Facebook Twitter WhatsApp

Peyğəmbər əfəndimiz Meracda Allahü təalanı gördü

Sual: Mötəzilə etiqadında olan bir nəfər, “Peyğəmbərimizin, Meraca gedib Allahı gördüyünü söyləmək, Allaha məkan isnad etmək olduğu üçün küfürdür. Bu baxımdan Merac deyə bir hadisə yoxdur” deyir. Səhv deyilmi?
CAVAB
Bəli, qətiyyən səhvdir. Məkan isnad etməklə əlaqəsi yoxdur. Burada iki sual var: 1- Merac haqdırmı? 2- Allahü təala ilə hardasa bir yerdə danışmaq ona məkan təyin etmək sayılırmı?


1- Rəsulullah əfəndimiz, Meracda məkansız, zamansız, cəhətsiz, sifətsiz olaraq Allahü təalanı gördü. Əhli-sünnət alimləri, söz birliyi ilə Meracın haqq olduğunu bildirirlər. “Qavlül-fəsl” kitabında deyilir ki: İsra surəsinin ilk ayəti-kəriməsində, Allahü təala, qüdrət və əzəmətindən, neçə-neçə xariqə hadisələrdən bəzilərini göstərmək üçün, Muhamməd əleyhissalamı Məkkədən Qüdsə apardığını bildirir. İsra kəlməsi yuxu mənasında istifadə olunmur. Oyaq halda, gecə yerimək, gəzmək mənasında istifadə olunur. Həmçinin buyuruldu ki:
“Sənə [Meracda] göstərdiyimiz tamaşanı insanlar üçün bir fitnə qıldıq.” [İsra 60]

Fitnə, yəni imtahan, oyaq vəziyyətdə olur. Peyğəmbər əfəndimizin danışdığı yuxu olsaydı, heç kim qeyri-adi qarşılamazdı. Həzrəti Əbu Bəkir təsdiq edib, yüksək dərəcələrə qovuşmazdı.

Rəsulullahın "sallallahü aleyhi və səlləm" Məkkədən Qüdsə aparıldığına inanmayan kafir olur. Göylərə və bilinməyən yerlərə aparıldığına inanmayan isə azğın olur. (Bəhr)

Məkkədən Qüdsə ancaq bir ayda gedib gəlmək mümkündür. Qısa bir anda Məkkədən Qüdsə çatıb-qayıtmaq ancaq Allahü təalanın qüdrətilə olur. Buna inanmaq, amma daha uzaqlara getdiyinə inanmamaq, Allahü təalanın qüdrətindən şübhə etməkdir. Elə məzhəbsizlərin anlamadığı cəhət də burasıdır. Allahü təala diləyərsə niyə də olmasın? Peyğəmbər əfəndimiz, “Göylərə və daha uzaqlara gedib-gəldim” buyurur. Bunu inkar etməkdə məqsəd nədir? Qeyri-müslimlər, İslamiyyəti yıxmaq üçün belə mövzularda yerli maşalarından istifadə edirlər.

2- Zaman və məkan məfhumu məxluqlara, yəni insanlara aiddir. Yaradan, yəni Allahü təala üçün deyildir. Zamanları, məkanları hər şeyi o yaratmışdır. İnsanlara görə olan “əzəl” ilə “əbəd”i birləşdirib Cənnəti-Cəhənnəmi insanlarla necə doldurduğunu Həbibinə göstərmişdir. İndi Cəhənnəm boş ikən, əzəl ilə əbəd birləşdikdə, Rəsulullah əfəndimiz, "sallallahü aleyhi və səlləm" Cəhənnəmə girənləri görmüşdür. Allahü təalanı, Cənnəti və Cəhənnəmi axirətə gedərək görmüşdür.

Zaman, insanlar üçündür
Allahü təalanın qullarının cənnətlik və ya cəhənnəmlik olmasını bilməsi də belədir. “Allah gələcəkdə nə olacaqsa bilir” demək insanlara izah etmək üçündür. Yoxsa Allahü təala üçün zaman deyə bir məfhum yoxdur, keşmişi-gələcəyi deyə bir şey yoxdur. Gələcək və keçmiş, insanlar üçündür. Allahü təala hamısını bir anda görür, bilir. An kəlməsi də Allah üçün söylənmir, amma başqa kəlmə olmadığı üçün belə söylənir.

Bidət əhli bəzi şəxslərin, Peyğəmbər əfəndimizin bir anda, Cənnəti, Cəhənnəmi və daha bir çox yerləri gəzib gəlməsinə ağılları çatmır. Bir qismi də, guya “Meracı qəbul etmək, Allaha məkan təyin etmək sayılır” deyərək Meracı inkar edir. Allahü təala, Musa əleyhissalamla Tur Dağında danışmışdır. Tur Dağı Allahın məkanıdırmı? Əlbəttə deyildir. Cənnətə girən möminlər də, Allahü təalanı, necə olduğu anlaşılmadan görəcəklər. Cənnət də Allahü təalanın məkanı deyildir. Allahü təala məkandan münəzzəhdir. Necə olduğu bilinməyən bir görməklə görəcəklər. Necə olduğu bilinməyəni, anlaşılmayanı görmək də, necə olduğu anlaşılmayan bir görməkdir.

Cəsəd - bədən deməkdir
Sual:
 S. Əbədiyyə kitabında deyilir ki:

“Əhli-sünnət vəl-camaat alimləri buyurdu ki, meracda, ruh və cəsəd birlikdə, Məkkəi-mükərrəmədən Qüdsə, oradan yeddi qat göyə, oradan Sidrə adlanan yerə və Sidrədən Kəbə qəvseyn məqamına, oyaq vəziyyətdə, gecə, bir anda aparılıb gətirilmişdir.”
Cəsəd, ruhsuz bədənə demirlərmi? “Ruh və cəsəd birlikdə” demək yerinə, “Ruh və bədən birlikdə” demək lazım gəlməzmi?
CAVAB
Bəzi kəlmələrin bir neçə mənası olur. Bunun da cümlədəki vəziyyətinə görə mənası dəyişir. Nümunə verək:


Xərc kəlməsinin bir neçə mənası var. Məsələn, maliyyədə xərc - məhsul, iş və xidmətlərin istehsalında istifadə olunan resursların alınması üçün çəkilən xərclərin pul formasında əks etdirilməsidir. İnşaatda, su, qum qarışdırılmış sementdir. Əkinçilikdə, gübrə qarışdırılmış torpaqdır. Mətbəxdə də xərc var: Küftə xərci, dolma xərci kimi, yəni qarışıq tərkibidir. Maliyyənin xərci, sement deyildir. Əkinçilikdəki xərc, pul deyildir. Mətbəxdəki küftə xərci də, pul və ya sement deyildir.

Satışda bir çox Osmanlıca lüğət vardır. Hamısında da cəsəd üçün dəri, gövdə, vücud, bədən, ruhsuz vücud deyə yazılır. Ruh  cəsəd kəlmələri birlikdə istifadə olunduqda, ruhsuz, yəni ölü bədən anlaşılmır. Ölünün cəsədi soyuqdur deyilsə, ruhsuz bədən olduğu anlaşılır. Cəsədin cəm halı əcsaddır. Cəsədlər, cisimlər, dərilər, vücudlar deməkdir. Məsələn, maddə aləminə, aləmi- əcsad deyilir.

Bir də cümlənin sonunda, “Oyaq vəziyyətdə, gecə, bir anda aparılıb və gətirilmişdir” deyilir. Oyaq vəziyyətdə qeyd edildiyi üçün ölü deyilmədiyi, canlı vəziyyətdə aparıldığı açıq-aydındır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину