Sual: Ayə və hədislə bildirildiyi halda, Merac möcüzəsini inkar edən olmuşdurmu?
CAVAB
Əhli-sünnət alimləri, söz birliyi ilə Meracın haqq olduğunu bildirirlər.
“Fitnə” yəni imtahan, oyaq vaxtı olur. Peyğəmbər əfəndimizin dedikləri yuxu olsaydı, heç kim qeyri-adi qarşılamazdı. Həzrəti Əbu Bəkir təsdiq edib, yüksək dərəcələrə qovuşmazdı.
Rəsulullahın, Məkkədən Qüdsə aparıldığına inanmayan kafir olur. Göylərə və bilinməyən yerlərə aparıldığına inanmayan isə azğın olur. (Bəhr)
Bir neçə saniyədə Məkkədən Qüdsə aparan Allahü təala, nə üçün daha uzaqlara aparmasın? Allahü təalanın qüdrətindən yalnız kafirlər şübhə edər.
Merac haqqında bir çox hədisi-şərif vardır. Bir neçəsi bunlardır:
“İsra gecəsi [Meraca çıxdıqda] Cənnətin qapısının üzərində “Sədəqənin on, borc verməyin savabı on səkkiz mislidir” yazıldığını gördüm.” [Bəyhəki]
“İsra gecəsi hər göydə, Muhammədün Rəsulullah və arxasından Əbu Bəkri Siddiq yazıldığını gördüm.” [Əbu Nuaym]
“İsra gecəsi, nura qərq olmuş bir şəxs gördüm. “Bu kimdir?” dedim. Cəbrayıl əleyhissalam, “Dünyada Allahü təalanı davamlı anan, qəlbi məscidə bağlı və ana-atasına asi olmayan bir şəxsdir” dedi.” [İ. Əbiddünya]
“Meracda, Cəhənnəmdə iylənmiş leş yeyənlərin kimlər olduğunu soruşdum. “Bunlar, qeybət edərək insanların ətlərini yeyənlərdir” deyildi.” [İ. Əhməd]
“Merac gecəsi, gördüyüm hər mələk topluluğu, ümmətimə hacamatı tövsiyyə etdi.” [Hakim]
“Merac gecəsində atəşdən olan qayçıyla öz dodaqlarını kəsənləri gördüm, kim olduqlarını soruşdum. “Elmi ilə əməl etməyən din adamlarıdır” deyildi.” [Buxari, Müslim]
“Merac gecəsi Cəhənnəmi göstərdilər, çoxunun qadın olduğunu gördüm.” [Tirmizi]
“Merac gecəsi, əkin əkib bir gündə biçən bir camaat gördüm. Biçdiyi məhsul yenidən əvvəlki halına qayıdırdı. “Onlar kimdir?” dedim. Cəbrayıl əleyhissalam, “Onlar Allah yolunda cihad edənlərdir. Onların bir yaxşılğına yeddi yüz misli savab verilir. Xərclədiklərinin yerinə yenisi verilir” dedi.” [Bəzzar]
Uzun bir hədisi-şərif ixtisarla:
“Cəbrayıl əleyhissalamla bütün göyləri keçərək Sidrəyi –Müntəhaya gəldim. Cənnəti göstərdilər. Daha sonra əlli vaxt namaz əmrilə qayıdarkən Musa əleyhissalamı gördüm. Əlli vaxt namazın ümmətimə çətin gələcəyini, geri qayıdıb Allahü təaladan, namaz vaxtlarını azaltmasını istəməyimi söylədi. Hissə-hissə azaldaraq, sonda beş vaxta endirildi.” [Müslim]
Bəzi bidət əhli, səhihi-Müslimdəki bu hədisi-şərifə inanmırlar. Peyğəmbər əfəndimizin dərəcəsinin Musa əleyhissalamdan daha yüksək olduğu üçün ondan öyrənməsi, onun tövsiyyəsinə görə hərəkət etməsi uyğun deyil, belə şey ola bilməz deyirlər. Halbuki bilindiyi kimi, Qurani-kərimdə, Musa əleyhissalamın Həzrəti Xızırdan elm öyrəndiyi bildirilir. [Bu qissəni aşağıda qeyd etdik.] Həzrəti Xızır peyğəmbər olmadığı kimi, dərəcəsi Musa əleyhissalamla müqayisə belə edilməz. Musa əleyhissalam, ülülazm bir Peyğəmbərdir. Deməli, mövqe və dərəcəsi yüksək olan bir şəxs, dərəcəsi daha aşağı bir şəxsdən elm öyrənə bilər, onun təcrübəsinə istinadən söylədiyi tövsiyyəyə tabe ola bilər.
Məkkədən Qüdsə ancaq bir ayda gedib-gəlmək mümkündür. Qısa bir anda Məkkədən Qüdsə çatıb-qayıtmaq yalnız Allahü təalanın qüdrəti ilə ola bilər. Buna inanıb, daha uzaqlara getdiyinə inanmamaq, Allahü təalanın qüdrətindən şübhə etməkdir. Elə məzhəbsizlərin anlamadığı xüsus burasıdır. Allahü təala diləyərsə niyə də olmasın? Peyğəmbər əfəndimiz, “Göylərə və daha uzaqlara gedib gəldim” buyurur. Bunu inkar etməkdə məqsəd nədir? Qeyri-müslimlər, İslamiyyəti yıxmaq üçün belə mövzularda yerli maşalarından istifadə edirlər. Bu qədər sübutları ancaq Mötəzilə və ya İbni Səbəci olan inkar edə bilər.
В корзине: 0 шт.
на сумму: 0