Facebook Twitter WhatsApp

Hilyəyi-Səadət (Rəsulullahın xarici görünüşü)

Sual: Rəsulullahın xarici görünüşü necə idi?
CAVAB
Rəsulullah əfəndimizin, görünən bütün üzvlərinin şəkli, xüsusiyyətləri, gözəl xasiyyətləri, bütün həyatı, bütün xırdalıqları ilə çox geniş və açıq şəkildə, alimlər tərəfindən, sənədləri, sübutları ilə yazılmışdır. Bunlara “Siyər” kitabları deyilir.

Böyük İslam alimlərindən imam Əhməd Kastalani həzrətlərinin, “Məvahibi-lədünniyyə” adlı iki cild kitabından vacib görülən qisimlər, ixtisarla aşağıda yazılmışdır:
Peyğəmbər əfəndimizin mübarək üzü və bütün əzayi-şərifəsi, mübarək səsi, bütün insanların üzlərindən və əzasından, səslərindən gözəl idi. Mübarək üzü, bir az yuvarlaq idi. Şən olduğu zamanda, mübarək üzü ay kimi nurlanırdı. Sevindiyi, mübarək alnından bəlli olurdu.

Rəsulullah əfəndimiz, gündüz necə görürdüsə, gecə də elə görürdü. Qarşısında olanları gördüyü kimi, arxasında olanları da görürdü. Bunu isbat edən yüzlərlə hadisə kitablarda qeyd olunmuşdur. Gözdə görmə qabiliyyəti yaradan Allahü təalanın, digər üzvdə [orqanda] da yaratmağa gücü yetir.

Ətrafına və geriyə baxacağı zaman, bütün bədəni ilə dönüb baxardı. Yer üzünə nəzəri, səmaya baxmasından daha çox  idi. Mübarək gözləri iri idi. Mübarək kiprikləri uzun idi. Mübarək gözlərində bir az qırmızılıq var idi. Mübarək gözlərinin qarası çox tünd idi. Fəxri-aləm əfəndimizin alnı açıq idi. Mübarək qaşları nazik idi. Qaşlarının arası açıq idi. İki qaşının arasında olan damar, hiddətlənəndə qabarırdı. Mübarək burnu çox da gözəl olub, orta hissəsi bir az yüksək idi. Mübarək başı iri idi. Mübarək ağzı kiçik deyildi. Mübarək dişləri bəyaz idi. Mübarək ön dişləri seyrək idi. Söz söylədiyi zaman, sanki dişləri arasından nur çıxardı. Allahü təalanın qulları arasında ondan daha fəsih və şirin sözlü kimsə görülmədi. Mübarək sözləri xeyli asan anlaşılar, könülləri alardı və ruhları cəzb edərdi. Söz söylədiyi zaman, kəlmələri inci kimi düzülürdü. Bir kimsə saymaq istəsə, kəlmələri saymaq mümkün idi. Bəzən yaxşı anlaşılması üçün üç dəfə təkrarlayardı. Cənnətdə hamı Muhamməd əleyhissalam kimi danışacaq. Mübarək səsi, heç kimin səsinin çatmadığı yerlərə çatırdı.

Peyğəmbər əfəndimiz gülər üzlü idi. Təbəssüm edərək gülərdi. Gülərkən, mübarək dişləri görünərdi. Güldüyü zaman, nuru divarlar üzərinə ziya verərdi. Ağlamağı da, gülməyi kimi sakit idi. Qəhqəhə ilə gülmədiyi kimi, yüksək səslə də ağlamazdı, amma mübarək gözlərindən yaş axar, mübarək sinəsinin səsi eşidilərdi. Ümmətinin günahlarını düşünüb ağlayardı və Allahü təalanın qorxusundan, Qurani-kərimi eşitdikdə və bəzən də namaz qılarkən ağlayardı.

Rəsulullah əfəndimizin mübarək barmaqları iri idi. Mübarək qolları ətli idi. Mübarək ovuclarının içi geniş idi. Bütün bədəninin ətri, müşkdən gözəl idi. Mübarək bədəni, həm yumşaq, həm də qüvvətli idi. Ənəs ibn Malik deyir ki, Rəsulullaha on il xidmət etdim. Mübarək əlləri ipəkdən yumşaq idi. Mübarək təri müşkdən və çiçəkdən daha gözəl qoxurdu. Mübarək qolları, ayaqları və barmaqları uzun idi. Mübarək ayaqlarının barmaqları iri idi. Mübarək ayaqlarının altı çox yüksək deyildi, yumşaq idi. Mübarək qarnı geniş olub, sinəsi ilə qarnı bərabər idi. Çiyin başının sümükləri iri idi. Mübarək sinəsi geniş idi. Rəsulullahın qəlbi- şərifi, nəzərgahı-ilahi idi.

Rəsulullah əfəndimiz çox hündür boylu deyildi, alçaqboylu da deyildi. Yanına hündür bir adam gəlsə, ondan hündür görünürdü. Oturduğu zaman, mübarək çiyni, oturanların hamısından yüksəkdə olurdu.

Mübarək saçları və saqqalının tükü çox buruq və çox düz deyildi, yaradılışda dalğalı idi. Mübarək saçları uzun idi. Əvvəllər kəkil buraxardı, sonradan iki yerə ayırırdı. Mübarək saçlarını bəzən uzadar, bəzən də kəsər, qısaldardı. Saçını və saqqalını boyamazdı. Vəfat etdiyi zaman, saçı və saqqalında ağ tükü, iyirmidən az idi. Mübarək bığını qısaldardı. Bığlarının uzunluğu və forması, mübarək qaşları kimi idi. Əmrində xüsusi bərbərləri var idi.

Rəsulullah əfəndimiz misvaqını və darağını yanından ayırmazdı. Mübarək saçını və saqqalını darayarkən güzgüyə baxardı. Gecələri mübarək gözlərinə sürmə çəkərdi.

Kainatın əfəndisi (sallallahü aleyhi və səlləm) qarşısına baxaraq, sürətlə gedərdi. Bir yoldan keçdiyi, gözəl ətrindən bəlli olurdu.

Peyğəmbər əfəndimiz qırmızı ilə qarışıq bəyaz bənizli olub, çox yaraşıqlı, nurlu və sevimli idi. Kim ki, Peyğəmbər “əleyhissalatü vəssəlam” qara idi desə, dindən çıxar.

Gözəl xasiyyətlərin hamısı Rəsulullah əfəndimizdə cəmlənmişdi. Gözəl xasiyyətləri, Allahü təala tərəfindən verilmişdi, çalışaraq, sonradan qazanmamışdı. Bir Müsəlmanın adını çəkərək, heç  vaxt lənət etməmiş və əsla mübarək əli ilə heç kimi döyməmişdir. Özü üçün heç kimdən intiqam almamışdır. Allah üçün intiqam alırdı. Qohumuna, Əshabına və xidmətçilərinə təvazu göstərərək, yaxşı rəftar edərdi. Evin içində çox həlim və gülər üzlü idi. Xəstələri ziyarətə gedər, cənazələrdə iştirak edərdi. Əshabının işlərinə kömək edər, uşaqlarını qucağına alardı. Lakin, qəlbi bunlarla məşğul deyildi. Mübarək ruhu mələklər aləmində idi.

Rəsulullah əfəndimizi qəflətən görən adamı vahimə basardı. Əgər həlim davranmasaydı, Peyğəmbərlik hallarından, heç kim yanında otura bilməz, sözünü dinləməyə taqət gətirə bilməzdi. Halbuki, o, həyasından, mübarək gözləri ilə heç kimin üzünə baxmazdı.

Peyğəmbər əfəndimiz, insanların ən səxavətlisi idi. Ondan bir şey istənib, yox dediyi görülməmişdir. İstənilən şey varsa verər, yoxdusa, cavab verməzdi. O qədər yaxşılıqları, o qədər ehsanları var idi ki, Rum imperatorları, İran şahları, o qədər ehsan etməyi bacara bilmədilər. Lakin özü sıxıntı ilə yaşamağı sevərdi. Elə bir həyat yaşayırdı ki, yemək və içmək yadına belə düşməzdi. Yemək gətirin yeyək və ya filankəs, yemək bişirin, buyurmazdı. Yemək gətirsələr yeyərdi, hər nə meyvə versələr qəbul edərdi. Bəzən aylarla az yeyər, aclığı sevərdi, bəzən də çox yeyərdi. Yeməyi üç barmaqla yeyərdi. Yeməyin sonunda su içməzdi. Suyu oturarkən içərdi. Başqaları ilə yemək yeyərkən, hər kəsdən sonra süfrədən əlini çəkərdi. Hamının hədiyyəsini qəbul edərdi. Hədiyyə gətirənə qarşılıq olaraq, qat-qat artığını verərdi.

Müxtəlif geyimlər geyinmək adəti-şərifəsi idi. Xarici dövlətlərin elçiləri gəldikdə bəzənərdi. Yəni bahalı və nəfis geyinərək, gözəl üzünü göstərərdi. Üzüyünü möhür kimi istifadə edirdi. Üzüyünün üzərində “Muhammədün Rəsulullah” yazılı idi. Yatağı dəridən, içi xurma ağacının sapları ilə dolu idi. Bəzən bu yatağın üzərinə, bəzən yerə sərilmiş dərinin üzərinə, bəzən də, həsir və ya quru torpağın üzərində yatardı. Mübarək ovucunun içini sağ yanağının altına qoyub, sağ yanı üstündə yatardı.

Rəsulullah əfəndimiz, zəkat malı götürməz, çiy soğan və sarmısaq kimi şeylər yeməz və şeir söyləməzdi.

Sərvəri-aləm əfəndimizin mübarək gözləri yatar, qəlbi-şərifi yatmazdı. Ac yatıb tox durardı. Heç vaxt əsnəməzdi. Mübarək bədəni nurani idi, kölgəsi yerə düşməzdi. Paltarına milçək qonmaz, ağcaqanad və digər böcəklər mübarək qanını içməzdi. Allahü təala tərəfindən Rəsulullah olduğu bildirildikdən sonra, şeytanlar göylərə çıxaraq xəbər ala bilmədilər və kahinlər bir şey söyləyə bilmədilər.

Bir kimsə, Peyğəmbər əfəndimizi yuxuda görsə, mütləq ki, Onu görmüşdür, çünki şeytan Onun şəklinə girə bilməz.

Nübuvvət möhrü
Sual: “
Hər kəsə Lazım Olan İman” kitabında, “Hər peyğəmbərin sağ əlinin üstündə nübuvvət möhrü var idi. Muhamməd əleyhissalamın isə, sol kürəyindəki dərisinin üzərində, ürəyi hizasında idi” deyə yazılır. Bir radioda oxunan ilahidə, “Nübuvvət möhrü quluncundaydı” deyilir. Qulunc xəstəlik deyil, çiyin və kürək ağrısına deyilmir?

CAVAB
İlahini yazan şəxs, dialekt ifadələrdən istifadə etmiş ola bilər. Bəzi şivələrdə, kürək deyilmir, qulunc deyilir. Bu sözü, “Kürəyində nübuvvət möhrü var idi” deyə anlamaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину