Müsəlmanlara nə qədər borclu olduğunu heç cür etiraf etmirlər.”

Tarixə dünyanın ən böyük hərbçi dahilərindən biri, eyni zamanda dahi bir dövlət adamı olaraq keçən Fransa İmparatoru Napoleon belə demişdir:
“Allahın varlığını və birliyini Musa [əleyhissalam] öz millətinə, İsa [əleyhissalam] romalılara, lakin Muhamməd [əleyhissalam] bütün qədim dünyaya bildirdi. Ərəbistan tamamilə bütpərəst olmuşdu. İsa dandan [əleyhissalam] altı əsr sonra Muhamməd [əleyhissalam] özündən əvvəl gəlmiş İbrahim, İsmayıl, Musa və İsanın [aleyhimüssalam] Allahını ərəblərə tanıtdı. Ərəblərin yanına soxulan Aryenlər, həqiqi İsəvilik dinini pozaraq onlara Allah, Allahın oğlu, Ruhul Qüds kimi, heç kimin anlaya bilməyəcəyi əqidələri yaymağa çalışır, şərqin sülh və əmin-amanlığını tamamilə pozurdular. Muhamməd [əleyhissalam] onlara doğru yolu göstərdi. Ərəblərə yalnız bir tək Allah olduğunu, Onun nə atası, nə də oğlu olmadığını, bir neçə Allaha sitayiş etməyin bütə sitayişdən qalan cəfəngiyat bir adət olduğunu çatdırdı.”

Dünyanın tanıdığı ən böyük elm adamlarından biri olan isveçli Thomas Carlyle demişdir:
“Muhamməd [əleyhissalam] gəlmədən əvvəl ərəblərin məskunlaşdığı yerlərə nəhəng bir od parçası sıçrasaydı, quru qum üzərində itib gedərək heç bir iz buraxmayacaqdılar. Lakin Muhamməd [əleyhissalam] gəldikdə bu quru qum dolu çöl, sanki bir barıt çəlləyinə çevrildi. Dehlidən Qranadaya qədər hər tərəf birdən-birə səmaya yüksələn alov halına gəldi. Bu böyük şəxsiyyət sanki bir şimşək idi. Onun ətrafındakı bütün insanlar Ondan atəş alan parlayıcı maddələrə çevrildilər.”

Hindistanı İngiliz müstəmləkəsi olmaqdan xilas edən hindli lider Mahatma Gandhi İslam dinini və Qurani-kərimi araşdırdıqdan sonra bunları söyləmişdir:
“İslam dini yalançı bir din deyildir. Hindlilərin bu dini hörmətlə araşdırmalarını istəyərdim. Onlar da İslamiyyəti mənim kimi sevəcəklər. Mən, İslam dininin Peyğəmbərinin və Onun ətrafında olanların necə bir həyat sürdüklərini bildirən kitabları oxudum. Bunlar məni o qədər maraqlandırdı ki, kitablar bitdiyi zaman bunlardan daha çox olmamasına kədərləndim. Mən belə bir qənaətə gəldim ki, İslamiyyətin sürətlə yayılması qılınc səbəbilə olmamışdır. Əksinə, hər şeydən əvvəl sadəliyi, məntiqli olması və Peyğəmbərinin böyük təvazökarlığı [sadəliyi], sözünü daim tutması, yaxınlarına və Müsəlman olan hər kəsə qarşı sonsuz bağlılığı səbəbilə, İslam dini bir çox insanlar tərəfindən sevə-sevə qəbul edilmişdir.”

Dünya şöhrətli böyük fransız ədibi və dövlət adamı Lamartine isə, Türkiyə Tarixi adlı əsərində belə deyir:
“Həzrəti Muhamməd [əleyhissalam] bir yalançı peyğəmbər idimi? Onun əsərlərini və tarixini araşdırdıqdan sonra bunu düşünə bilmərik. Çünki yalançı peyğəmbərlik ikiüzlülükdür. İkiüzlülükdə inandırma qüvvəsi yoxdur, necə ki, yalanda da doğruluğun qüdrəti olmur.

Mexanikada bir cisim atıldığı zaman onun düşə biləcəyi yer, atma gücündən asılıdır. Bir mənəvi ilhamın gücü də onun meydana gətirdiyi əsər ilə bağlıdır. Bu qədər çox şey daşıyan, bu qədər uzaqlara qədər yayılan və bu qədər uzun zaman eyni qüdrətdə davam edən bir “fikir”, yəni İslamiyyət yalan ola bilməz. Bunun çox səmimi və çox inandırıcı olması lazımdır. Onun həyatı, mübarizəsi, məmləkətinin xürafələrinə və bütlərinə qəhrəmancasına hücum edərək onları parçalaması, bütə sitayiş edən əksəriyyətin hiddətlərinə qarşı çıxmaq cəsarəti, ona hücum etdikləri halda, 13 il Məkkədə bunlara dözməsi, həmşəhərliləri arasında cürbəcür hadisələr çıxarmaq və hətta özünü qurban yerinə qoymaq kimi hallara dəyanət göstərməsi, Mədinəyə hicrəti, durmadan apardığı təşviqlər və verdiyi moizələr, çox üstün düşmən qüvvələri ilə apardığı müharibələr, qalib gələcəyinə olan inamı, ən böyük fəlakət zamanında belə duyduğu insanüstü güvənlik, zəfərdə belə göstərdiyi səbir və təvəkkül, dini təbliğ etmə əzmi, sonsuz ibadəti, Allah ilə müqəddəs danışmaları, ölümü, ölümündən sonra da davam edən şan və şərəfi, zəfərləri Onun heç bir zaman bir yalançı peyğəmbər olmadığını, tam əksinə böyük bir imana sahib olduğunu sübut edir.

Filosof, xatib, peyğəmbər, qanun qoyan, cəngavər, insan düşüncələrinə təsiredici, yeni iman əsasları qoyan və iyirmi böyük dünya imparatorluğu ilə bir böyük İslam dövləti quran şəxsiyyət: Muhamməd 
[sallallahü aleyhi və səlləm] budur! İnsanların böyüklüyü ölçmək üçün istifadə etdikləri bütün meyarlarla [ölçülərlə] ölçülsə, görəsən Ondan daha böyük bir şəxsiyyət vardırmı? Ola bilməz!”


Almanyanın Stuttgart şəhərində 1888 [h. 1305] ildə yayınlanmış  Kürschner ensiklopediyasının “Muhamməd və İslam dini” haqqındakı yazısından bir bölümü belədir:
“Muhamməd [əleyhissalam], çox gözəl xasiyyətli, gülər üzlü, kübar və çox dürüst bir şəxsiyyyət idi. Daima hiddət və şiddətdən qaçmış, heç bir zaman zülüm etməmişdir. Müsəlmanların daim gözəl xasiyyətli, gülər üzlü olmasını istəmiş, Cənnətə gözəl xasiyyət və səbirlə gediləcəyini bildirmişdir. Doğru sözlülüyü, mərhəməti, yoxsullara yardımı, qonaqpərvərliyi, şəfqəti, daim Müsəlmanlığın əsas təməlləri olduğunu bəyan etmişdi. Daim qənaətlə yaşamış, dəbdəbə və göstərişdən qaçmışdır. Müsəlmanlar arasında heç bir sinif fərqi tanımamış, ən yoxsul bir Müsəlmanın belə xətrini gözləmişdir. Böyük bir zərurət olmadıqca, çətinliyə baş vurmamış, bütün məsələləri xoşluqla, şirinliklə, anlaşma ilə, nəsihət və izah ilə həll etməyə çalışmış və dəfələrlə bunda müvəffəq olmuşdur. 630-cu ildə təkrar Məkkəyə qayıdaraq, bu şəhəri asanlıqla fəth etmiş və çox qısa zaman içərisində, yarı vəhşi ərəbləri, dünyanın ən mədəni insanları halına gətirmişdir.”

Başqa bir qərblinin etirafı

Xanım Carly Fiorina, dünyanın ən böyük şirkətlərindən HP-nin rəhbəridir. Bu şirkət Microsoft kimi, Linux kimi dünya nəhənglərindən biri olub, əsas iş sahəsi Informatika Texnologiyalarıdır. Xanım Fiorina 1999-cu il İyul ayından bəri bu şirkətdədir. Bundan əvvəl də 20 il ABŞ-ın telefon şirkəti AT&T –də yüksək vəzifələrdə işləmiş və AT&T ilə əlaqəli bir firmada rəhbər olaraq çalışmışdır. Stanford Üniversitetinin “Orta əsrlər tarixi və fəlsəfəsi” fakültəsini bitirmiş və müxtəlif sahələrdə dərəcə qazanmışdır.

Minneapolis, Minnesotada 26 Sentyabr 2001 “Texnologiya, bazar və həyat tərzimiz: Gələcəkdə nələr olacaq?” mövzulu bir konfransa, Carly Fiorina, əsas çıxışedici olaraq dəvət edilmişdi. Nitqinin son dəqiqələrində tarixdən nümunələr verərək dəyərləndirmələr edərək belə dedi:

“Nitqimi tarixdən bir nümunə gətirərək bitirmək istəyirəm:

Bir zamanlar tarixdə elə bir mədəniyyət var idi ki, o dövrün ən böyük mədəniyyəti idi. Bu mədəniyyət bir çox qitələrə yayılmış, sərhədləri okeandan-okeana, şimal iqlimlərindən tropik iqlimlərə və səhralara qədər uzanmışdı. O mədəniyyətin əhalisi olaraq, fərqli irqlərdən, fərqli dillərdən, fərqli mədəniyyətlərdən yüz milyonlarla insan yaşamışdı.

Bu mədəniyyətdə istifadə olunan dillərdən bir dil, dünyada çox istifadə olunan bir dil halına gəlmiş və fərqli qitələrdən insanlar arasında körpü olmuşdur. Bu mədəniyyətin ordusundakı fərqli millətlərdən olan əsgərlər, dünyanın əhalisinə və ümumiyyətlə dünyaya, bəlkə də heç bir zaman görmədiyi bir sülh təqdim etdi. Bu mədəniyyətin tacirləri Latın Amerikasından Çinə və arada qalan bütün ölkələrə getmişdilər.

Yeni kəşflər bu mədəniyyətin təməl daşlarından biri olmuşdu. Bu mədəniyyətin memarları, yerin cazibə qüvvəsinin hesablarına dayanan binalar ucaltmışlar, riyazi alimlər kompyuterin təməl algoritmi olan cəbrin əsasını qoyaraq kodlaşmanı kəşf etmişdirlər. Həkimləri, xəstəliklərə yeni dərmanlar ixtira etmiş, astonomiya alimləri səmadakı ulduzları tədqiq edərək və onlara adlar qoyaraq, müasir astronomiya elminin təməlini atmışdırlar. Ədibləri minlərlə romantik və sehirli hekayələr yazmışlar və şairləri özlərindən əvvəlkilərin yazmadığı şəkildə sevgi mövzusunda şeirlər yazmışdırlar.

Digər mədəniyyətlər yeni fikirlərdən qorxarkən və senzura tətbiq edərkən, bu mədəniyyət davamlı yeni fikirlərə açıq olmuş və biliyi, mədəniyyəti davamlı canlı tutmuşdu.

Müasir Qərb mədəniyyəti də bu xüsusiyyətlərin bir çoxuna sahibdir. Ancaq mənim bəhs etdiyim mədəniyyət 800-cü ildən 1600-cü ilə qədər uzanan və Osmanlı İmperiyası da daxil olmaqla, Qanuni Sultan Süleymanlar kimi hökmdarlar yetişdirən İslam mədəniyyətidir.

Bu mədəniyyətin bizə qoyduğu miras müasir Qərb mədəniyyətinin əsasını təşkil edir. Bu günkü texnologiya İslam riyaziyyatçılarının sayəsində vardır. Sufi yazıçı Mövlana kimi yazıçılardan çox şeylər aldıq. Qanuni Sultan Süleyman kimi hökmdarlardan tolerantlıq göstərməyi və liderliyi öyrəndik.

Bu mədəniyyətdən dərslər çıxarmalıyıq. Bu mədəniyyətin irəli sürdüyü liderlik mirasa deyil, yeniliklərə istinad etmiş, xristianlıq, Müsəlmanlıq və yəhudilik kimi müxtəlif dini və mədəni mozaikasını əsas almışdı. Ona görə də bu şəkildə 800 il ayaqda qalmışdı.

Hal-hazırkı kimi kritik zamanlarda, biz də tarixdəki bu mədəniyyətdən dərs almalı, onun kimi sosial quruluş və liderlər yetişdirməliyik. İxtisarla, bu mövzuya, liderlik mövzusundakı fikir mübadiləsinə diqqətinizi çəkmək istəyirəm.”


Amerikan astronomu, mütəxəssis Michael H. Hart, Adəm əleyhissalamdan bu günə qədər gələn bütün böyük insanları bir-bir tədqiq edərək, onların içərisindən yalnız 100 nəfəri ayıraraq, bu 100 nəfər arasında ən böyüyü olaraq, Muhamməd əleyhissalamı göstərmişdir. “Onun qüdrəti, Allah tərəfindən vəhy edildiyinə inandığı, müəzzəm əsər, Qurani-kərimdən gəlməkdədir” demişdir.

Amerika Chicago Üniversiteti professorlarından məşhur psixologiya mütəxəssisi yəhudi Jules Massermann, 1974-cü il 15 İyulda yayınlanan “Time” jurnalının xüsusi sayında “Böyük liderlər haradadır?” başlığı altında, tarixdə indiyə qədər gəlib keçmiş bütün rəhbərləri tədqiq etmiş, onların həyatlarını təhlil etmiş və “Onların ən böyüyü Muhamməd əleyhissalamdır” deyərək bu qənaətə gəlmişdir: “Muhamməd əleyhissalamdan sonra, Musa əleyhissalam gəlir. İsa [əleyhissalam] və Budda lider olmağa layiq şəxslər deyildilər.” Halbuki özü, yəhudi olduğu üçün, Musa əleyhissalamı Muhamməd əleyhissalamdan üstün görməsi gözlənilirdi. O, bunu etməmiş, həqiqətdən ayrılmamışdır.

30 il ərzində vahşi bir qövmü, həm də kiçik bir insan cəmiyyətini, dünyanın ən müəzzəm, ən mədəni, ən yüksək əxlaqlı, ən yüksək səciyyəli, ən qəhrəman, ən bilikli bir millət halına gətirmək, hər hansı bir insanın, bir liderin, bir başçının görəcəyi iş deyildir. Bu, ancaq Allahü təalanın rəsulunun, yəni Muhamməd əleyhissalamın bir möcüzəsidir.

Seyyid Abdülhakim Arvasi həzrətləri buyurdu ki:
“Hər Peyğəmbər, öz dövründə, öz məkanında, öz qövmünün hamısından, hər cəhətdən üstündür. Muhamməd əleyhissalam isə, hər dövrdə, hər məmləkətdə, yəni dünya yaradıldığı gündən, qiyamət qopana qədər, gəlmiş və gələcək, bütün varlıqların, hər cəhətdən ən üstünüdür. Heç kim, heç bir baxımdan Ondan üstün deyildir. Bu çətin bir şey deyildir. Dilədiyini edən, hər istədiyini yaradan, Onu belə yaratmışdır. Heç bir insanın Onu mədh edəcək gücü yoxdur. Heç bir insanın, Onu tənqid edəcək iqtidarı da yoxdur.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину